PDF Oxu

Müxalifət

  • 74

Rəsul Quliyevin AXCP sədrini müdafiə etməsinin arxasında hansı məqamlar dayanır?

Rəsul Quliyevin AXCP sədrini müdafiə etməsinin arxasında hansı məqamlar dayanır?

AXCP sədri Əli Kərimov xəyanətkar olduğunu gizlətməyə çalışsa da, zamanla ortaya elə faktlar çıxarılır ki, həqiqətən də, bu şəxsin ziyanlı bir insan olduğu sezilir. Buna don geyindirməyə çalışsa da, bütün cəhdlər iflasa uğrayır. Bir müddət öncə, "Müasir Müsavat" partiyasının sədri Hafiz Hacıyev mətbuata açıqlamasında bildirmişdi ki, Əbülfəz Elçibəyi Əli Kərimov zəhərləyib. Qeyd edib ki, mən fakt əsasında danışıram, məni şübhələndirən heç bir şey olmayıb. Şübhə əsasında heç kimi istintaqa cəlb etmək və barəsində cinayət işi açmaq olmur. Mən istəyirəm ki, Kərimov Əli barəsində cinayət işi açılıb, o, həbs olunmalıdır.

Mənim marağım o olub ki, Kərimov Əli Əbülfəz Elçibəyə zəhər verib, öldürdüyünə görə həbs olunsun. O, xarici kəşfiyyatın əli ilə öz liderinə xəyanət edib. H.Hacıyev bununla bağlı Bakı Şəhər Prokurorluğuna müraciət edib. Ə.Kərimov bu xəyanətini gizlətmək üçün müəyyən adamlardan kömək istəməyə məcbur olub. İlk dəstək də R.Quliyevdən gəlib. Rəsul Quliyevin Azərbaycandakı nümayəndəsi adlanan Ağasif Şakiroğlunun vasitəsilə Ə.Kərimova məlumat verilib ki, R.Quliyev Ə.Kərimova dəstək verməyə hazırdır. Görünür, R.Quliyevin bu qəhmərinin arxasında hansısa məqsədləri var. Çünki dağıdıcı müxalifət təmsilçiləri əgər bir-birlərinin ünvanına xoşagələn sözlər deyirsə, demək, burada hansısa sövdələşmə olub. Son zamanlar R.Quliyevin Müsavat başqanı İsa Qəmbərovla münasibətlərinin yaxşı olmaması onun maraqlarına cavab verir. R.Quliyevin lideri olduğu "ACP"-nin son vaxtlar dağıdıcı müxalifət düşərgəsində sıxışdırılması məsələsinə toxunan R.Quliyev Ə.Kərimovla şərt kəsib ki, bu "ACP" haqqında yaranan söz-söhbətlər yığışdırılsın. Hətta bir zamanlar "İctimai Palata"ya üzv olmaq istəyən R.Quliyevə vəd verilib ki, "ACP" "İP"-ə üzv olacaq. Amma indiki məqamda "ACP" artıq "İP"-ə üzv olmaq fikrindən daşınıb. Çünki dağıdıcı müxalifət düşərgəsində "İP"-in perspektivsiz bir qurum olduğu aşkara çıxıb. Son vaxtlar Ə.Kərimovun işlərinin qarışması, keçmiş xəyanətlərinin də üzə çıxması İ.Qəmbərovda sevinc yaradıb. Ə.Kərimov isə, bu məsələdə İ.Qəmbərovdan ehtiyat edir. Çünki İ.Qəmbərovda Ə.Kərimlovla bağlı çoxlu məlumatlar var.

Babək Hacıyev

Digər xəbərlər