PDF Oxu

Müxalifət

  • 63

Əli Kərimovun müavini niyə onu tərk edib?

Asəf Quliyevin AXCP sədrindən uzaqlaşması ehtimalları müxtəlifdir

Əli Kərimovun müavini niyə onu tərk edib?

Son günlər AXCP daxilində cərəyan edən hadisələr fonunda yeni olayların yaşanması partiya sədri Əli Kərimovun dalana dirənməsi ilə nəticələnib. Belə ki, Əbülfəz Elçibəyin zəhərlənməsi iddiası ilə başladılmış istintaq, partiya funksioneri Xaliq Bahadırın qəzəbli bəyanatı, gənclər komitəsindəki rüsvayçılıq hadisələrinə daha biri də əlavə olunub. Bu hadisə isə, əslində, "cəbhə" sədrinin yerdə qalan üstüötrülü məqamlarının üzə çıxmasına, reallığa yaxın ehtimallara daha çox şərait yaradır. Çünki budəfəki məsələ birbaşa partiyanın idarəçiliyində olan Asəf Quliyevin adı ilə əlaqəlidir. Ə.Kərimovun əsas müavinlərindən biri olan A.Quliyevin, artıq siyasi fəaliyyətini dayandırdığı barədə söhbətlər yayılmaqdadır. Hətta onun Ukraynada şəxsi iş qurması öz təsdiqini tapmışdır. O, yaxın zamanlarda Azərbaycana gələcəyini desə də, bu kimi açıqlamanın həqiqətdən kənar olması da məlumdur. Çünki Ə.Kərimovun müavininin anidən onu tərk etməsi, əslində, başqa məsələlərlə bağlılıq təşkil edir.

Əli Kərimovu tərk edən istənilən funksioner dərhal ölkəni tərk edir

Xatırladaq ki, AXCP sədrini tərk edən istənilən funksioner dərhal xarici ölkələrə üz tutur. A.Quliyevin də həmin addımı atması onun geri dönməyəcəyini tam yəqinləşdirir. Ancaq hələ ki, müəyyən, rezonans doğuracaq açıqlamalar, bəyanatlar verməkdən yayınan A.Quliyev "cəbhə"də gedən proseslərin nəticəsini gözləyir. Burada əsas nəzərəçarpacaq məsələlərdən biri də məhz Elçibəyin zəhərlənməsi ilə bağlı Ə.Kərimova qarşı qaldırılmış iddiadır. Əgər həmin iddia təsdiqini taparsa, bu amil A.Quliyevdən də yan keçə bilməz. Və nəticədə, daha qaranlıq məqamların üzə çıxması gerçəkləşə bilər. Bu baxımdan da, onun mətbuata verdiyi açıqlamasında "Ancaq harada olmağımdan asılı olmayaraq, hər gün ən azı yarım saat Azərbaycanda baş verən ictimai-siyasi proseslərlə maraqlanıram" ifadəsini işlətməsi, bilavasitə, "cəbhə"də və Ə.Kərimov ətrafında cərəyan edən hadisələrlə bağlıdır.

Elçibəyin zəhərlənməsində Əli Kərimovla yanaşı, Asəf Quliyevin də "barmağı" varmı?

Onu da qeyd edək ki, A.Quliyev Ə.Kərimovun yaxın adamı kimi uzun illərdir ki, AXCP-də müəyyən vəzifələr tutub. Onun partiyanın sədr müavini olmasını da məhz Ə.Kərimov təmin edib. Yəni mərhum Ə.Elçibəyin həyatına qəsd edildiyi ehtimal olunan "Yurd" şefi öz çirkablarına A.Quliyevi də bulaşdırıb. Bunu onun özü də istisna etmir: "Mən Azərbaycanda müstəqillik uğrunda mübarizəyə qoşulduqda, Əbülfəz Elçibəyin sədri olduğu AXC və sonralar AXCP-də olmuşam". Bu açıqlamanı təhlil edərkən, məlum olur ki, Ə.Elçibəy AXC-yə rəhbərlik edərkən, Ə.Kərimovun AXCP manipulyasiyalarında o da iştirak edib. Yəni A.Quliyev birbaşa öz liderinə xəyanətdə başlıca rollardan birini oynayıb. Və bu gün onun guya sentyabrda, yaxud da oktyabrda Azərbaycana geri dönməsi, əslində, növbəti manipulyasiyadır. O, yaxşı bilir ki, yaxın ərəfələrdə Ə.Kərimov haqqında irəli sürülmüş iddia, yaxud ittiham böyük ehtimalla reallaşmaq üzrədir. Eləcə də, AXCP sədri haqqında daha bir neçə qaranlıq qalmış məsələlər də mövcuddur ki, onların hər birində xəyanət faktoru dayanıb. Bu səbəbdən də, A.Quliyevin, ümumiyyətlə, geri qayıtmayacağı, özünü zərbə altında qoymaq istəməyəcəyi indidən özünü büruzə verir. Ən azından isə, baş verəcək növbəti hadisələri gözləmə mövqeyində izləyir. Buna isə partiya fəaliyyəti, ya da siyasi fəaliyyət adını vermək olmaz.

R.RƏSULOV

Digər xəbərlər