PDF Oxu

Müxalifət

  • 60

Rəsul Quliyev "İctimai Palata"ya üzv olmağa can atır

Rəsul Quliyev "İctimai Palata"ya üzv olmağa can atır

Sülhəddin Əkbər:

Deyir vəzifəmdən zövq almalıyam,

Həm də Qərbə, Şərqə səs salmalıyam,

Liderim deyib ki, sədr olmalıyam,

Rəsul söyləyir ki, "İP"-ə sal məni.


Arzu Səmədbəyli:

O, adi-ufacıq yalançı vədçi,

Sən isə böyründə miskin dəvətçi,

Rəsul olmamışdır müxalifətçi,

Tərk eyləyə bilməz bu amal məni.


Sülhəddin Əkbər:

Sizlər "İP"-inimzdə ölüb çat verin,

Rəsula vəzifə iki qat verin,

Mənə bir siyasi hərəkat verin,

Əsla düşündürmür nə yağ - bal məni.


Arzu Səmədbəyli:

Təəssüf edirəm, yazar olmuşam,

"İP"-in özünə də azar olmuşam,

Elə İsadan da bezar olmuşam,

Xeyli cəlb eyləyir Qərbdə yal məni.


Sülhəddin Əkbər:

Rəsul eyləməkdə mənə tez-tez zəng,

Vermək lazım deyil buna çox tünd rəng,

Rəsul gəmisiyəm, həcmim də nəhəng,

Hesab eyləməyin adi sal məni.


Arzu Səmədbəyli:

Danışa bilməzsən qorxmaz Rəsuldan,

Cibimizə qrant axmaz Rəsuldan,

"İP"-in vahid sədri çıxmaz Rəsuldan,

Siz hesab etməyin qanmaz mal məni.


Sülhəddin Əkbər:

Sədr məsəlində razı "bəli"yə,

Rəsul bəy bənzəmir əsla dəliyə,

Xiffətlə baxaraq yəqin Əliyə,

Hesab eyləməzsən gülcamal məni.


Arzu Səmədbəyli:

Sədrlik bəyəm heç Rəsul yerimi?

Düzünü deyərəm soysan dərimi,

Dərk et Rəsul haqda dediklərimi,

Sayarsan münəccim, hətta fal məni.


Sülhəddin Əkbər:

Qaməti, duruşu, həm də baxşı sədr,

O öz qurumunda həyat naxşı sədr,

Deyirəm, Rəsuldan çıxar yaxşı sədr,

Sən özün sayarsan xoş misal məni.


Arzu Səmədbəyli:

Liderin həmişə asanı sayıb,

De, nə vaxt bu Rəsul insanı sayıb?

Qərbsə birmənalı İsanı sayıb,

Yekdil dəstəkləyib bir şimal məni.


Sülhəddin Əkbər:

Yəqin "ACP"-də töhfə, paymışam,

Elə Rəsul bəyə layiq, taymışam,

Mən onu özümə başçı saymışam,

Rəsul daim sayıb pürkamal məni.


Arzu Səmədbəyli:

İsanın yanında dil-dil ötürdüm,

İsa xasiyyəti burda götürdüm,

Əvvəllər bir qədər kələ-kötürdüm,

"Palata" edibdi lap şümal məni.


Sülhəddin Əkbər:

Elə tanıdığın keçmiş Məmişəm,

Son vaxtlar İsaya asi, qəmişəm,

Elə ki, Rəsulu tərifləmişəm,

Adamlar sayırlar əhli-hal məni.


Arzu Səmədbəyli:

İstədim İsaya "İP"-də səd olum,

Yaxşıya yozdular, dedim bəd olum,

Dedim Müsavata namizəd olum,

Hoyduya götürdü tar-qaval məni.


Sülhəddin Əkbər:

Baxıb mənə ibrət götürdü lider,

Ali mərtəbəyə yetirdi lider,

Məni "ACP"-yə gətirdi lider,

O vaxtdan sayıbdı boş çuval məni.


Arzu Səmədbəyli:

Qrantsız qalaram, bol siftə versəm,

Qazım da azalar, hey neftə versəm,

Mən düşən fürsəti tez fövtə versəm,

Sayma boynubükük boş sual məni.


Sülhəddin Əkbər:

İsanın yanında mən gündüz oldum,

Rəsulun üstündə əsdim, göz oldum,

Kimə xidmət etdim, daim düz oldum,

Yenə də saydılar nəhs, oval məni.


Arzu Səmədbəyli:

Tarix təkərini çevirdi dala,

"İP"-də qəribsədim, düşdüm pis hala,

İsa doşabını döndərdim bala,

Daha şirin etdi qara xal məni.


Sülhəddin Əkbər:

İsa kükrəyirdi masa yanında,

Dilim də olurdu qısa, yanında,

Uğradım süquta İsa yanında,

Burada bəyəndi el-mahal məni.


Arzu Səmədbəyli:

Ölərəm, qələbə ala bilməsəm,

İsadan vəzifə yola bilməsəm,

Mən "İP"-də namizəd ola bilməsəm,

Qorxuram bəyənməz heç hambal məni.


Sülhəddin Əkbər:

Qazancım çox olar, səbir gətirsəm,

İşi başqasına qəsdən ötürsəm,

Rəsulun pulundan mən əl götürsəm,

Haqlı da saymazdı bir abdal məni.


Arzu Səmədbəyli:

İsa çəkilməkdə əsil mif kimi,

Müsavat qoxuyur kəsif kif kimi,

Yəqin ölkəsinə müxalif kimi,

Əsla buraxmazdı heç Yamal məni.


Mirzə QƏRƏNFİL

Digər xəbərlər