PDF Oxu

Müxalifət

  • 60

Dağıdıcı müxalifət Ramil Səfərovun azadlığa çıxmasından məyus olub

Xədicə İsmayılova bu məyusluğu artıq sosial şəbəkələrdə təbliğ edir

Dağıdıcı müxalifət Ramil Səfərovun azadlığa çıxmasından məyus olub

Hər zaman Azərbaycan xalqının sevincinə səbəb olan hadisələr dağıdıcı müxalifəti məyus edib. Bu dəfə dağıdıcı müxalifət Azərbaycan ordusunun zabiti Ramil Səfərovun azadlığa çıxışından məyus oldu. AXCP sədri Əli Kərimliyə yaxın şəxslərdən hesab olunan Xədicə İsmayılova "facebook" sosial şəbəkədə özünə məxsus profildə dağıdıcı müxalifətin iç üzünü göstərən status paylaşıb. Həmin statusdan görünür ki, dağıdıcı müxalifət təmsilçilərini bu hadisə çox narahar edir. X.İsmayılova statusda R.Səfərovun azadlığa buraxılmasının qeyri-qanuni olduğunu bildirir. Hətta onun cinayətkarın biri olduğunu deməkdən də çəkinmir. Sifariş əsasında yazılan status bir daha göstərir ki, bunlar ermənilərin mövqeyindən çıxış edirlər. R.Səfərovun azadlığa çıxması beynəlxalq hüquq normalarına uyğun həll olunan bir məsələdir. Bu Azərbaycan diplomatiyasının, ümumilikdə, ölkə başçısının dünya birliyində qətiyyətli mövqeyinin ifadəsidir.

Fuad Ələsgərov: "Ramil Səfərov, təhvil verilmə haqqında Konvensiya nəzərə alınaraq, Azərbaycan Konstitusiyası və qanunvericiliyi əsasında əfv edilib"

Bir neçə gün öncə, R.Səfərovun Macarıstandan Azərbaycana ekstradisiya olunması ilə bağlı mətbuata açıqlama verən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov qeyd edib ki, Azərbaycan zabiti Ramil Səfərovun verilməsi haqqında məsələnin həllində Macarıstan və Azərbaycan "Məhkum olunmuş şəxslərin verilməsi haqqında" Avropa Konvensiyasının şərtlərinə tam riayət ediblər.

Prezident Administrasiyasının rəsmisi onu da qeyd edib ki, "Məhkum olunmuş şəxslərin cəzalarının qalan hissəsini çəkmək üçün təhvil verilməsi Avropa Şurası çərçivəsində 1983-cü ildə qəbul edilmiş "Məhkum olunmuş şəxslərin verilməsi haqqında" Avropa Konvensiyası ilə tənzimlənir. Həmin Konvensiyaya görə, sənədə qoşulmuş ölkənin ərazisində mühakimə olunmuş şəxs cəzasının qalan hissəsini çəkmək üçün sənədə qoşulmuş digər ölkəyə verilə bilər".

R.Səfərovun ölkəyə ekstradisiya olunduqdan sonra əfv olunması ilə bağlı məsələyə münasibət bildirən PA rəsmisi qeyd edib ki, "Ramil Səfərovun təhvil verilməsində həm Macarıstan, həm də Azərbaycan Konvensiyanın tələblərinə tam əməl edib: "Azərbaycan tərəfi hökmün icrasının davam etməsi proseduruna dair bütün lazımi hüquqi informasiyaları çatdırıb. Macarıstan məhkəməsinin çıxardığı hökm yalnız məhkumun hökm çıxarılandan 30 il müddətində vaxtından əvvəl şərti azadlığa buraxılması imkanlarını məhdudlaşdırır. Bu məhdudiyyət məhkumun əfv olunması və ya amnistiyaya salınması imkanlarına aid edilmir. Ramil Səfərov, təhvil verilmə haqqında Konvensiya nəzərə alınaraq, Azərbaycan Konstitusiyası və qanunvericiliyi əsasında əfv edilib. Konvensiyaya əsasən, hər bir tərəf əfv, amnistiya elan edə və ya ölkə Konstitusiyası, yaxud digər hüquqi aktlar əsasında məhkumun cəzasını azalda bilər".

Xədicə İsmayılova qanunlardan bixəbərdir

Sosial şəbəkələrdə AXCP sədri Ə.Kərimlinin təbliğatını aparan X.İsmayılova bu məsələ haqqında bədnam qüvvələrin mövqeyini sərgiləməklə Ə.Kərimli və ona yaxın anti-milli şəxslərin sifarişini yetirir. Azərbaycanın sevincinə səbəb olan belə bir hadisəyə ermənipərəst mövqedən yanaşan dağıdıcı müxalifət R.Səfərovun azadlığa buraxılmasına qarşı çıxır. Ümumiyyətlə, son vaxtlar X.İsmayılova kimilərin timsalında antimilli şəxslərin R.Səfərovun əfv olunmasına bir başqa don geyindirir. Sosial şəbəkələrdə ermənilərlə daha çox təmasda olan dağıdıcı müxalifət təmsilçiləri bu məsələdə ermənilərin mövqeyini əks etdirən statuslar paylaşır və onlarla bu məsələdə müzakirələrə qoşulur. Elə X.İsmayılovanın bu statusunu da onlara xidmət kimi qiymətləndirmək olar.

Babək Hacıyev

Digər xəbərlər