PDF Oxu

Müxalifət

  • 55

Rəsul Quliyev - Əli Kərimov sövdələşməsi

Rəsul Quliyev - Əli Kərimov sövdələşməsi

Məlum olduğu kimi, bir müddət öncə, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev mərhum prezident Əbülfəz Elçibəyin AXCP sədri Əli Kərimov tərəfindən zəhərlənərək öldürüldüyü barədə açıqlama verib. Bununla bağlı əlində kifayət qədər fakt olduğunu deyən H.Hacıyev artıq Bakı Şəhər Prokurorluğuna müraciət edib. Amma bunu təkzib edən AXCP sədri Ə.Kərimov özünə dayaq axtarışındadır. Eyni zamanda, bu faktı Ə.Kərimov və onun ətrafında olan satqın, xəyanətkar şəxslər siyasiləşdirməyə çalışırlar.

O səbəbdən də, dağıdıcı müxalifətin bütün rəzil simaları Ə.Kərimovun müdafiəsinə qaldırılır. Amma Ə.Kərimovun belə bir addım atması gözləniləndir. Çünki illərdir Azərbaycandakı inkişafı gözü götürməyən antimilli qüvvələrin sifarişini yerinə yetirməklə öz xalqına və millətinə xəyanət edir. Ə.Kərimovun bu məsələdə ən böyük dayaq hesab etdiyi R.Quliyevdir. R.Quliyev də Ə.Kərimovdan heç də dala qalmayan antimilli qüvvələrin əlində vasitə olaraq oynadılır. İndiki məqamda R.Quliyevin Ə.Kərimova dəstək verməsi heç də qeyri-adi görünmür. Çünki bu şəxslər birgə dağıdıcılıq və pozuculuğa görə daim fərqləniblər. Xüsusilə, okeanın o tayında oturub, Azərbaycandakı siyasi proselərdən bixəbər olmasına baxmayaraq, absurd açıqlamalar verən R.Quliyev indi də Ə.Kərimovun müdafiəsinə qalxır, ona dəstək verməyə hazır olduğunu deyir. Amma yaxın keçmişdə Ə.Kərimovun ünvanına kəskin ittihamlarla çıxış etmişdi. Elə bir müddəd öncə də, "İctimai Palata"da təxribatçıların olduğunu deyən R.Quliyev bu açıqlaması ilə Ə.Kərimova işarə etmişdi. Yaxın keçmişlə indikini müqayisə etsək, görərik ki, yenə də bu rəzil insanların bir-biri ilə yaxınlaşmalarının arxasında şəxsi mənafelərindən irəli gələn məqsədlər dayanır. Bu mənada, R.Quliyev hesab edir ki, Ə.Kərimova dəstək verməklə daha da böyük pozuculuq etmək olar. Hətta bu məsələnin ört-basdır edilməsində R.Quliyev Ə.Kərimovla sövdələşib. R.Quliyevin okeanın o tayından Ə.Kərimovla bağlı açıqlamaları, aşkar şəkildə göstərir ki, artıq tərəflərin bir-birlərinə vədləri olub. Ümumiyyətlə, "ACP" lideri R.Quliyev dağıdıcı müxalifət düşərgəsindəki gərgin vəziyyətdən sui-stifadə etməyə çalışır. Onun məqsədi heç də Ə.Kərimovu müdafiə etmək deyil.

Babək Hacıyev

Digər xəbərlər