PDF Oxu

Müxalifət

  • 63

"Köhnə sandıq yenidən açılsa, onlar paxırlarını tökəcəklər ortaya" "Köhnə sandıq yenidən açılsa, onlar paxırlarını tökəcəklər ortaya"

Qüdrət Həsənquliyev: "AXCP-Müsavat arasındakı qarşıdurmanın təzahürləri göz önündədir"

"Köhnə sandıq yenidən açılsa, onlar paxırlarını tökəcəklər ortaya" "Köhnə sandıq yenidən açılsa, onlar paxırlarını tökəcəklər ortaya"

Mərhum Əbülfəz Elçibəyin zəhərlənməsi fonunda baş verən müxalifətdaxili qalmaqal böyüməkdə davam edir. Artıq irəli sürmüş iddia nəticəsində ilk qan da tökülüb. Buna misal olaraq, Elçibəyin yaxın ətraflarından hesab olunan KXCP təmsilçisi Elman Türkoğlunun AXCP sədri Əli Kərimli tərəfindən amansızcasına döydürülməsi faktını göstərmək mümkündür.

Bu kimi hadisələr nəticəsində üstüa çılmayan sirrlər ifşa edilir, sonda isə zəhərlənmə cinayətində yeni və maraqlı təfərrüatlar üzə çıxır. Belə təfərrüatlardan biri də BAXCP sədri Qüdrət Həsənquliyev tərəfindən səsləndirilib. Onun fikirncə, AXCP-Müsavat arasındakı qarşıdurmanın təzahürləri göz önündədir. Əbülfəz Elçibəyin zəhərlənməsi məsələsini ilk dəfə Pənah Hüseyndən eşitdiyini deyən Q.Həsənquliyev xatırladıb ki, həmin məsələ parlamentdə səsləndirilmişdi: " O zaman mən çıxış edib dedim ki, bu, xoş niyyətlə ortaya atılan məsələ deyil. Elçibəyin ruhunu narahat etməyin".

"Dövlət üçün vətəndaş- vətəndaşdır"

BAXCP sədri güman edir ki, Pənah Hüseynin burada məqsədi Əli Kərimlini gözdən salmaq, Elçibəylə Əli Kərimli arasında olan ziddiyyətləri qabartmaq və Əli Kərimlini küncə sıxışdırıb İsa Qəmbərin vahid namizədliyinin qəbul olunmasına məcbur etməkdən ibarət olub. Lakin zəhərəlnmə ilə qaldırılmış iddia da mütləq müvafiq orqanlar tərəfindən araşdırılmalıdır: " Hüquqi baxımdan isə ortada qanun pozuntusu yoxdur, vətəndaş müraciət edib və məsələ araşdırılır. Kimsə deyə bilməz ki, mən filankəsi qeyri-ciddi adam sayıram, sən niyə onun şikayəti əsasında cinayət işi qaldırmısan? Bu, absurddur. Dövlət üçün vətəndaş- vətəndaşdır".

"Əzabkeş obraz yaratmağa çalışırlar"

P.Hüseynin bir vaxtlar bu məsələni parlamentdə qaldırmasına baxmayaraq, hazırda məsələ ətrafında baş verən hadisələri kənardan izləməsinə gəlincə Q.Həsənquliyev bildirib ki, ümumiyyətlə, P.Hüseynin mövqeyi hər zaman qaranlıq olub: " Mən onun bir müsahibəsini oxudum. Əvvəl deyir ki, mən bu məsələni MM-də qaldırmışdım, amma sonra da deyir ki, bu ideyanı hakimiyyət gündəmə gətirib. Bu, absurddur. Çünki adam özü məsələni qaldırır, sonra da deyir ki, hakimiyyətin işidir".

Özlərini Elçibəyin davamçıları adlandıran Ə.Kərimlini, İ.Qəmbəri və digərlərini qeyri-ciddi adam olmaqda ittiham edən BAXCP sədri bunu belə izah edib ki, hər hansı şəxsi qeyri-ciddi adlandırıb, sonradan həmin insanın iddialarına münasibət bildirməyin özü qeyri-ciddilikdir: " Bir insanı qeyri-ciddi adlandırıb, sonra bütün resursları bu məsələnin üzərinə yönəldirlər. Bütün mətbuatı, ziyalıları danışdırırlar, əzabkeş obrazı yaratmağa çalışırlar. Sonra bilmək olmur ki, qeyri-ciddi hansı tərəfdir".

RÖVŞƏN RƏSULOV

Digər xəbərlər