PDF Oxu

Müxalifət

  • 58

TARİXİ XƏYANƏTİN ƏLİ KƏRİMOV "SİMASI"

"Yurd" fəaliyyətində AXC-yə qarşı stalinizm metodları silsiləsindən

TARİXİ XƏYANƏTİN ƏLİ KƏRİMOV "SİMASI"

Tarixə müraciət etsək, görərik ki, 20-ci əsrin ikinci onilliyindən sonra bolşevizmin baş qaldırdığı və tüğyan etdiyi dövrlərdə inqilabi təşkilat daxilində bir çox ziddiyyətli fraksiyalar, birliklər yaradılırdı. Həmin qurumlara rəhbərlik edən Kamenev, Zinovyev, Trotski kimi bolşevizm ideoloqları Vladimir Leninə yarınmaqdan ötrü hər cür xəyanətlərə gedirdilər. Lakin ən böyük xəyanət metodu məhz İosif Stalin tərəfindən gerçəkləşdirildi ki, bu da Leninin ölümündən sonra, yəni bolşeviklərin rəhbərləri müəmmalı şəraitdə həyatını itirdikdən sonra (Burada onun zəhərli güllə ilə yaralanması, sonadan, həmin zəhərin qanına işləməsi məsələsi qabardılsa da, Stalinin bilavasitə rolu də istisna edilmir - R.N.) terror şəklini almağa başladı. Beləliklə, stalinizm metodu özünün xəyanətkar simvolunu kifayət qədər inkişaf etdirərək, Stalinin rəhbərliyi ələ alması ilə nəticələndi.

Və burada tarixin bir çox səhifələrində baş vermiş siyasi və mənəvi xəyanətləri göstərmək mümkündür ki, onlardan biri də məhz ölkəmizdə 90-cı illərin sonlarında reallaşdı.

Siyasi rıçaqlar necə ələ keçirildi?

Cərəyan edən siyasi hadisələr müstəvisində AXC lideri, eləcə də, AXCP-nin sədri Əbülfəz Elçibəyin "komsomol" deyə müraciət etdiyi Əli Kərimov tərəfindən zəhərlənərək qətlə yetirilməsi də təəssüf ki, həmin zamanlara təsadüf edib. Liderinə xəyanət edən Ə.Kərimov "Yurd" qruplaşmasındakı fəaliyyəti nəticəsində siyasi rıçaqları stalinizm metodu ilə ələ almağa müvəffəq oldu.

Aparılan araşdırmalardan da məlumdur ki, (Bax:"Səs" qəzetinin ötən buraxılışlarında dərc edilən "Komsomol" və "karyerist" Əli Kərimov necə Əli Kərmli oldu? Məqaləsi - R.N.) "Yurd"un AXC-AXCP-yə qarşı apardığı daxili savaş sistemli və planlı çəkildə aparılmışdı. Ancaq Ə.Kərimovun savaşının qarşısın kəsən daha bir baryer mövcud idi. Həmin baryer təşkilatda Elçibəy tərəfindən qəbul edilmiş nizamnamə və digər normativ sənədlər idi. Bu səbəbdən, "Yurd"un AXC-nin ali orqanlarında təmsil olunan üzvləri tərəfindən həmin sənədlərin dəyişdirilərək, problemlər mənbəyinə çevrilməsi prosesinə start verildi.

AXCP ali məclisinin 30 aprel1994-cü il tarixli iclasında Ə.Kərimovun "Yurd"çuları AM-in 1/3 tərkibini özlərinə sərf etdikləri kimi formalaşdırmağa nail ola bilmədilər. Belə ki, müəyyən olunmuş 24 yerə "Yurd"dan 5 nəfər seçildi. Və bu amil "Yurd"un planlarına cavab vermirdi. Hətta vəziyyət elə həddə çatdı ki, iclas yarımçıq saxlanıldı və partiya təmsilçiləri ilə "Yurd" arasında ciddi toqquşmalar yaşandı. Nəticədə, yarımçıq qalan iclas bir ilə yaxın Bakıda olmayan Ə. Kərimovun Bakıya qayıtması ilə davam etdirildi. 11 iyun 1994-cü ilə təsadüf edən iclsaın davamında kərimovçular seçki qaydasını (AM-in reqlamentini) dəyişdirərək, bir seçkini iki qayda ilə keçirməklə, nizamnamə pozuntusu (maddə VI.6) ilə AM-in 1/3 tərkibini və AM rəhbərliyini (rəyasət heyətini) ələ keçirdilər. (bax: "Müxalifət" qəzetinin 07.05.94, 12.05.94, 13.06.94 tarixli və "Azadlıq" qəzetinin 16.06.94, 30.06.94 tarixli sayları).

Bu səbəbdən, "Yurd" əlinə keçmiş rəyasət heyəti AXC-nin qurultayını 1995-ci il parlament seçkilərinə qədər gecikdirməyə nail oldu. "Yurdçu"lar AXCP nizamnaməsinə maddə (VI.9.12 - R.N.) əlavə edərək partiyanın sədrinə (Elçibəyə -R.N.) alternativ orqan olan rəyasət heyətini yaratmaqla sədr postunu partiyada formal quruma çevirməklə bərabər, siyasi təşkilatın hüquqi bazasında və normativ sənədlərində, strukturunda və idarəedilməsində yaradılacaq problemlərin xəyanətkarlıq əsasını qoydular. Və bu amilə də nəzər saldığımız zaman, Ə.Kərimovun kifayət qədər stalinizm metodundan istifadə etməsi aşkar görünür. Yəni İ.Stalin də zamanında bu kimi vasitələrlə, Qırmızı Bolşeviklər Partiyasının daxilində siyasi struktur yaradaraq, rıçaqları əlinə keçirməyə müvəffəq olmuşdu.

Sədrdən üstün səlahiyyətlər və ali məclis necə "oyuncağa çevrildi"?

1996-ci ilin yanvarında AXCP Ali Məclisinin rəyasət heyətinin təklifi ilə partiya sədrinin müavinləri ali qərarverici orqanlara üzv seçildilər. Bununla da onların səlahiyyətləri sədr Əbülfəz Elçibəydən də üstün oldu. 1996-cı ilin 26 iyununda rəyasət heyətinin qəbul etdiyi reqlament partiya sədrinin birinci müavininə AM Rəyasət Heyətinə rəhbərlik etmək səlahiyyəti verməklə AM sədrini və müavinlərini faktiki "oyuncağa" çevirdi. 5 mart 1997-ci ildə qəbul etdiyi "AXCP rayon (şəhər) şöbələrinin konfranslarınm hazırlanması və keçirilməsi qaydaları haqqında təlimat"la rəyasət heyəti Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin (Elçibəy Bakıda olmadığından bu komitəyə faktiki rəhbərliyi Əli Kərimov etmişdir), rayon (şəhər) şöbələri məclisləri və konfranslarının və AXCP təşkilat şöbəsinin, çoxsaylı komissiyalar yaratmaqla AXCP nəzarət təftiş komitəsinin səlahiyyətlərini mənimsəmişdir. AXCP-nin ali orqanlarını mənimsəyən "Yurd" şefi Ə.Kərimov ali məclisin, AM rəyasət heyətinin çoxsaylı qərarları ilə, sədr aparatını iflic vəziyyətə salmaqla təşkilatın fəaliyyətində, idarə olunmasında, təşkilat işlərində ciddi problemlər yaradaraq, onu əsas hədəflərindən yayındırmışdır. Bununla da AXCP AM RH təşkilatdaxili bütün subardinasiya qaydalarını təməlli surətdə pozaraq, qanundan kənar çirkin məqsədlərini həyata keçirmək üçün rayon (şəhər) şöbələrindən sui-istifadə etməklə, onları təlimatlandırırdılar. Göstərilən maddələrdən aydın olur ki, AXCP nizamnaməsində xəlvəti törədilmiş bu dəyişikliklər nəticəsində yaradılmış "rəhbər orqan"- rəyasət heyəti partiyanın qurultayının seçdiyi (partiya sədrinin və NTK-nın) və təsdiq etdiyi (ali məclisin) orqanların səlahiyyətlərini mənimsəməklə bərabər onlardan "izahat" tələb etmək səlahiyyətini də əldə etməyə nail oldular.

(Ardı var)

RÖVŞƏN NURƏDDİNOĞLU

Digər xəbərlər