PDF Oxu

Müxalifət

  • 47

Qondarma "ziyalıların" kölgə axtarışları

Və ya Eldar Zeynalov da Rüstəm İbrahimbəyov kimi Əli Kərimovun kölgəsini yalayır

Qondarma "ziyalıların" kölgə axtarışları

Vaxtilə mədəniyyət, incəsənət, yaradıcılıq kimi səmərəverici amilləri özlərinə ixtisas, peşə kimi seçən insanların sonradan xalqın onlara verdikləri qiyməti ayaq altına atmaları nə qədər təəccüblü görünsə də, ənənə şəklini alıb. Ancaq bu barədə bəzi qeydlər aparmamışdan öncə, söyləmək mümkündür ki, belə insanların anidən fikir dəyişkənliklərinə məruz qalmaları həm də onların ucuz və qıcqırmış təfəkkürlərinin acı məhsuludur. Əgər vaxtilə onlara ad-san, şərəf, şan-şöhrət gətirən yaradıcılıq potensialları sonradan cılızlaşaraq ucuz və rəzil siyasətə, həmin siyasəti ictimailəşdirmək cəhdində bulunan xəyanətkarlara tərəf meyillənirsə, demək, onların təfəkkürlərində mütləq hər hansısa çatışmazlıqlar yaşanmaqdadır. Belə insanlar qrupuna, təəssüf ki, zamanında elmlə məşğul olnalarla birgə, mədəniyyət sahəsi ilə də məşğul olan şəxslər daxildir. Yəni bu gün "Ziyalılar Forumu" kimi "Ziyalılar Hərəkatı" adlandırılan bir qrup maraqlıların qəflətən rəzil insanlara çevrilmələrinə sözügedən kontekstdən yanaşmaq lazımdır.

Əli Kərimovun pulla danışdırdığı və satın aldığı məddahlar, binəvalar və nəşəxorlar qrupu

Demək olar ki, hər gün dağıdıcı müxalifət düşərgəsinə məxsus mətbu orqanlarda xalqın dəstəklədiyi hakimiyyətə qarşı, iqtidarın rəhbər və vəzifəli şəxslərinə qarşı təlxəkcəsinə ağız atan "ziyalıların" bu kimi hərəkətlərinə rəvac verəcək faktorun olması danılmazdır. Və bu gün Rüstəm İbrahimbəyov kimi yazıçı, ssenarist və kinorejissor Eldəniz Quliyevin də bu kimi danışıqlara yol verməsinin arxasında satınalınma, satılma, ucuz təxəyyül dayanıb. Çünki onların hər birinin nədənsə məhz AXCP sədri Əli Kərimova məddahlıq etmələri və həmin məddahlıqlar çərçivəsində özlərinə yaraşan ifadələr səsləndirmələri həmin gerçəkliyin bir üzüdür. Ona görə də bu gün "Azadlıq" qəzetində iqtidara haqqında "Ya bunların texnoloqlarının nəşədən başı ayılmır, ya da qəsdən hakimiyyəti uçuruma aparırlar" deyən E.Zeynalovun öz daxili aləmində formalaşmış NƏŞƏXOR obrazı daha çox özünü büruzə verir. Yoxsa özünü "ziyalı" hesab edən şəxs belə ifadənin sahibinə çevrilməzdi. Eyni zamanda, E.Zeynalovun AXCP sədrini mədh edərkən, onu "sözüylə əməli üst-üstə düşən siyasətçi" adlandırması, əslində, daha bir həqiqəti də üzə çıxarır. Yəni Ə.Kərimov şübhəli, kişi cinsinə yaraşmayan hərəkətləri ilə yürütdüyü siyasətini tarazlaşdıra bilib. Daha dəqiq vurğulasaq, Ə.Kərimov özünü şəxsi maraqlarının girovuna çevirərək, satdırıb, satıldığı puldan bir parça E.Zeynalovun, R.İbrahimbəyovun qarşısına atıb. Onlar da həmin tikənin müqabilində məddahlıqlarını reallaşdırırlar. Bəlkə də yüksək dozalı narkotiklərin təsiri altında...

R.NURƏDDİNOĞLU

Digər xəbərlər