Bir-birinə zidd açıqlamaları Sərdar Cəlaloğlunun ikiüzlü olduğunu göstərdi
Qondarma qurum kimi tanınan "İctimai Palata"nı gah perspektivsiz, gah da perspektivli sayan dağıdıcı müxalifət təmsilçiləri "İP"-i əldə saxlaya bilmir. Son vaxtlar dağıdıcı müxalifət təmsilçiləri "İP"-in buraxılması və yeni birliyin yaradılması təklifi ilə çıxış edirlər. İllərdir dağıdıcı müxalifət təmsilçiləri çox birliklər yaradıblar: Son birlik "İctimai Palata" olsa da, artıq bunun da ömrünün sonudur. Bəlkə də 2 ildi yaradılan "İP" dağıdıcı müxalifətin ən uzunömürlü "birliyi" sayılır. Ötənlərdə "İctimai Palata"da təmsil olunan dağıdıcı partiyalar özləri "İP"-in 2 ilki fəaliyyətinə nəzər salıb. Məlum olub ki, bu 2 ildə "İP" yalnız qanusuz aksiyalar keçirməklə dağıdıcılıq və pozuculuqla müşayiət olunan hərəkətlərlə yadda qalıb. Yaradılma məqsədi isə başqa olsa da, fəaliyyəti tam fərqli olub. Xüsusilə, dağıdıcı müxalifətdə təmsil olunanlar özləri bu qurumu perspektivsiz sayıb.
İkiüzlülük dağıdıcı müxalifət üçün əsas faktordur
Əgər bir müddət öncəyə nəzər salsaq, ADP sədri Sərdar Cəlaloğlu qeyd etmişdi ki, "İctimai Palata" perspektivsiz bir qurumdur. Bu qurumun əsas məqsədi aksiyalar keçirməkdir. Tək S.Cəlaloğlu yox, digər dağıdıcı müxalifət təmsilçilərinin də adlarını qeyd etmək olar ki, onlar "İP"-in ünvanına kəskin ittihamlarla çıxış ediblər. Eyni zamanda, "İctimai Palata"da təxribatçıların da olduğu qeyd olunub. Bütün bunlar göstərir ki, "İP" yaranandan bu yana perspektivsiz bir qurum olub. Bunu S.Cəlaloğlu, zamanında qeyd etdiyi kimi, bu gün də sözünün üstündə dayansaydı, onda dağıdıcı müxalifət təmsilçiləri arasında "fərqlənərdi". Amma təəssüflər olsun ki, S.Cəlaloğlu da onlarla eyni bezin bir qırağıdır. S.Cəlaloğlunun mətbuata son açıqlaması AXCP (i) sədri Əli Kərimovla Müsavat başqanı İsa Qəmbərovun aralarındakı münasibətləri düzəltməyə yönəlsə də, bunun həlli mümkün deyil. Qeyd olunur ki, guya bunların aralarında munasibət qaydaya düşərsə, bir-birlərinə güzəştə gedərlərsə, onda "İP"-in ömrü uzun olacaq. Bu zaman sual meydana çıxır: 20 ilə yaxındır ki, dağıdıcı müxalifətdə təmsil olunan partiyalar müxtəlif birliklər, qruplaşmalar yaradıb və fəaliyyətinə son qoyublar. Hansının ömrü uzun olub ki, "İP" onlardan nümunə götürə bilsin?
2013-cü il dağıdıcı müxalifətə nə vəd edəcək?
1993, 1998, 2003 və 2008-ci illərdə ölkədə prezident seçkiləri keçiriləndə, dağıdıcı müxalifət təmsilçiləri seçkilərdə iştirak edəndə biabırçı şəkildə məğlub oldular. Azərbaycan xalqının başına gətirdikləri müsibətlər bəs deyilmiş kimi, xalqa yenidən yalan vədlər verməklə bu illər ərzində namizədliklərini irəli sürdülər. Amma ağı qaradan yaxşı seçə bilən xalq onları hər dəfəsində seçki marafonundan uzaqlaşdırdılar. Bununla belə, yenə də də zorla hakimiyyəti ələ keçirmək üçün təxribatlara əl atmaq istədilər. Azərbaycanda xaos, anarxiya yaratmaq üçün anti-Azərbaycan meyilli qüvvələrlə əlbir olub, onların ayırdığı maliyyə dəstəyi ilə ölkədə qarşıdurmalar yaratmağa cəhd etdilər. Bütün bunların qarşısı hakimiyyət tərəfindən yox, xalq tərəfindən alındı. Özlərinə tərəfdar topalaya bilməyən antimilli qüvvələr yenədə məyus oldular. Bütün bunlara rəğmən, yenə də 2013-cü il üçün növbəti dəfə uduzacaqlarını bilə-bilə, utanmadan 2013-cü ilin anonslarını verir. Beləliklə, əvvəlki seçkidə yaşadıqlarını bir daha yaşayacaqlar.
Dağıdıcı müxalifət əvvəlki seçkilərin taleyini yaşayacaq
20 ilə yaxındır ki, dağıdıcı müxalifət təmsilçiləri öz aralarında razılığa gələ bilmədikləri halda, seçkilərə sayalı bir vaxt qaldığı müddətdə, necə bir vahid mövqeyə gələcəkləri inandırıcı deyil. Dağıdıcı müxalifəti təmsil edən rəzil, satqın və ermənipərəst simalar sayılan Ə.Kərimov, İ.Qəmbərov, R.Quliyev, Ə.Əliyev, E.Məmmədov, S.Cəlaloğlu, S.Əkbər və bunların xəyanətkar əməllərinə bulaşan Eldar Namazovun dəstəsində toplaşan, özünü ziyalı adlandıran şəxslərdən "vahid namizəd" müəyyənləşdirmək xalqa heç nə vəd etmir. Əksinə, xalq bu insanların məğlubiyyətinin bir daha şahidi olmaq üçün onları gülünc vəziyyətdə görməkdən həzz alar.
Babək Hacıyev