PDF Oxu

Müxalifət

  • 77

ERMƏNİ LOBBİSİ İSA QƏMBƏROVA 110 MİN AVRO AYIRIB

ERMƏNİ LOBBİSİ İSA QƏMBƏROVA 110 MİN AVRO AYIRIB

Dağıdıcı müxalifət "liderləri"nin 2013-cü il prezident seçkilərinə hesablanmış məğlubiyyət xofları artıqca, onların özlərinə verdikləri "Rəzillikdən necə qurtulmalı?" sualı özünü daha qabarıq formada sərgiləyir. Ancaq hazırda da rəzil durumdan xilas ola bilməyən müxalifət "liderləri" bu kimi rəzillklərinə, necə deyərlər, rəng-çalar qatırlar. Belə ki, Müsavat partiyasında adının açıqlanmasını istəməyən mənbədən əldə etdiyimiz informasiyaya görə, başqan İsa Qəmbərovun Gürcüstana etdiyi sonuncu səfəri, əslində, onun üçün "qənaətbəxş" nəticələnib. Mənbənin bildirdiyinə görə, İ.Qəmbərovun Gürcüstandan razı halda geri dönməsi arxasında onun Erməni Ümummilli Hərəkatının liderlərindən bir olan Aram Manukunyanla apardığı gizli görüşün nəticələridir.

İsa Qəmbərovun Aram Manukunyanla danışıqları partiyadaşlarından niyə gizlədilir?

Aparılan danışıqların həm partiyadaşlarından, həm də ictimaiyyətdən gizlədilməsi arxasında isə müəmmalı məsələlər dayanmışdı ki, bu günlərdə həmin müəmma da üzə çıxıb. Məlum olub ki, hazırda düşərgədəki mövqelərini itirməklə yanaşı, partiya başanlığının da əldən verilməsi ehtimalını yəqin edən İ.Qəmbərov Qərb dövlətlərində iş və fəaliyyət göstərən müxalifətyönlü erməni iş adamlarının dəstəyini əldə edəcək. Bunun üçün ona 110 min avro veriləcəyi artıq erməni müxalifətçisi A.Manukunyan tərəfindən həll edilib: "Sözsüz ki, Manukunyan başqana ona ödəniləsi olacaq 110 min avronun qarşılığında bir sıra öhdəliklər qoyub. Başqan isə həmin öhdəliklər qarşılığında erməni lobbisinə postunu itirməmək, eləcə də, müxalifətdəki ən yaxın izləyicisi, "cəbhə" sədri Əli Kərimovun "vahid namizəd" kimi seçilməməsi tələbini qoyub. A.Manukunyan ikinci tələbin mümkünsüzlüyünü bildirib və İ.Qəmbərovun, nəyin bahasına olursa-olsun, Müsavat başanlığında qalması üçün maddi cəhətdən köməklik göstərəcəyini söz verib. Təbii ki, həmin maddi vəsaitlər Fransada, İsveçrədə, Hollandiyada fəaliyyət göstərən müxalifətyönlü lobbiçilər tərəfindən ödəniləcək".

Ödəmə prosesi bilavasitə İsveçrənin bank şəbəkələrində çalışan nüfuzlu erməni iş adamı tərəfindən həyata keçiriləcək

Onu da xatırladaq ki, Müsavat başqanı hələ bir müddət bundan öncə də A.Manukunyanla Almaniyanın Potsdam şəhərində görüş keçirmiş, həmin görüşdə erməni müxalifətçisi ilə razılıq əldə edərək, "saziş imzalamışdı". Məhz bundan sonra Müsavat partiyası ifrat radikalıq nümayiş etdirərək, bir neçə icazəsiz aksiya və mitinq keçirməyə cəhd göstərmişdi. Bu amil, həm də onu deməyə əsas verir ki, onun Azərbaycanın maraqlarını satmaqda erməni həmkarı daha çox canfəşanlıq göstərir. Qeyd edək ki, həmin ərəfələrdə İ.Qəmbərovun xarici bank hesabına erməni lobbiçiləri tərəfindən 50 min dollar, sonrakı müddətdə isə daha 25 min avro pul köçürmələri qeydə alınmışdı. 110 min avronun ödənilməsini isə bilavasitə İsveçrənin bank şəbəkələrində çalışan nüfuzlu erməni iş adamı həyata keçirəcək. Mövzu ilə bağlı əldə edəcəyimiz növbəti məlumatları ictimaiyyətə təqdim edəcəyik.

RÖVŞƏN RƏSULOV

Digər xəbərlər