PDF Oxu

Müxalifət

  • 62

AXCP sədri tərəfdar axtarışında

Əli Kərimli İsa Qəmbərə qarşı savaşda "REAL" sədri İlqar Məmədova nə vəd edib?

AXCP sədri tərəfdar axtarışında

2013-cü il seçkilərini əllərində rəhbər tutaraq, bir-birlərinə qarşı açıq mübarizəyə girişən müxalifət yetkililəri artıq tərəfdar toplamaqla məşğuldurlar. Bu faktora xüsusi önəm verən partiya sədrləri, əslində, seçki nəticələrini deyil, şəxsi mənfəətlərini güdməkdədirlər. Çünki həm Müsavat, həm də AXCP rəhbərləri xarici qüvvələr qarşısında "aparıcı müxalifət", yaxud "ana müxalifət" partiyasının lideri imicini itirməkdən dolayı ciddi ehtiyatda bulunurlar. Bu kimi ehtiyatın əldən verilməsi isə bilavasitə gələcəkdə əldə ediləcək qrantların, vəsait qazandıracaq siyasi sifarişlərin qarşısını birdəfəlik ala bilər. Bu baxımdan, onların öz azsaylı elektoratları qarşısında verdikləri seçki vədləri, hakimiyyətə gələcəkləri haqqında irəi sürdükləri utopik nəzərriyələr sadəcə boş xülyalardır. Yəni həm Müsavat başqanı İsa Qəmbərin, həm də AXCP sədri Əli Kərimlinin əsas məqsədləri siyasi arenada müxalifət lideri kimi qalmaq və qaldıqca da mənfəətlərini artırmaqdır.

Müsavat başqanı müxalifətyönlü mediaya, Əli Kərimli isə ictimai birliklərə arxalanır

Bu xüsusda onların seçkilər öncəsi tərəfdar axtarışına çıxmaları diqqətdən yayınmır. Çünki onlar şəxsi nüfuzlarına inamsızdırlar. İtirilən elektorat, mövcud olmayan sosial baza onları başqa ünvanlara müraciət etməyə sövq edir. Misal üçün, İ.Qəmbərin ötən günlərdə "Turan" İA-nın rəhbəri Mehman Əliyevlə razılaşma əldə etməsi, həmin razılaşma əsasında adıçəkilən informasiya agentliyində Müsavat başqanının təbliğatının aparılmasını göstərmək mümkündür. Eyni zamanda, M.Əliyev "Turan"da "cəbhə" sədri Ə.Kərimliyə qarşı əks-təbliğat materialları yerləşdirəcək ki, həmin vasitə ilə Müsavat başqanına müəyyən dividendlər qazandırılacaq.

AXCP sədri Əli Kərimli isə "REAL" Hərəkatının sədri İlqar Məmmədovla arasını yaxşılaşdırmaq qərarna gəlib. Onu da xatırldaq ki, İ.Məmmədov son günlərə qədər hər iki partiya sədrinə qarşı ciddi ittihamlarla çıxışlar edib. Amma buna baxmayaraq, AXCP sədri "REAL" rəhbərinə ağız açaraq, onunla münasibətlərin korlanmamasını istədiyini deyib. O, vəd verib ki, əgər 2013-cü il seçkilərində AXCP-ni dəstəkləyərsə, gələcəkdə əldə edəcəyi gəlirləri onunla bölüşdürməyə hazırdır. Nəticədə, hər iki şəxs arasında isti münasibətlər yaranıb və tərəflər çox tez-tez görüşüb müzakirələr aparırlar. Əldə etdiyimiz məlumata görə, artıq birgə fəaliyyət planı ətrafında gizli müzakirələr də aparılıb. "Cəbhədə" fəaliyyət göstərən mənbədən aldığımız xəbərə görə, qarşıdan gələn prezident seçkilərində "REAL" AXCP sədrinin namizədliyini müdafiə etməyə razıdır. Lakin müxalifətin əsas namizədi qismində seçkiyə İsa Qəmbər gedərsə, "REAL" bu siyasətçini qətiyyən müdafiə etməyəcək.

Hər şey 2010-cu ilin parlament seçkilərindən başlayıb?

Daha bir informasiyaya görə, AXCP sədrinin "REAL"-la yaxınlığı artıq Müsavat partiyasında da müzakirə olunub. İ.Qəmbərə kifayət qədər məlumdur ki, Ə.Kərimlinin bu addımları məhz İ.Qəmbəri çıxdaş etməyə yönəldilib. Xatırladaq ki, hazırda Müsavat partiyası ilə "REAL" sədri İ.Məmmədov arasında münasibətlər son dərəcə pisdir. İ.Məmmədov daima Müsavat başqanını tənqid edir. Müsavat isə bu tənqidlərə ciddi formada reaksiya verir. Hətta "REAL"-ın Müsavatla münasibətləri o dərəcədə gərgindir ki, 2010-cu ilin parlament seçkilərində 9 saylı seçki dairəsindən Müsavat İ.Məmmədovun deyil, Elşad Musayevin namizədliyini dəstəklədi. Ancaq Müsavatdan fərqli olaraq, AXCP parlament seçkilərində sözügedən dairədən İ.Məmmədovun namizədliyini müdafiə edirdi. Və bu amil İ.Məmmədovun Ə.Kərimli ilə münasibətlərinin yenidən normallaşmasına gətirib çıxardı. Ancaq söz yox ki, belə normallaşmalar nəticə etibarilə növbəti qərəzli məsələlərin gündəmə çıxmasına şərait yaradır.

RÖVŞƏN RƏSULOV

Digər xəbərlər