Bu təlimlər Ermənistana dəstək, Gürcüstana və Azərbaycana hədə mesajı kimi dəyərləndirilə bilərmi?
Elçin Mirzəbəyli: "Regionda Rusiyanın aktivləşməsi, NATO-nu çox narahat edir"
Müsahibimiz politoloq Elçin Mirzəbəylidir
- Elçin müəllim, Rusiyanın Qafqazda keçirdiyi "2012-hərbi təlimlər" regionda bir növ Ermənistana dəstək, Gürcüstana və Azərbaycana əzələ nümayişi kimi dəyərləndirilə bilərmi?
- Prezident Vladimir Putinin də iştirak etdiyi "Qafqaz 2012" hərbi təlimləri Rusiya tərəfi hər hansı bir dövlətə qarşı cevrilmədiyi bildirir. Bu baxımdan, bunu sıradan bir tədbir kimi qiymətləndirmək olar. Lakin Rusiyanın son vaxtlar səsləndirdiyi bəyanatları və regionda baş verən prosesləri nəzərə alsaq keçirilən təlimləri bir əzələ nümayişi kimi də qəbul etmək olar.
- NATO-nun haqlı olaraq hərbi təlimlərə narazılıqını bildirməsi, alyansın Gürcüstanı müdafiə etmək cəhdi kimi qiymətləndirilir. Rusiyanın buna reaksiyası necə ola bilər?
- Bildiyiniz kimi, NATO-da keçirilən hərbi təlimlərdən və sərhəd bölgələrə çoxsaylı qoşun hissələrinin toplaşmasından narahatlığını bildirib. Düşünürəm ki, NATO-nun haqlı olaraq hərbi təlimlərə narazılıqını bildirməsi, Gürcüstanla bağlı olan fakdırdır. Çünki NATO-nun özündə də ikili standartlar var. Bu məsələ Azərbaycanın maraqlarına toxunanda NATO tərəfdaş blok kimi hər hansı bir reaksiya vermir. Ancaq Gürcüstanla bağlı olanda isə daha çox reaksiya verir. Təbii ki, burada Gürcüstanla bağlı olan amillər də var. Bütövlükdə, regionda Rusiyanın aktivləşməsi, NATO-nu çox narahat edir. Bir sözlə, səsləndirilən bəyanatlarda həqiqət var. Bu da göz qabağındadır. Burada nəzərə alsaq ki, Gürcüstanla bağlı təcrübəni və baş verən Gürcüstan-Rusiya müharibəsində NATO hansı reaksiyanı göstərdi. Bu baxımdan, bir çox əsas amilləri anlamaq olar. Gürcüstanın ərazisinin bir hissəsi işğal olunandan sonra, NATO tərəfindən heç bir praktiki addımlar atılmadı. Ancaq bəyanatlarla kifayətləndirildi. Ancaq verilən reaksiyanın arxasında hansı praktiki addımların dayandığı barədə söz söyləmək çətindir. Adətən, böyük dövlətlər bir çox məsələlərdə, kritik məqamlarda böyük maraqlar üçün razılığa gəlir və maraqlarını uzlaşdırırlar. Çox zaman da bunun acısını kiçik dövlətlər çəkir.
GÜLYANƏ