PDF Oxu

Müxalifət

  • 58

Sülhəddin Əkbərlə Rəsul Quliyev arasında konflikt yaranıb

Araz Əlizadə: "Sülhəddin Əkbər "ACP"-yə kabab iyinə gəlib, amma gələndə görüb ki, eşşək dağlıyırlar"

Sülhəddin Əkbərlə Rəsul Quliyev arasında konflikt yaranıb

Son vaxtlar dağıdıcı müxalifət düşərgəsində baş verən hadisələr bu düşərgəsinin təmsilçilərini üz-üzə qoyub. Xüsusilə, fəallaşmaq istəyən, lakin bunu bacarmayan qüvvələr öz aralarında güzəştə getməyi də bacarmır. Belə ki, dağıdıcı müxalifət düşərgəsində bir-biri ilə yola getməyənlərdən R.Quliyevlə Sülhəddin Əkbərdir ki, xüsusilə, fərqlənir.

Buna səbəb isə R.Quliyev S.Əkbəri "ACP"-yə sədr gətirəndə ona verdiyi vədləri yerinə yetirməməsidir. Çünki R.Quliyev S.Əkbəri "ACP"-yə gətiriləcəyi təqdirdə, onun pul verəcəyi ilə bağlı yalan vədlər də vermişdir. Amma hansı ki, R.Quliyev sonradan bu sözünü geri götürüb. Məlum olub ki, R.Quliyev yalandan vəd verməklə S.Əkbəri Müsavatdan çıxarıb yanına gətirmək istəyib. Sonradan da Müsavata qayıtmaq istəməyən S.Əkbər düşdüyü vəziyyətlə barışmalı olub. Amma son vaxtlar S.Əkbər R.Quliyevdən hesabat tələb edir. "ACP"-nin yerləşdiyi qərargah sahibi də onları çıxaracağı ilə bağlı dəfələrlə xəbərdarlıq etsə də, S.Əkbər hələ ki, R.Quliyevdən cavab gözləyir. Belə görünür ki, S.Əkbərlə R.Quliyev arasında olan konfliktin kökündə maddi maraqlar dayanır.

Araz Əlizadə: "Rəsul Quliyev heç nə qazanmır, vaxtilə oğurladığını xərcləyir"

Məsələ ilə bağlı "Səs" qəzetinə açıqlama verən Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə bildirdi ki, R.Quliyevçilərin həmişə pul problemi olub: "Bu gündə R.Qulieyvçilərin pul problemi var və olacaq da. Hələ Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə də R.Quliyev arasında pul problemləri var idi. Ona görə də bunlar etibarsız adamlardır. Sülhəddin Əkbər "ACP"-yə başqa maraqlarla gəlmişdi. Amma sonradan məlum oldu ki, S.Əkbər Müsavat partiyasından istefa verib "Açıq Cəmiyyət Partiyası"na kabab iyinə gəlib, ama gələndə görüb ki, eşşək dağlıyırlar. R.Quliyevdə hərif deyil ki, S.Əkbərə pul versin. R.Quliyev özünə nə qazanır ki, ona da partiya sədri olduğu üçün pul versin. R.Quliyev heç nə qazanmır, vaxtilə oğurladıqlarını xərcləyir. Ona görə onlar arasında söz-söhbətlər var və olacaq da. Müsavatın rəhbərliyində çıxıb, müstəqil bir adam olduğunu elan edən bir adam Soros Fondunun adına oxşar bir partiyaya gəlir".

ASDP sədri Araz Əlizadə onu da qeyd etdi ki, indi R.Quliyev yemədiyi yeməyin dadından danışır. R.Quliyev Azərbaycanın neftini oğurlayıb satmağa öyrəncəkli olan bir adamdır. Bu məsələdə onun böyük xidmətləri var. R.Quliyev qeyd edir ki, xaricdə Azərbaycanı tanınmırlar. O vaxt R.Quliyev kimi parlamentin sədri var idi, ona görə də Azərbaycanı tanımırdılar. Azərbaycanda R.Qulieyvçilər olanda, Azərbaycana hörmət etmirdilər. Çünki bilirdilər ki, bunlar oğrulardır. İndi Allaha çox şükür ki, aramızda bu cür təmsilçilər yoxdur.

Babək Hacıyev

Digər xəbərlər