AXCP sədrinin növbəti portret cizgiləri
(Əvvəli ötən sayımızda)
Beləliklə, 20-ci əsrin 80-ci illərinin sonlarında meydana çıxmış "Yurd" qruplaşması mənfur əməllərini bir müddət gizlədə bilsə də, əslində, xalqın AXC-AXCP daxilində baş verən olaylardan kifayət qədər məlumatı var idi. Eyni zamanda, vəziyyət elə inkişaf edirdi ki, "Yurd"un və onun xəyanətkar rəhbəri olan Əli Kərimlinin paxırları üzə çıxmasın deyə, ona xəyanətlərində dəstək olan şəxslər mütəmadi olaraq, mətbuata çıxır, müxtəlif yalanlarla "cəbhə" tərəfdarlarını aldatmağa cəhd göstərirdilər. Buna misal kimi, Qənimət Zahidin 11 iyul 2000-ci ili tarixində "Azalıq" qəzetinə verdiyi müsahibəsini göstərmək mümkündür. Adıçəkilən qəzetdə "Yurd" birliyinin bərpası təşəbbüsünə başlanması haqqında deyilmiş boğazdan yuxarı sözlər bilavasitə Ə.Kərimlinin "komsomol" və "karyerist" ideyalarına xidmət edirdi. Və məhz bu kimi xəyanətlərdən dolayı ötən saylımızda bəhs etdiyimiz xüsusi komissiya Ə.Kərimlinin AXC-AXCP əleyhinə təşkilat daxilində təşkilat kimi fəaliyyətini araşdırmağa başladı. Çünki "yurdçular" min cür fırıldaqlarla sübuta yetirməyə çalışırdılar ki, onların fəaliyyətləri ictimai fəaliyyətdir və heç bir siyasi mıəsələlərə bağlılıqları yoxdur. Amma bunun belə olmadığını tarix özü sübuta yetirir. Ə.Kərimli "Avrasiya" qəzetinin 1997-ci ilin 31 avqust buraxılışında bunu öz dili ilə ifadə edib: "...Mən fəxr edirəm ki, 1987-ci ildə, sovet imperiyasının mənəm-mənəm deyən vaxtında belə bir birliyi yaratmışıq. Sonradan AXC yarananda biz hamımız cəbhəçi olmuşuq. İndi biz sadəcə AXCP-nin üzvləriyik, "Yurd" birliyindəki fəaliyyətimiz keçmişdə qalıb. Biz keçmişimizi danmırıq və danmayacağıq da. O, çox şərəfli bir keçmişdir...".
"Yeni Müsavat"ın 5 sentyabr 1999-cu il sayında Ə.Kərimliyə ünvanlanmış "Əli bəy, "Yurd" birliyi varmı?" sualına cavab belə olmuşdur: "Mən artıq neçənci dəfədir ki, cavab verirəm. "Yurd" birliyi artıq yoxdur, ancaq onun barəsində söz-söhbətləri gündəlikdən düşməyə qoymurlar."
"Şərq" qəzetinin 30 noyabr 1999-cu il tarixində "Şərq" qəzetinə verdiyi müsahibəsində Əbülfəz Elçibəyin sədrlikdən uzaqlaşdırmaq amacını ortaya qoyan Ə.Kərimli bunu belə səsləndirib: " İndi Xalq Cəbhəsi rəhbərliyində olan adamların əksəriyyəti vaxtiylə "Yurd" birliyində bir yerdə olublar... Bu kampaniya 1994-cü ildən başlayıb. "Yurd" bizim xoş bir tariximizdir, qürur duyduğum o tarixin elə həmin şəkildə də qalmasını istəyirəm. "Elçibəydən sonra (yəni onu zəhərləyərək həyatına qəsd etdikdən sonra-R.N) namizədliyimi verəcəyəm ".
AXCP üzvlərinin "Yurd"a transfer sənədləri bu gün də qalmaqdadır
"Yurd" birliyinin bərpasını Ə.Kərimlidən az istəməyən Q.Zahid isə "Azadlıq" qəzetinin 11 iyul 2000-ci il tarixindəki çıxışında açıq-aydın etiraf edib: "Yurd"un bərpası ideyası 2-3 ay idi ki, müzakirə olunurdu. Nəhayət, biz hazırlıq müzakirələrini başa vurmuş mərhələdəyik. Mən istəməzdim ki, bu mətbuata çıxsın..."
Qeyd edək ki, "Yurd"a transferləri rəsmiləçdirmək üçün bilavasitə Ə.Kərimlinin imzası lazım idi ki, həmin imzalar protokolların hər birində atılıb. Müraciət sənədləri "cəbhəçilər" tərəfindən AXC-AXCP- nin mərkəzi orqanlarına təqdim edilmişdir. "Yurd"un "şərəfli tarix"i də məhz belə yazılmışdır.
Etiraflardan doğan sübutlar və "Onun dəstəsi Elçibəyin ünvanına müxtəlif imzalarla 100-lərlə məqalələr yazdırıb" faktoru
"Yurd"un varlığı və onun təbliğat mexanizmi ilə bağlı bir çox etiraflar da artıq üzə çıxmaqdadır. Belə ki, fəal "Yurd" üzvlərindən biri olan, sonradan həmin qruplaşmadan ayrılan, həmçinin, "Ulus" qəzetinin baş redaktoru vəzifəsini icra edən Mahir Səmədov 13 ynvar 2000-ci ildə "Şərq" qəzetinə verdiyi müsahibəsində bildirir ki, AXCP-də Kərimova son dərəcədə barışmaz olan adamlar var: " O şəxslər indiyə qədər əxlaq və siyasi mədəniyyət nümayiş etdirərək, partiyadaxili vəziyyətin ictimai müzakirəyə çıxarılmasına tərəfdar olmayıblar. AXCP-də Kərimov və onun dəstəsinin yaratdığı saysız-hesabsız problemlər var ... mətbuatın yaratdığı Ə.Kərimov obrazı var. Fikir verin, o, nə vaxt populyarlaşmağa başladı. Deyək ki, son illər siyasi mübarizənin ən mürəkkəb məqamları olub. Ə.Kərimov isə bu məqamlarda nə şücaəti, nə fədakarlığı ilə önə çıxan lider olub. Uydurulmuş, süni yaradılmış, təhrif olunmuş siyasi gücdür. Əli Kərimov Elçibəyin başının altına yastıq, ayağının altına qumbara qoyanlardandır... Onun dəstəsi Elçibəyin ünvanına müxtəlif imzalarla 100-lərlə məqalələr yazdırıb. Əgər onun mənə irad tutmağa könlü var idisə, bəs inhisarında saxladığı "Azadlıq" qəzetində AXCP sədrinin əleyhinə gedən yazıların qarşısını niyə saxlamırdı və indi də niyə saxlamır? ... Kərimov Azərbaycan reallığının üzə çıxardığı yox, mətbuatın yaratdığı liderdir. Elə mətbuatın əli ilə də məhv olacaq... Çünki Kərimov o qədər müəmmalı siyasi günahların daşıyıcısına çevrilib ki, aqibəti belə olmalı idi.
""Yurd"un iclaslarında olmusunuz" sualına cavab verən eks "Yurd"çu M.Səmədov cavab verir: "Əvvəllər hə. Qəzet redaktoru olandan sonra (1999-Xüsusi Komissiya) vaxtım çatmadı... Ən çox gündəlikdə olan məsələ partiyanın ələ keçirilməsi, aparatda "yurd"çuların yerləşdirilməsi. Amma sizə deyim ki, partiyanı ələ keçiriblər də. Qələbələrini sonadək saxlamağa isə müvəffəq olmayacaqlar."
Reallıqdan doğan bəyanat: "Azərbaycan müxalifətinin inteqrasiyasına mane olan qurumun "Yurd" olduğunu bəyan edirəm..."
M.Səmədov həmin müsahibəsində bildirib ki, 5 cangüdən saxlamaq, əksəriyyəti öz əhatəsində saxlayıb maddi nəzarət etmək, dövlət adamlarının yaşadığı mənzillərin qonşuluğunda ev almaq müəyyən qədər maddi zənginlik tələb edir: "Siyasətçi o zənginliyi əldə etmək üçün nəyisə qurban verməlidir: "Təəssüf ki, haqqında danışdığımız bu ambisioz qrup o komforta öz siyasi gələcəyini qurban verdi... Eşitdiyimə görə, 1992-ci ildə, Elçibəyin hakimiyyəti vaxtında "KQB"-də şaiyə strukturu ləğv olunub. Siyasi fəaliyyətlə məşğul olan bu uşaq-muşaqlar şaiyə seti yaradıblar. Mən dəhşətə gəlirəm ki, bu cavanlarda, həyat onları cəzalandırmayıb, insanlara nifrət haradandır? Baxın, bütün ambisiyaları, iddiaları bu partiyada reallaşan bir adamı- sədrin birinci müavini, millət vəkili, parlament fraksiyası rəhbərinin nə məqsədi var ki, partiya içində partiya yaratsın?"
Daha kimlər?
M.Səmədovun redaktoru olduğu "Ulus" qəzeti ilə yanaşı, digər qəzetlərdə də davamlı təbliğat aparılıb. "Mətbəx xəbərləri" əsasən Ə.Kərimli, və Fuad Mustafayevdən ötürülürdü. Bütövlükdə isə, "Yurd"un təbliğat bürosunun "icraçı direktoru" Əlməmməd Nuriyev hesab edilib. Bu məqsədlə arif Paşayevin "Yeni Müsavat" qəzetinin 27 yanvar 1998-ci il sayındakı açıqlamasına nəzər salmaq kifayət edər: " Heç kəsə sirr deyil ki, AXCP daxilində bir qrup var".
(Ardı var)
RÖVŞƏN NURƏDDİNOĞLU