PDF Oxu

Müxalifət

  • 57

"Rusiya işğalçı tərəf kimi çıxış edir"

"RF mövcud status-kvonun qorunub saxlanmasının tərəfdarıdır"

"Rusiya işğalçı tərəf kimi çıxış edir"

Elçin Mirzəbəyli: "Rusiya və Ermənistan Dağlıq Qarabağ münaqişəsinin ədalətli tənzimlənməsində maraqlı deyil"

Rusiyanın yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sentyabrın əvvəlində Ermənistanda hərbi təlimlərə hazırlaşması bir növ region dövlətlərinə güc nümayişi kimi dəyərləndirmək olarmı? Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aparılan danışıqlar prosesində Ermənistanda hərbi təlimlər planlaşdırması bir növ münaqişənin həllinə əngəllər yaratmağa hesablanmayıb ki? Məsələyə münasibət bildirən politoloq Elçin Mirzəbəylinin sözlərinə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını ciddi bir qurum və təşkilat kimi qəbul etmək lazım deyil. Ermənistanda hərbi təlimləri Rusiya tərəfi keçirəcəkdir. Lakin bu təlimlər heç də özünü bütövlükdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı adlandıran və NATO-ya alternativ kimi qəbul edən bir qurumun ciddiliyinə əsas vermir: "Bildiyiniz kimi, Rusiyanın hərbi bazası işğalçı ölkə olan Ermənistanda yerləşir. Sözügedən hərbi bazada mütəmadi olaraq hərbi təlimlər keçirilir. Bunu da Rusiyanın Ermənistanda keçirdiyi növbəti təlimlər kimi dəyərləndirmək lazımdır. Rusiya Ermənistanda hərbi təlimlər keçirməklə kimə güc nümayiş etdirəcək? Güc onsuz da nümayiş olunub, Azərbaycan ərazilərinin işğal olunması prosesində Rusiyanın da birbaşa rolu var. Bu gün də Rusiya tərəfi işğalçı ölkə olan Ermənistanı dəstəkləməkdə davam edir. Yəni RF işğalçı tərəf kimi çıxış edir. Bir sözlə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını bir o qədər də ciddiyə almaq lazım deyil".

Politoloq onu da bildirdi ki, Rusiyanın və Ermənistanın fəaliyyəti Dağlıq Qarabağ münaqişəsinin həllinə əngəllər yaratmağa yönəlib: "Ermənistan işğalçı tərəfdir və Azərbaycan ərazilərini işğal edib. O cümlədən, işğalçı ölkə beynəlxalq hüquq normalarını ciddiyə almır. Yəni, Ermənistan tərəfi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlarda hər hansı bir razılığa gələrək, heç bir addım atmır. Demək olar ki, işğalçı ölkə münaqişənin sülh yolu ilə tənzimlənməsinə qarşı çıxır. Bu istiqamətdə də vaxtın uzadılmasına çalışır. Rusiya da bu məsələdə Ermənistanın müttəfiqidir. Yəni, RF mövcud status-kvonun qorunub saxlanmasının tərəfdarıdır. Rusiyanın yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sentyabrın əvvəlində Ermənistanda hərbi təlimləri keçirib- keçirməməsindən asılı olmayaraq, Rusiya və Ermənistan Dağlıq Qarabağ münaqişəsinin ədalətli tənzimləməsində maraqlı deyillər".

GÜLYANƏ AĞAKƏRİMOVA

Digər xəbərlər