PDF Oxu

Müxalifət

  • 57

Əli Kərimovun sosial şəbəkə fırıldaqları

"Cəbhə" sədri saxta profillərdən təhqir üçün istifadə edir

Əli Kərimovun sosial şəbəkə fırıldaqları

Sirr deyil ki, bu gün dünyada informasiya texnologiyalarının inkişafı sayəsində milyonlarla insanlar "Facebook", "Twitter" kimi sosial şəbəkələrdən istifadə edir, müəyyən çərçivələrdə profillərdən yararlanırlar. Söz yox ki, burada saxta profillərdən istifadə edənlər də çoxluq təşkil edirlər. Bu baxımdan, Azərbaycanda da belə hallar mövcuddur. Xüsusilə, müxalifət partiyalarına rəhbərlik edən şəxslər ətraflarına topladıqları gənclərdən sui-istifadə etməklə, saxta profillər hesabına "siyasət yürüdürlər".

Razi Nurullayev: "Cəbhəçilər"in saxta profil yaradıb öz rəqiblərinə qarşı təhqir tonlu ifadələrdən istifadəsi məsələsi funksionerlər səviyyəsində ciddi şəkildə müzakirə olunub"

Bu baxımdan, AXCP (i) sədri Əli Kərimovun xüsusi tapşırığı da mövcuddur. Dağıdıcı müxalifət partiyasının sədri həm düşərgədaxili, həm də hakimiyyətdəki opponentlərini təhqir etməkdən ötrü bütün rəzilliklərə gedir və bu addımını "siyasət" kimi qiymətləndirir. Hətta "cəbhə" sədrinin bu kimi əməllərinə qarşı çıxan digər "cəbhə" funksionerləri də mövcuddur ki, onlar öz sədrlərini belə əməllərdən çəkinməyi məsləhət görürlər. Belə ki, AXCP (i)-nin sədr müavini Razi Nurullayev deyib ki, "cəbhəçilərin" saxta profil yaradıb öz rəqiblərinə qarşı təhqir tonlu ifadələrdən istifadəsi məsələsi funksionerlər səviyyəsində ciddi şəkildə müzakirə olunub. Onun bu kimi açıqlaması isə bir daha Ə.Kərimovun hansı əməllərə yol verdiyini təsdiqləmiş olub: "Birmənalı şəkildə, partiya funksionerlərinin mövqeyi saxta profillərdən istifadə etməməkdir. Bu məsələ ilə bağlı sərt reaksiyalar verilməkdədir".

Rauf Mərdiyev: "Artıq bilirik ki, kimlər tərəfindən və kimin əli ilə belə ifadələr yazılır"

Qeyd edək ki, iqtidarın uğurlu siyasətini dəstəkləyən çoxsaylı vətəndaşların ünvanlarına da həmin profillərlə təhqirlər olunur ki, artıq bu cinayət məsuliyyəti daşıyır. Belə ki, "İrəli" ictimai birliyinin sədri Rauf Mərdiyev saxta profillərdən onun ünvanına qeyri-etik ifadələrin işlədilməsi halları ilə tez-tez qarşılaşdığını deyir: "Belə hadisələr daha tez-tez olur. Son vaxtlar intensivləşib. Prezident seçkiləri yaxınlaşdıqca, cəmiyyətdə və siyasi partiyalarda hər kəs fəallığa başlayır. Bu fəallıq da sosial şəbəkəyə yayılır. Oradan təhqir və ittiham dolu fikirlər səsləndirilir. Hansısa məsələ ilə bağlı məqamları qeyri-etik formada ifadə edirlər. Çalışırıq ki, belə adamlara əhəmiyyət verməyək. Artıq bilirik ki, kimlər tərəfindən və kimin əli ilə belə ifadələr yazılır. Sağlam müzakirə mədəniyyəti bir çoxlarına hələ də yaddır. İnsanlar öz fikirlərini debatda, masa ətrafında bildirməkdən çəkinirlər və nalayiq sözləri internet vasitəsilə anonim şəkildə bildirirlər".Nəticədə isə, bir daha bəlli olur ki, bu gün özlərinin də etiraf etdikləri kimi saxta profillərlə daxili məkrlərini üzə çıxaran qondarma müxalifət liderləri güclərinin tükəndiklərini etiraf edirlər. Çünki onların mübarizə vasitələri çoxdan tükənib. Bu cür üsullarla isə heç nəyə nail olmaq mümkün deyil.

Rəfiqə Hüseynova

Digər xəbərlər