Zöhrab Abdullayev: "Müxalifət qüvvələrinin yaratdığı blok və qurumların parçalanmasının səbəbi onların maraqlarının toqquşmağı ilə bağlıdır"
Uzun illərdir ki, müxalifət qüvvələri fəaliyyət göstərirlər. Onların bu illər ərzində göstərdikləri fəaliyyəti heç də xalq tərəfindən müsbət qarşılanmır. Bunun da səbəbi adıçəkilən qüvvələrin yalnış siyasət yolunu seçmələri ilə bağlıdır. Demək olar ki, bugünə qədər müxalifət qüvvələri bir çox bloklar və qurumlar yaradsalar belə nəticədə, parçalanmaların olmasına gətirib çıxarıb. Bunun səbəbini nə ilə izah edərdiniz? Müxalifət "vahid namizəd"ini müəyyənləşdirə biləcəkmi? Demək olarmı ki, müxalifət düşərgəsini təmsil edən qüvvələr bu cür hərkətlərə əl ataraq, bir müddət gündəmdə qalmaq istəyir?
Məsələyə münasibət bildirən BAXCP-nin sədr müavini Zöhrab Abdullayevin sözlərinə görə, müxalifəti təmsil edən qüvvələr bu illər ərzində bir necə dəfə blok və qurum şəkilində birləşsələr belə, hər zaman olduğu kimi, bu dəfə də onların yaratdığı blok və qurum parçalanmasına səbəb olur. Bunun da səbəbi həmin düşərgəni təmsil edən qüvvələrin maraqlarının toqquşmağı ilə bağlıdır. Ona görə də, az keçmir ki, onların yolları ayrılır.Sədr müavini bildirdi ki, müxalif təmsilçiləri 2013-ci ildə keçiriləçək prezident seçkiləri ilə bağlı olaraq, "vahid namizəd" məsələsində bir ayara gələ bilməyəcəklər.Z.Abdullayev, onu da əlavə edərək, bildirdi ki, bütün siyasi təşkilatlar gündəmdə qalmaq üçün sensasiya yaradır. Müxalifət qüvvələri də bir müddət gündəmdə qalmaq üçün hər hansı bir məsələni gündəm gətirərək ondan istifadə edirlər. Bununla da, onlar az da olsa, mətbuatın gündəmində qalmış olurlar. Demək olar ki, gündəmdə qalmaq müxalifət qüvvələrinin gündəlik işləridir. Bir sözlə, gündəmdə qalmaq üçün daha maraqlı məsələlər var. Əgər müxalifəti təmsil edən şəxslər xalqı düşündürən məsələlər ortaya qoyaraq gündəmə gətirsəydilər, daha yaxşı olardı. Yəni, Dağlıq Qarabağ məsələsini gündəmə gətirmək olardı. Çünki bu gün Dağlıq Qarabağ məsələsi xalqı düşündürən və maraqlandıran bir məsələdir. Müxalifətçilər tərəfindən Dağlıq Qarabağ məsələsi gündəmə gətirilərək müzakirə olsaydı, həm maraqlı olardı, həm də nəticələri daha yaxşı olardı. Demək olar ki, müxalifət qüvvələrinin bu cür yersiz hərəkətlərə əl ataraq mətbuatın diqqət mərkəzində olmaq istəyi heç də ürəkaçan deyil.
GÜLYANƏ