Əhməd Oruc:
"İP" söykənə bilmir heç bir dayağa,
Bələnibdi o, narıncı boyağa,
Çətindi qaldırmaq onu ayağa,
Artıq çoxdan köçüb gedib "palata".
Pənah Hüseynov:
"Palata"nın arxasında xaric fil,
Kim deyir ki, çat başlayıbdı qəfil,
Mən "İP"-dəyəm əlimdə də qərənfil,
Bürünmüşəm həm narıncı xalata.
Əhməd Oruc:
Hər birinə mismar lazım əllilik,
Liderlərə məxsus uzundillilik,
Bunlarda yox nə xəlqilik, millilik,
İsa-Əli bir ləkədir elata.
Pənah Hüseynov:
"Soros" iki badam, bir qoza baxmır,
İsti keçən yay da, bil, yaza baxmır,
Vallah, xaric heç də nüfuza baxmır,
Burda hər şey bağlıdı bir blata.
Əhməd Oruc:
Əlinin qəlinə çökübdü zillət,
Düşüb çorta, hara gedir bu millət?
"Palata"da yoxa çıxıb yağla ət,
İsa tutub qonaqları salata.
Pənah Hüseynov:
Dərd-kədəri Qərbsiz udmaq istəmir,
Bir senti də heç unutmaq istəmir,
Əli-İsa oruc tutmaq istəmir,
Zakuskada dayanıblar salada.
Əhməd Oruc:
Başa düşür hamı bir kəskinliyi,
Qəbul edib "İP" də bu miskinliyi,
"Palata"da artıb ruh düşkünlüyü,
Cadu yazan İsa baxır fala da.
Pənah Hüseynov:
İsa bəydə firiştə yox, tənqid dar,
"Yurd" Əlidə səriştə yox, məntiq dar,
"Palata"da mən olaram xilaskar,
Qəzəblənən İsa gedər dala da.
Əhməd Oruc:
Əli gedər Şərqə-Qərbə, Mərvə yox,
İsa bəyə dram verən kirvə yox,
"Palata"nın qabağında zirvə yox,
Pənah üçün düz sayılar çala da.
Pənah Hüseynov:
"İP" bəyləri sümsünməkdə sümbəkdə,
Xaric onu bəsləyəcək dümbəkdə,
Bir arzu, bir təmanna var bu bəydə,
İstəyir ki, bosslar ayaq yalada.
Əhməd Oruc:
"İP" yaşayır - bu yalan mif dirçəlsin,
Təki İsa, Əli tək tip dirçəlsin,
İstərlər ki, təki bir "İP" dirçəlsin,
Baş əyərlər bosslar verən pula da.
Pənah Hüseynov:
Belə lazım, sizlər həsədlə baxın,
Sıramıza gəlirlər axın-axın,
"Palata"ya qoymarıq səni yaxın,
Partiyanda istər çığır, ula da.
Əhməd Oruc:
Əli-İsa özü xəbis dayılar,
Qərb bossları əsil xəsis dayılar,
"İP"-də gəzir, vallah, pis-pis dayılar,
Yarəb, burda gördüm neçə xala da.
Pənah Hüseynov:
İsa dedi, Əli dedi mən pisəm,
Çoxu deyir adi çürük cevizəm,
Burda bir mən bir az azadnəfisəm,
Qalanının bənzəri var qula da.
Əhməd Oruc:
İnanaram, boss önündə əyilsən,
Qocalsan da, deyirsən ki, ceyilsən,
Sən heç yaxşı siyasətçi deyilsən,
Köks ötürüb lap başını bula da.
Pənah Hüseynov:
Ünvanlayıb bosslar sənə boş qutu,
Əgər qarpız satıramsa, sən lotu,
Biz gizlədə bilmədik bu süqutu,
İy bilməkdə çatmaz sənə tula da.
Əhməd Oruc:
Zil üstündə neçə vokal çəkmişəm,
Sağlığına başa bokal çəkmişəm,
Sağ yumruqla neçə sığal çəkmişəm,
Bundan sonra gəlməlisən yola da.
Pənah Hüseynov:
Əməlsizlər adi əməl qoymadı,
Bu liderlər "İP"-də təməl qoymadı,
İsa, Əli sənə məhəl qoymadı,
Gözləyirsən səni Pənah ulada.
Əhməd Oruc:
Zaman qoymaz "İP"-i qanad açmağa,
Düz olardı sən bürünsən yaşmağa,
Tapmaz idin heç imkan da qaçmağa,
Nə döyərdim səni köhnə talada.
Pənah Hüseynov:
Kədərlin çox, dərdlin artıq, şadın yox,
Həyatında səni sevən qadın yox,
Siyasətdə adım kimi adın yox,
Nə qoyardım səni bağlı qalada.
Əhməd Oruc:
Heç olmasa bilginən bir sərhəd, sədd,
Həmkarların sənə etdi riyazət,
Ağıla gəl, sənlik deyil siyasət,
Qarpızınla get məşğul ol çalada.
Pənah Hüseynov:
Tay-tuşların məndən kənar ötüşdü,
Gedişlərim çoxşaxəli gedişdi,
"Palata"da meydanım çox genişdi,
Siyasətdə bənzərim var polada.
MİRZƏ QƏRƏNFİL