PDF Oxu

Müxalifət

  • 49

Müsavat başqanının müəmmalı Türkiyə səfəri

"Fridrix Nauman" Fondunun təşkilatçılığı ilə keçirilən tədbirdə Aram Manukyan da iştirak edəcək

Müsavat başqanının müəmmalı Türkiyə səfəri

Dünən Müsavat Partiyasının başqanı İsa Qəmbərin "Fridrix Nauman" Fondunun təşkilatçılığı ilə keçirilən tədbirə qatılması üçün İstambul şəhərinə getməsi yenidən onun barəsində bir çox müəmmalı məsələlərə aydınlıq gətirib. Belə ki, adıçəkilən Fondun tədbirinə Ermənistan və Gürcüstan müxalifət partiya sədrlərinin də qatılacağı məlum olub. Maraqlıdır ki, tədbirin mövzusu "Cənubi Qafqaz ölkələrinin problemləri və Türkiyə-Cənubi Qafqaz münasibətlərinin perspektivləri"nin müzakirəsi olsa da, ortada daha bir neçə məsələnin müzakirə olunacağı haqqında informasiyalar yayılıb. Çünki tədbiri keçirən Fondun təkcə Azərbaycana qarşı sərgilədiyi qərəzli münasibətini xatılasaq, keçiriləcək tədbirdə başqa mövzulara toxunulacağını yəqin etmək mümkündür.

"Fridrix Nauman" Fondunun canfəşanlıq göstərməsi hər zaman üzdə olub

Qeyd edək ki, hələ "Eurovision-2012" öncəsi Almaniyanın "Konrad Adenauer", "Fridrix Nauman", "Henrix Böll", "Fridrix Ebert" kimi fondlarının Azərbaycanda aktivləşməsi fond təmsilçilərinin müxalifət partiyalarının rəhbərləri ilə görüşləri məsələnin arxasında daha ciddi məqamların olduğu barədə şübhələri gücləndirmişdi. Bu baxımdan, adları çəkilən fondlar arasında, xüsusilə, "Fridrix Nauman" Fondunun canfəşanlıq göstərməsi hər zaman üzdə olub. Bu fond ənənəvi olaraq AXCP və Müsavatla ciddi əlaqələrə malik olub. Onu da qeyd edək ki, fondun Azərbaycan nümayəndəliyi Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, "İctimai Palata" adlanan qurumun koordinasiya şurasının üzvü Ərəstun Oruclunun nəzarətindədir. Vaxtilə Almaniya Bundestaqının Cənubi Qafqaz üzrə parlament qrupunun sədr müavini olmuş Mixael Link "Fridrix Nauman" Fondunun xətti ilə Azərbaycanda keçirilən bütün tədbirlərdə fəal iştirakı ilə seçilib, məruzələrlə çıxış edib. İ.Qəmbərin yaxın ətrafından sızan informasiyalara görə, 2012-ci ilin yanvarında M.Linkin Almaniya xarici işlər nazirinin müavini vəzifəsinə təyin olunması barədə xəbər müxalifət düşərgəsində, xüsusilə də, Müsavat partiyasında böyük ruh yüksəkliyi ilə qarşılanıb.

İsa Qəmbərin nəyə görə adıçəkilən fondun tədbirinə qatılması hər şeyi aşkar edir

"Fridrix Nauman" Fondunun 2012-ci ilin martında Tbilisidə keçirilən tədbirində Azərbaycanda insan haqları, söz və mətbuat azadlığı ilə bağlı müzakirələr apardığı, təşkilatın Cənubi Qafqaz layihəsinin rəhbəri Yasimin Pamuk Azərbaycanı sərt tənqid etdiyi bildirilib: " Hazırda "Fridrix Nauman" Fondu Azərbaycandakı radikal qüvvələrin mövqeyinin xarici mətbuata çıxarılması üzərində fəal iş aparır".

Bu və bu kimi məsələləri nəzərə alsaq, Müsavat başqanı İ.Qəmbərin nəyə görə adıçəkilən fondun tədbirinə qatılması hər şeyi aşkar edir. Eyni zamanda, Müsavat başqanı İstanbulda köhnə aşnası Aram Manukyanla gizli görüş keçirmək niyyətindədir. Müsavatın adının açıqlanmasını istəməyən üzvündən əldə etdiyimiz məlumata görə, İ.Qəmbərin məqsədi A.Manukyanla imzaladığı məlum Potsdam sazişinə sadiqlik nümayiş etdirməsindən ibarətdir. Belə ki, həmin görüşün davamı olaraq, ötən aylarda Gürcüstanda da bu kimi qarşılaşma olmuşdu. Həmin görüşlərin əsas məqsədi isə Müsavat başqanının A.Manukyanın əli ilə erməni lobbi təşkilatlarından müəyyən məbləğdə pul almasıdır.

Müəmmalı İstanbul səfəri bu seriyaların davamıdır

Nəzərə alsaq ki, İ.Qəmbər Müsavatın qurultayının keçirilməsində guya hakimiyyət tərəfindən əngəllərin yaradılması iddiasındadır, demək, burada əsas məqsəd qurultay deyil, tamamilə fərqli məsələdir. Çünki ötən müddət ərzində başqanlıq postunu əldən verməməyə çalışan İ.Qəmbər qurultayın gah Gürcüstanda, gah da Türkiyədə keçiriləcəyini demişdi. Ancaq heç bir ölkədə qurultay keçirilmədi. Nəticədə isə, bəlli oldu ki, Müsavat başqanı hər səfərində, eləcə də, sonuncu Şimai Qafqaz səfərində məhz A.Manukyanla bir yemək masası ətrafında oturub və erməni lobbisinin sifarişlərini qəbul edib. Görünür, İ.Qəmbərin müəmmalı İstambul səfəri də məhz bu seriyaların davamı kimi başa düşülür.

RÖVŞƏN RƏSULOV

Digər xəbərlər