PDF Oxu

Müxalifət

  • 64

Sərdar "Qarabağ"ı, Arzu "İctimai Palata"nı mədh edir

Sərdar "Qarabağ"ı, Arzu "İctimai Palata"nı mədh edir

Sərdar Cəlaloğlu:

Gurlasa da günü-gündən "Qarabağ",

Hikmətindən asılsa çox düyün, bağ,

Əndazəni aşan cütlük edir ağ,

Doğrudan da, bu "İP" yaman "İP" imiş,

Başındakı Əli, İsa tip imiş.

Arzu Səmədbəyli:

Önünə yıxsa da Sərdar kərənlər,

Burda tab gətirir bəylər, ərənlər,

Dolanır başına qrantverənlər,

Bu "İP" öz haqqına cuman "İP" imiş.

Sərdar Cəlaloğlu:

"Qarabağ" ruhani, abid blokdu,

Dava-qalmaqalda zabit blokdu,

Bir az poladnəfis, sabit blokdu,

Hətta bizdən qrant uman "İP" imiş.

Arzu Səmədbəyli:

Lideri təsəlli tapar dəmlikdə,

Zakuskaya gedər, quzu, əmlik də,

Qabında var imiş münəccimlik də,

Zirəddin təbiət, şaman "İP" imiş.

Sərdar Cəlaloğlu:

Liderləri bizlə danışan zaman,

Dosta çevrilirlər söhbətdə haman,

Dəhşət içindəyəm, aman, əlaman,

Üzü bəzək, içi saman "İP" imiş.

Arzu Səmədbəyli:

Qərb səxavətindən abad otağı,

Lazım gəlsə çırpır min bir budağı,

Baxanda bossun da qaçır dodağı,

Xeyrinə fırlanan zaman - "İP" imiş.

Sərdar Cəlaloğlu:

İsasından zalım "Yurd" Əli belə,

Uçub dağılmaqda təməli belə,

Tükənib sözü də, əməli belə,

Oxları atılmış kaman "İP" imiş.

Arzu Səmədbəyli:

Əlisi çox deyib qatır Qərbə də,

İsası çox zaman atır Qərbə də,

Məlahətli səsi çatır Qərbə də,

Habilin çaldığı kaman "İP" imiş.

Sərdar Cəlaloğlu:

Casus tək "Alfa"sı, "Qamma"sı açıq,

Hər müşkül işləri, əmması açıq,

Guya ki, qərargah səması açıq,

Başında qasırğa, duman "İP" imiş.

Arzu Səmədbəyli:

Bizdən yazıb fantast Stanislav Lem,

Qərbdən mükafatı çatdırıbdı Sem,

Qalmamış bizlərdə müşkül, problem,

Dərdimizə əlac loğman "İP" imiş.

Sərdar Cəlaloğlu:

Sizin maraqdadı şər gicdən gələn,

Bir sizə gərəkdi hər gicdən gələn,

Kəndir formasında xaricdən gələn,

Ay Arzu, yediyin loxman ip imiş.

Arzu Səmədbəyli:

Fitnəsini et dərk "Qarabağ"ının,

Yapış qulpundan bərk "Qarabağ"ının,

Sən get dərdini çək "Qarabağ"ının,

Onu gözümüzə soxman "İP" imiş.

Sərdar Cəlaloğlu:

Xidmət eyləmisən böhtana, şərə,

Səninçün düzəndi köntöy dağ-dərə,

Özünü yırtaraq lüzumsüz yerə,

Liderlərin kimi qoxman "İP" imiş.

Arzu Səmədbəyli:

Yedin zəncilər tək qara qarağat,

Liderim önündə durdun farağat,

Başa düşdüm niyə oldun narahat,

Sənə girişini yuman "İP" imiş.

Sərdar Cəlaloğlu:

Ölü qurumuna səhvən sağ dedik,

Biz qaraya qara, ağa ağ dedik,

Son məqamda belə "Qarabağ" dedik,

Sizinçün ən vacib liman "İP" imiş.

Arzu Səmədbəyli:

Həddən artıq edib qərargaha zəng,

Onlarla "İP"-çini sən etmişdin dəng,

Zərbə endirərək arxamızdan, ləng

Demək istədiyin əmman "İP" imiş.

Sərdar Cəlaloğlu:

Atmazlar zirvədən belə bloku,

Ancaq siz verdiniz yelə bloku,

Aparıb qərq edən selə bloku,

Başqa bir qurum yox, aman, "İP" imiş.

Arzu Səmədbəyli:

Bu məkan adlanır soyuq buz keçən,

İstərdin olasan "İP"-dən tuz keçən,

Sənin xəyalından uğursuz keçən,

Ürəyinə bu cür daman "İP" imiş.

Sərdar Cəlaloğlu:

Kimə məbəd, kimə çoşka etiqad,

Gözünüzdə budka, toçka etiqad,

Səni cəlb etmədi başqa etiqad,

Nəzərində dinin, iman "İP" imiş.

Arzu Səmədbəyli:

Gördüm yaralısan-sıyrıqlarından,

Çıxmadın İsanın buyruqlarından,

Tutub "Qarabağ"ın quyruqlarından,

Bəyanat verirsən, koman "İP" imiş.

Sərdar Cəlaloğlu:

Arzu-istəyinə çatmırsan evdə,

Sən öz lövbərini atmırsan evdə,

Eşitdim çoxdandı yatmırsan evdə,

Deməli, həm papan-maman "İP" imiş.

Arzu Səmədbəyli:

Pis əməl mirasmı qalıb xalandan?

Fərqin də çox azdı əfi ilandan,

Blokunun adı dildə yalandan,

Astarı üz olan siman "İP" imiş.

Mirzə QƏRƏNFİL

Digər xəbərlər