AXCP sədri Əli Kərimlinin adamları Türkiyədə həkimlərin evlərini qapı-qapı gəzir
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Bakı şəhər prokurorluğuna Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin AXCP sədri Əli Kərimli tərəfindən zəhərlənməsi ilə bağlı məlum müraciəti dağıdıcı müxalifət düşərgəsində vəziyyəti daha da çətinə salıb. Buna görə dağıdıcı müxalifət düşərgəsində təmsil olunan AXCP sədrinə yaxın şəxslər bu məsələnin ört-basdır edilməsinə çalışır. Hətta dağıdıcı düşərgədə zəhərlənmə faktının aşkara çıxması ilə bağlı yaradılan şou və bu məsələnin siyasiləşdirilməsi istiqamətində AXCP sədrinin atdığı çirkin addımlar atması şübhələri doğruldur. Hətta bununla bağlı mətbuata mütəmadi açıqlama verən H.Hacıyev bir çox ciddi məsələlərə toxunub. H.Hacıyev qeyd edib ki, türkiyəli həkimlərdə də Elçibəyin səhhətinin birdən-birə pisləşməsinin şübhəli məqamlar yarandığını bildiriblər. Buna görə də, həkimlərin məlum açıqlamaları Ə.Kərimliyə pis təsir edib, onu başqa yollara əl atmağa vadar edib. Bunun üçün də AXCP sədri Ə.Kərimova yaxın adamlar Türkiyədə hərəkətə keçib.
Xüsusilə, bu məsələnin açılmaması üçün Türkiyədə həkimlərin evlərini gəzir və AXCP sədrinin adamları həmin həkimlərə pul təklif edir ki, bu məsələ ətrafında danışmasınlar. Hətta həkimlərə hədə-qorxu belə gəlinir ki, bu məsələni qabartmasınlar. Ə.Kərimlinin Türkiyədə olan adamları artıq Elçibəyin zəhərlənərək yox, xərçəng xəstəliyindən dünyasını dəyişməsi ilə bağlı təbliğat aparır.
Faktların dili ilə
"Klassik Xalq Cəbhəsi Partiyası"nın ("KXCP") üzvü, Əbülfəz Elçibəyə yaxınlığı ilə seçilən bayraqdar Elman Türkoğlu artıq istintaqa ifadə verib. E.Türkoğlu ifadəsində bütün detalları ilə məsələyə aydınlıq gətirdiyini bildirib. Bir müddət öncə isə, bayraqdar E.Türkoğlu AXCP sədri Ə.Kərimlinin adamları tərəfindən döyülməsi onu göstərdi ki, həqiqətən, AXCP sədri Ə.Kərimov ciddi narahatdır. Hətta E.Türkoğluna da bununla bağlı xəbərdarlıq olunmuşdu ki, bu məsələ ətrafında danışmasın. Amma E.Türkoğlunu açıq şəkildə ciddi arqumentlərlə AXCP sədri Ə.Kərimlinin mərhum prezident Ə.Elçibəyin zəhərlənməsində bilavasitə əli olduğunu qeyd edir və bildirib ki, Elçibəyin zəhərlənməsi faktı ciddi araşdırılmalıdır. Hətta açıq şəkildə bəyan edib ki, Elçibəyi zəhərləmək üçün dərmanı İrandan Qənimət Zahid gətirib. Həmin vaxtlar "Azadlıq" qəzetində İranın ünvanına kəskin xarakterli yazılar yazılırdı, İranın hakim dairələrini yaramaz adlandırıdılar. Belə bir vaxtda İrana qarşı təhqir dolu yazılar yazan adam nə səbəbə İrana 2 dəfə səfər edir?
E.Türkoğlu Elçibəyin zəhərlənməsi faktı üzərində üç xanımın - Samara Seyidova, Gözəl Bayramlı və Səmayə adlı qadının iş apardığını bildirdi. Onun dediyinə görə, Səmayə adlı xanım dünyasını dəyişib. E.Türkoğlunun fikirlərinə görə həmin xanım Ə.Elçibəyin zəhərlənməsində xüsusi önəm daşıyır. Çünki AXCP sədri Ə.Kərimov onun oğlunu xaricdə təhsil alması üçün çoxlu pul xərcləyir ki, bu məsələnin üstü açılmasın.
Əbülfəz Elçibəyin dünyasını dəyişməsinə səbəb xərçəng xəstəliyi olmayıb
E.Türkoğlu məsələ ilə bağlı mətbuata açıqlama verərkən, onu da qeyd edib ki, Elçibəyin xərçəng xəstəliyindən dünyasını dəyişdiyi deyilsə də, əslində, bu. yalandır. Çünki bəy xərçəng xəstəliyindən dünyasını dəyişməyib. Xərçəng xəstəliyində rəhmətə gedərkən insan tamam arıqlayır. Amma Elçibəy rəhmətə gedəndə, bədəni bütövlükdə şişmişdi. Bütün bunlar onu deməyə əsas verir ki, bu məsələdə hələ də qaranlıq məqamlar var. Xüsusilə, o zaman Ə.Elçibəyin zəhərlənməsində əli olan insanlar indi susur, danışmır. O zamanlar AXCP-nin daxilində böyük intriqalar baş qaldırmışdı. Bu çəkişmələrin başında əsasən Əli Kərimli özü dayanırdı. Baş verən proseslər hər vəchlə Elçibəyi rəhbərlikdən uzaqlaşdırmağa, Əli Kərimlini AXCP-nin rəhbəri postuna gətirməyə hesablanmışdı.
Elman Türkoğlu: "Azadlıq" qəzetində Ülkər adlı xanım yazmışdı ki, Elçibəy "spid" xəstəliyinə tutulduğu üçün xəstə yatır"
Bayraqdar qeyd edir ki, hələ Elçibəy ölməzdən qabaq AXCP-də Əli Kərimlinin rəhbərlik etdiyi "Yurd" üzvləri ona qarşı "qara piar" kampaniyasına başlamışdılar. Elçibəyin əleyhinə "Yurd"un nəzarətində olan mətbuat vasitəsilə çirkin məqalələr dərc olunurdu. Hətta "Azadlıq" qəzetində Ülkər adlı xanım yazmışdı ki, Elçibəy "spid" xəstəliyinə tutulduğu üçün xəstə yatır. Ona görə də, o zaman mən AXCP-də dedim ki, Elçibəy "spid" xəstəliyinə tutulubsa, o zaman bəy bu xəstəliyə elə Ülkərdən tutulub. Bir həftə sonra həmin hadisəni Xədicə İsmayıl təkrarladı. Daha sonra Elçibəy haqqında aparılan "qara piar" kampaniyası daha da genişləndi, onun haqqında çikin məqalələr mətbuata ötürüldü.
Xanım Xəlilova deyirdi ki, alçaq, vicdansız, Elçibəyi zəhərləyən dəyyus gəldi
AXCP sədri Ə.Kərimlinin Elçibəyi zəhərləməsi ilə bağlı bəyə yaxın olan şəxslərin mətbuata verilən açıqlamalarda ciddi arqumentlər yer alıb. Əbülfəz Elçibəyin hazırda Türkiyədə yaşayan silahdaşı Xanım Xəlilova da məsələyə münasibət bildirərək, dolaşıq açıqlamaları ictimaiyyəti çaşdırmağa yönəlik fikirlər səsləndirmişdi. Hətta bu məsələdə BQP sədri Fazil Mustafaya, bayraqdar E.Türkoğluna da eyham atan X.Xəliova Ə.Elçibəyin zəhərlənməsi faktı üzərində dayanaraq qeyd etmişdi ki, Ə.Kərimli Elçibəyi tək qoymaqla deputat mandatı əldə etmişdi. E.Türkoğlu isə mətbuata bildirmişdi ki, Əli Kərimli Fəxri Xiyabana Elçibəyin məzari üstə gələndə onu daşa basırdılar. Həmin vaxt X.Xəlilova deyirdi ki, alçaq, vicdansız, Elçibəyi zəhərləyən dəyyus gəldi.
Babək Hacıyev