AXCP sədrinin növbəti portret cizgiləri
(Əvvəli ötən sayımızda)
AXC-nin o zamankı nüfuzu xalqın bir hissəsində rəğbət qazansa da, bu, artıq "Yurd" şefi adını qazanmağa müvəffəq olmuş Əli Kərimlini narahat edirdi. Və əlbəttə ki, burada da xəyanət amili rol oynadı ki, Ə.Kərimli bir sıra xarici təşkilatlardan sifarişlər alaraq, həmin xəyanətin icraçısına çevrildi. Sədrliyə gedən yeganə yol isə AXC-nin və Elçibəyin sıradan çıxarılması idi. Və burada daha bir sual çıxır ki, "Yurd"un gücü nədə idi? Bu sualın cavabını Elçibəy "Şərq" qəzetinin 29 sentyabr tarixli sayındakı müsahibəsində kifayət qədər açıq şəkildə verib: "... Mənə xəyanət oldu..."
Artıq "Azadlıq" qəzetində Ə.Kərimlinin Elçibəyi təhqir edən muzdlu yazarları mövcud idi
İndi isə Ə.Kərimlinin timsalında "Yurd"un digər təhlükəli manevrlərini xatırlayaq. "Yurd" Xalq Cəbhəsinin daxilində anti-cəbhə funksiyasını yerinə yetirərkən, xüsusilə, mediadan geniş istifadə edirdi. Artıq "Azadlıq" qəzetində Ə.Kərimlinin Elçibəyi təhqir edən muzdlu yazarları mövcud idi. Ə.Kərimli Elçibəyin əxlaqa söykənən siyasətindən tamamilə fərqli olaraq, milli əxlaqımıza zidd şəkildə böhtanı, şəri, şayiəni, şantajı gündəlik həyat tərzinə çevirərək Azərbaycanın sabahını təhlükə altına qoyur, bununla da mövqeyini, "karyerasını" möhkəmləndirirdi. Xatırladaq ki, "Yurd" şefi bu gün də həmin "siyasəti" özünə prioritet hesab edir. Ə.Kərimlinin daha bir məqsədli planı AXCP-nin hüquqi bazasında iflic vəziyyəti yaratmaq idi. Eləcə də burada sədr səlahiyyətlərinin məhdudlaşdırılması da önəm kəsb edirdi. "Yurd" şefi AXCP Nizamnaməsinin VI.9.12 maddəsində gizli şəkildə dəyişiklik edərək partiya sədrinə və AXCP Ali Məclisinə alternativ qurum olan Rəyasət Heyətini yaratdı. Artıq "komsomol" planının birinci hissəsi yerinə yetirilmişdi...
İlk problemlər
Baş verənlərdən sonra, Ə.Kərimli Rəyasət Heyətinin köməyi ilə təşkilatın bütün orqanlarının səlahiyyətlərini mənimsədi və rayon-şəhər təşkilatlarına nəzarət onun əlinə keçdi. "Yurd" şefi bununla yanaşı, AXC məramına və Elçibəyə sadiq olan şöbələri və "cəbhəçiləri" təzyiq altında saxlamaqla, Elçibəyə qarşı davamlı təbliğatını gücləndirdi. Elçibəy tərəfdarları üçün edam eşafotunu xatırladan Rəyasət Heyəti ilkin olaraq, AXCP-nin nəzarət-təftiş komissiyasının sədri Şamil Quliyevi, AXCP sədrinin əsas müavinləri olan Mirmahmud Fəttayevi (Mirəlioğlu), Əli Məsimovu, -Fazil Qəzənfəroğlunu (Mustafa) və Zəlimxan Məmmədlini çıxdaş etdi. Səbəb, bu adamların öz liderlərinə sadiqliyi idi.Necə deyərlər, hər şey öz yolu ilə gedirdi. Qalıdrı "karyeranı" parlament səviyyəsinə qədər yüksəltməyə ki, artıq bu işdə də müəyyən gediş planları hazırlanmışdı.Lakin daha əsas məqam liderin aradan götürülməsi məsələsi idi.
(Ardı var)
RÖVŞƏN NURƏDDİNOĞLU