PDF Oxu

Müxalifət

  • 46

Dağıdıcı müxalifətin "vahid namizəd" problemi

Dağıdıcı müxalifətin "vahid namizəd" problemi

Son günlər dağıdıcı müxalifət düşərgəsində yaranan vəziyyət düşərgə təmsilçilərini çaş-baş salıb. Dağıdıcı düşərgədə təmsil olunanların əsas məqsədi gələnilki prezident seçkilərinə "vahid namizəd"lə getmək olsa da, bu məsələ tərəflərin şəxsi maraqları ilə toqquşur. Xüsusilə, Müsavat-AXCP (i)-nin birgə təşəbbüsü ilə yaradılan qondarma qurum sayılan "İctimai Palata"da təmsil olunan qüvvələr ayrı-ayrılıqda "vahid namizəd" olmağa iddialı olduğu üçün dağıdıcı müxalifət düşərgəsindəki vəziyyəti daha da çətinə salıb.

Bu məsələdə tərəflərin bir-birinə güzəştə getməməsi onu göstərir ki, düşərgə təmsilçiləri şəxsi maraqlarından çıxış edirlər. AXCP (i) sədri Əli Kərimov düşərgədə "vahid namizəd" olmaq üçün Müsavat başqanı İ.Qəmbərovun ünvanına ittihamlar irəli sürür. Eyni zamanda, İ.Qəmbərov, R.Quliyev və başqaları. Hətta son vaxtlar Eldar Namazovun dəstəsi kimi tanına "Ziyalılar Forumu"ndakı şəxslərin də "vahid namizədlik" iddiası düşərgədə vəziyyəti dəyişib. E.Namazovun da özünü ziyalı adlandıran şəxsləri ətrafına toplamaqda əsas məqsədi İ.Qəmbərovla Ə.Kərimovu sıxışdırmaq və ortalığı bir az da qarışdırmaqdır. Bu səbəbdən partiya rəhbərləri bir-birlərinə qarşı savaşdıqları bir məqamda "Ziyalılar Forumu"nda "vahid namizəd"in peyda olması "İctimai Palata"nı qıcıqlandırıb.

Ə.Kərimov, İ.Qəmbərov, R.Quliyev yalan olub, S.Əkbər gerçək

"ACP" sədri S.Əkbər "vahid namizəd" məsləsinin müəyyən olunmasında canfəşanlıq etsə də, onun cəhdləri də bir nəticə vermir. Xüsusilə, R.Quliyevin "vahid namizəd" olmasına yönəldilmiş addımlarının qarşısı "İctimai Palata" tərəfindən alınır. Əvvəlcədən də, "ACP"-nin "İctimai Palata"ya bu məqsədlə gələcəyi üçün onun proseslərdən kənarlaşdırdılar. Çox keçmədi ki, "ACP" lideri R.Quliyev "İctimai Palata"nın ünvanına kəskin ittihamlarla çıxış etdi. Əsas məqsədi isə "İP"-i ələ almaq idi. R.Quliyevin də keçmişdə satqınlıqları çox olduğu üçün Ə.Kərimov və İ.Qəmbərovla açıq danışdı, onun hansı keyfiyyətlərə malik olduğunu qabartı. Hətta R.Quliyevi bitmiş bir siyasətçi kimi qələmə verdilər. R.Quliyevin də bu məsələdə S.Əkbərə arxalanması ona heç nə vəd etmədi. Əksinə, S.Əkbər "ACP"-yə Müsavatdan transfer olduğu üçün Müsavatın iç üzünü yaxşı bilir. S.Əkbər R.Quliyevi dağıdıcı müxalifət düşərgəsində "vahid namizəd" etməyə söz versə də, nəticədə, S.Əkbərin də maraqları bununla toqquşdu. Belə görünür ki, "ACP"nin "İP"-ə bir namizəd müəyyənləşdirmək istədiyi halda, indi iki namizədi ortaya çıxıb. Görünür, dağıdıcı müxalifət düşərgəsində Ə.Kərimov, İ.Qəmbərov, R.Quliyev yalan olub, S.Əkbər gerçək. Bunun üçün "ACP"-dəki vəziyyət "İP"-dəkindən daha da acınacaqlıdır.

Babək Hacıyev

Digər xəbərlər