Hacıbaba Əzimov:
"16-lar" güclü, özəl qurumdu,
İmkanı genişdi, yüz əl qurumdu,
Məqsəd-məramıyla gözəl qurumdu,
Niyə girirdiniz, niyə çıxdınız?
Taliyət Əliyev:
Köhnə "VAMBP"-də bitini bitdə,
ADP-yə yoldaş oldu "Ümid" də,
Atıb "16-"nı, göstərdik xid tə,
Onun sırasını atdıq da getdik.
Hacıbaba Əzimov:
Başda olanlardan başa çıxdınız,
Bütün ümidləri daşa çaxdınız,
Siz quran deyilsiz, niyə yıxdınız?
Niyə girirdiniz, niyə çıxdınız?
Taliyət Əliyev:
Qurum çamırına batdıq da getdik,
Sizin mövqenizi satdıq da getdik,
Arzuya-niyyətə çadtıq da getdik,
Sizin sıranızı atdıq da getdik.
Hacıbaba Əzimov:
Sizə Qərb olacaq yenə dirəkmi?
Bosslardan alarsız duzmu-çörəkmi?
Bu qəbil dəyişkən olmaq gərəkmi?
Niyə girirdiniz, niyə çıxdınız?
Taliyət Əliyev:
Üzvlər çoxalıb, bir pik düşübdü,
Sizin aranıza cik-bik düşübdü,
Sərdar da, İqbal da incik düşübdü,
Sizin sıranızı atdıq da getdik.
Hacıbaba Əzimov:
Gedib Avropadan quruş gətirmək,
Həmkarlara qarşı vuruş gətirmək,
Çətin olacaqsa duruş gətirmək,
Niyə girirdiniz, niyə çıxdınız?
Taliyət Əliyev:
Biz durub marıqda güddük məqamı,
Sizin süqut üçün qaldırdıq camı,
İstərdik bizim tək davransın hamı,
Sizi təkbaşına atdıq da getdik.
Hacıbaba Əzimov:
Bizim köksümüzə basaraq közü,
Nədən bozartdınız bu qədər üzü?
Hələ də anlaya bilmirəm, düzü,
Niyə girirdiniz, niyə çıxdınız?
Taliyət Əliyev:
Tale də bu yöndə yazıbdı yazı,
Getməmişdən əvvəl biz basdıq qazı,
Cəbhə də sizlərdən deyildi razı,
Odur ki, biz sizi atdıq da getdik.
Hacıbaba Əzimov:
Oyaq qalmaq üçün içdin qəhvə də,
Gözləmə mövqeyi tutdu cəbhə də,
Yol verib çox qaba, kobud səhvə də,
Niyə girirdiniz, niyə çıxdınız?
Taliyət Əliyev:
Rəsulun heç mənim tazım deyildi,
Bu qurum da alın yazım deyildi,
"16"-lar bizə lazım deyildi,
Bu səbəbdən sizi atdıq da getdik.
Hacıbaba Əzimov:
Başa xəzinə tək tökəcəkdi pul,
Gətirər quruma xaricdən məhsul,
Göstərərdi sizə səxavət Rəsul,
Niyə girirdiniz, niyə çıxdınız?
Taliyət Əliyev:
Qurum kürəyinə atıb palanı,
Başına çıxarar Rəsul klanı,
Bizə yaramadı onun planı,
Bununçün sizləri atdıq da getdik.
Hacıbaba Əzimov:
Sizdə vüqar yoxdu, o, vüqarlıdı,
Bəlkə bilmirsiniz Rəsul varlıdı,
Sizin halınızdan etibarlıdı,
Niyə girirdiniz, niyə çıxdınız?
Taliyət Əliyev:
Kəsif qoxu verdi duxi ətriniz,
Qərbdə bilinmədi sizin qədriniz,
Bizə lazım deyil avam sədriniz,
Odur ki, sizləri atdıq da getdik.
Hacıbaba Əzimov:
Əvvəl bu qurumu saydınız əntiq,
Hətta önünüzdə yoxdu yoxuş, dik,
Biz baş açmadıq ki, nə idi məntiq,
Niyə girirdiniz, niyə çıxdınız?
Taliyət Əliyev:
O, bizə maraqlı deyil, əvvəla,
Açar başınıza qurum çox bəla,
Biz onu pis saydıq, saymadıq əla,
Sizin sıranızı atdıq da getdik.
Hıcıbaba Əzimov:
Qol deyib yeritdik iti biz sizə,
Əvvəlcə göstərdik geniş iz sizə,
Sonra edəcəkdik kömək biz sizə,
Niyə girirdiniz, niyə çıxdınız?
Taliyət Əliyev:
Biz əvvəl sizlərə Rəsulu verdik,
Sonra vəd etdiyi məhsulu verdik,
Könüllü olaraq şax pulu verdik,
Həm də sıranızı atdıq da getdik.
Hacıbaba Əzimov:
Bu qədər layihə eylədik tərtib,
Qaçdınız, yolüstü onları çərtib,
Rəsul gözünümü sizə bərəldib?
Niyə girirdiniz, niyə çıxdınız?
Taliyət Əliyev:
Yüksək ad, şərəf-şan, soy sizə qalsın,
Biz yasa gedənik, toy sizə qalsın,
Rəsul da, pulu da qoy sizə qalsın,
Bizsə sıranızı atdıq da getdik.
MİRZƏ QƏRƏNFİL