PDF Oxu

Müxalifət

  • 67

"KXCP"-də vəziyyət nəzarətdən çıxıb

"İslahatçılar"la birləşmək təklifi "klasiklər"ə baha başa oturur

"KXCP"-də vəziyyət nəzarətdən çıxıb

Xəbər verildiyi kimi, "Klassik Xalq Cəbhəsi Partiyası"nın ("KXCP") sədr müavini Qaya Əliyevin "KXCP" və AXCP-nin birləşməsi barədə təklifi üzv olduğu partiyada fikir ayrılığı yaradıb. Partiyada Q.Əliyevin tərəfdarları ilə yanaşı, onun əleyhdarları da az deyil. Nəticədə, tərəfdar-əleyhdar savaşı "klassiklər"ə baha başa gəlməkdədir. Onu da qeyd edək ki, hazırda bu məsələ ətrafında gedən qalmaqalarda bilavasitə AXCP sədri Əli Kərimlinin adı hallanmaqdadır. Böyük ehtimala görə, Q.Əliyev həmin təklifin mətbuata açıqlanması üçün "cəbhə" sədrindən kifayət qədər bəxşiş alıb. Digər tərəfdən, Q.Əliyev həmin məsələdə tərəfdar cəlb etməkdən ötrü, əldə etdiyi müəyyən gəliri bir neşə nəfər arasında bölüşdürüb. Artıq həm Q.Əliyevin, həm də onu dəstəkləyənlərin "KXCP"-dən kənarlaşdırılmaları üçün sədr Mirmahmud Mirəlioğlu MNTK-nın növbədənənar toplanmasını istəyib. Hətta bir neçə gün öncə, M.Mirəlioğlu mətbuata açıqlamasında Q.Əliyevin özünü "KXCP" sədrinin müavini kimi təqdim etməsinə qətiyyətlə etiraz edərək, bildirib ki, "klassiklər"in AXCP ilə birləşməsi mümkün deyil. Məhz bundan sonra Q.Əliyev də daxil olmaqla, partiyanın digər funksionerləri qarşılıqlı ittihamlara keçiblər. Q.Əliyev isə özünün müavin olduğunu israrla bildirməkdədir.

Məsələ reallığını tapanda mətbuat "günahkar" olur

Onu da qeyd edək ki, müxalifət daxiində yaşanan gərginliklər ictimailəşərkən, partiya yetkililəri bunu mətbuatın üzərinə yıxmağa cəhd göstərirlər. Amma məsələ ondadır ki, istər "KXCP"-də, istərsə də digər müxalifət partiyalarında yaşanan qalmaqallar həmin təşkilatlarda fəaliyyət göstrən funksionerlər tərəfindən etiraf edilir. Ona görə də, burada mətbuatı "günahkar" hesab etmək ən absurd variantdır. Belə ki, "klassiklər"də baş vermiş ziddiyyətlər "KXCP" sədrinin müavini Xəzər Teyyublu tərəfindən də inkar olunub. Ancaq onun açıqlaması heç də səmimi görünmür. Çünki mübahisələrin yaşanmasını onun özü də etiraf edib: "...Bu, hər hansı bir funksionerin hansısa bir açıqlamasıdır və bunun məqsədli şəkildə mətbuatda şişirdilməsi doğru deyil. Biz funksionerlər də başlayırıq bu məsələlərə hər hansı formada şərhlər veririk. Bu fikrilərə görə də təzədən əlavə mübahisələr başlayır".

Xəzər Teyyublu "Azadlıq" və "Yeni Müsavat" qəzetlərini mühakimə etdi

Qaya Əliyevin "KXCP" sədrinin müavini olub-olmamasına gəlincə, X.Teyyubluya görə, bu məsələyə mətbuatda çox yer ayrılır: "Partiyanın sədri Mirmahmud bəy də konkret olaraq, bildirib ki, o, müavin deyil... Kim işləyə, nizamnaməyə uyğun fəaliyyətini qura bilmirsə, nizamnamə yaddan çıxırsa, əlbəttə ki, ona etimadsızlıq göstərilir. İndi etimad göstərəndə yaxşı olur, etimad göstərməyəndə pis? Partiya funksionerinin partiya sədri haqqında bu cür yanaşması da düzgün deyil. Hər halda, partiyanın sədri bildirirsə ki, filankəs müavin deyil, amma həmin şəxs özünü təzədən müavin kimi təqdim edirsə, bununla bağlı debat açırsa, bunu da doğru saymıram. Amma bütün bunlar partiyada heç bir qarşıdurmalara, qopmalara gətirib çıxarmayacaq. Sadəcə bu "Azadlıq" qəzetinə də sərf edir".

X.Teyyublunun, xüsusilə, "Azadlıq" qəzetinə eyham vurması isə burada, həqiqətən də, AXCP sədri Ə.Kərimlinin rolunun olmasını təsdiq edib. Hər halda, bunu biz deyil özləri etiraf edirlər.

MÜBARİZ QULİYEV

Digər xəbərlər