PDF Oxu

Müxalifət

  • 46

Müxalifətin yeni birlik layihəsi hazırlanır

Müxalifətin yeni birlik layihəsi hazırlanır

Xaliq Bahadır:

Biri də xeyirxah deyil, yox, şərdi,

Hər biri eksponat, canlı əsərdi,

Bunlar saman içi eşəyənlərdi,

Konkret bir məqsəd, məramı yoxdu.

Sülhəddin Əkbər:

Qərbli bosslarına açılıb qollar,

Onları ayırır keçilməz yollar,

Birinin cibində nə avro, dollar,

Nə də bir erməni dramı yoxdu.

Xaliq Bahadır:

Gözə soxulurlar ər, ərən kimi,

Tərpənmirlər zorba bir kərən kimi,

Tər də axıdırlar iş görən kimi,

Birinin dincliyi, aramı yoxdu.

Sülhəddin Əkbər:

Bunlar pulçün aşır dağı, dənizi,

Hər biri bossların qulu, kənizi,

Guya ki, Əlinin zor ermənisi,

İsanın Parisdə Aramı yoxdu.

Xaliq Bahadır:

Birinci olardı yozmaqda Sərdar,

"İP"-i, "ACP"-ni pozmaqda Sərdar,

Birlik layihəsi cızmaqda Sərdar,

ADP-nin tası, hamamı yoxdu.

Sülhəddin Əkbər:

Halsız eyləyiblər hallı Rəsulu,

Deyirlər udarlar çullu Rəsulu,

Bunlar bəyənmirlər pullu Rəsulu,

Birinin istəkli imamı yoxdu.

Xaliq Bahadır:

Narıncı libaslar geyir hər biri,

On boss qrantını yeyir hər biri,

Sözdə yeni birlik deyir hər biri,

Sözünün kəsəri, tamamı yoxdu.

Sülhəddin Əkbər:

Rəsula qarşıdı bədxah niyyəti,

Yoxdu birinin də heç qətiyyəti,

Bossdan qidalanır əksəriyyəti,

Birinin ağzının xoş tamı yoxdu.

Xaliq Bahadır:

Çoxu Qərb neməti içib-yesə də,

Bir əməlli təklif yoxdu kisədə,

Hər biri arxamda boss var desə də,

Görürsən, əməlli adamı yoxdu.

Sülhəddin Əkbər:

Layiq olmadılar yaxşı rəftara,

Ağız da açdılar hər boss kaftara,

Dəvət etmədilər məni iftara,

Bunlarda şər əməl, xatamı yoxdu?

Xaliq Bahadır:

Bu 8 liderin önü uçurum,

Günbəgün pisləşir hal-əhval, durum,

Yaradıb-dağıdır gündə bir qurum,

Başının üstündə bir damı yoxdu.

Sülhəddin Əkbər:

Faydalı-faydasız iş görməz biri,

Daim təbliğ edər, bədnamı, şəri,

Hər biri danışır lap diri-diri,

Guya içlərində bir xamı yoxdu.

Xaliq Bahadır:

Azdı qrantların sayı deyirsə,

Qoy mənim qarşıma payı deyirsə,

Əgər erməniyə dayı deyirsə,

Onların töhfəsi yadamı yoxdu?

Sülhəddin Əkbər:

Çoxu "palata"dan kənar qaçıblar,

Lalə də gəlməyib, xeyli çaşıblar,

İndi acizləşib, ucuzlaşıblar,

Ortada Əvəzin "Madam"ı yoxdu.

Xaliq Bahadır:

Süfrədə günaha hətta batırlar,

Qurum yaratmırlar, xor-xor yatırlar,

Beş-üç sentə belə güllə atırlar,

Viski süzməyə də bir camı yoxdu.

Sülhəddin Əkbər:

Hər biri axtarıb-arayır tuzik,

Əyində narıncı geyimlər nazik,

Yoxdu Rəsul kimi bir nərmənazik,

Birinin münasib əndamı yoxdu.

Xaliq Bahadır:

Aparır iflasa "ACP"-si, "İP",

Bunlarda reallıq itib, qalıb mif,

Səkkizi vermədi ağıllı təklif,

Birinin sürəkli ham-hamı yoxdu.

Sülhəddin Əkbər:

Rəsul uzaqlardan nemət gətirir,

"8-lər" lüzumsuz töhmət gətirir,

Bunlar ziyasızdı, zülmət gətirir,

Birinin əlində gur şamı yoxdu.

Xaliq Bahadır:

Bütöv sinəmizin dağıdır bunlar,

Matəm üstə köklü ağıdır bunlar,

Blok yaratmırlar, dağıdır bunlar,

Yoxsa çuvallarda cidamı yoxdu?

Sülhəddin Əkbər:

Mən də Rəsul kimi sonlardan uzaq,

Hər biri narıncı donlardan uzaq,

Var olan düşübdü bunlardan uzaq,

"8-lər" içində bil, qadamı yoxdu?

Xaliq Bahadır:

Kəsib mütəmadi sözlərini də,

Tökür bir-birinin gözlərini də,

Bunlar təkzib edir özlərini də,

Modabazmı yoxdu, modamı yoxdu?

Sülhəddin Əkbər:

Boss dayaz başlara qoyur çələnglər,

Bunlar özlərini sayır pələnglər,

Az nəzərə çarpır narıncı rənglər,

Ancaq arasında badamı yoxdu.

Mirzə QƏRƏNFİL

Digər xəbərlər