Bir neçə gün öncə 16 partiyanın təşkilatçılığı ilə toplantı keçirilib. "Demokratik Qüvvələrin Məşvərət Məclisi"nin ("DQMM") yaradılması ilə bağlı keçirilən toplantı AXCP sədri Ə.Kərimovun sifarişi ilə təşkil oldunduğu deyilir. Amma diqqəti yayındırmaq məqsədilə AMİP-in adının hallandırılması təsadüfi deyil. Çünki Ə.Kərimov bunları bir yerə toplamaqla çirkin məqsədlərini həyata keçirməyə çalışıb. Həmin məclisə Müsavat partiyasının dəvət edilməməsi də, bir daha göstərir ki, bu, AXCP sədri Ə.Kərimovun sifarişidir.
Ona görə ki, son vaxtlar AXCP sədri Ə.Kərimov özünün təbliğatını aparır. Buna görə də Ə.Kərimov Müsavat-AXCP-nin birgə təşəbbüsü ilə yaradılan "İctimai Palata"nın dağılması üçün yeni formal birliyin yaradılmasını zəruri sayır. O, hesab edir ki, bu yolla düşərgəsinin "vahid namizəd"i ola bilər. Bunun üçün ortalığı yenə qarışdırır. Müxtəlif birliklərin yaradılması üçün təşəbbüslər irəli sürür. Amma əslində, tərəflər arasında mövcud bir fikir yoxdur. AXCP sədri Ə.Kərimov isə son vaxtlar Müsavat başqanı İ.Qəmbərova qarşı apardığı çirkin kampaniya gizlədilsə də, qarşı tərəf də bunun cavabını verir. Açıq şəkildə dağıdıcı müxalifət düşərgəsində tərəflər müxtəlif şəkildə bir-birlərini hədələyir ki, "vahid namizəd" olmaq iddiasından əl çəksin.
AXCP sədrinin çirkin məqsədləri ona problemlər yaradıb
Dağıdıcı müxalifət düşərgəsində Ə.Kərimovun göstərdiyi çirkin oyunlar düşərgədə bütün pozucu şəxslərin qəzəbinə tuş gəlib. Artıq AXCP-də olan şəxslərdən də ona qarşı bu çirkin kampaniyalara son verməklə bağlı iradlar tutulub. Ə.Kərimov isə bunlara məhəl qoymadan düşərgədə bütün şəxsləri ittiham edir və hədə-qorxu gəlir ki, onun namizədliyi dəstəklənsin. Hətta nəinki Müsavat, başqa partiyalardan da bununla bağlı iradlar gəlib ki, dağıdıcı müxalifətin apardığı mübarizə reallığa söykənmir. Dağıdıcı müxalifət təmsilçiləri hesab edirlər ki, Ə.Kərimov açıq şəkildə öz maraqlarını güdür. Ona görə də, bu proseslərdən uzalaşdırılmalıdır. Məhz Ə.Kərimov da bunlar bildiyi üçün artıq məqsədlərini gizli yolla həyata keçirir. 16 partiyanın birgə toplantısı göstərdi ki, Ə.Kərimovun əsas məqsədi çirkin əməllərlə təbliğat aparmaqdır.
Babək Hacıyev