Məlum olduğu kimi, AXCP sədri Əli Kərimli özünə imic qazanmaq üçün müxtəlif çirkin yollara əl atır. Bunun üçün ictimai rəyi çaşdırmağa hesablanmış addımları, əsasən, gənclərə yönəlib. Keçirməyə cəhd etdiyi qanunsuz aksiyalarda bir neçə gənci aldararaq önə verən Ə.Kərimli gəncləri bununla kifayətlənməyərək, yeni çirkin yollar axtarışındadır. Xüsusilə, bir müddət öncə AXCP gənclər təşkilatının sədri Əbülfəz Qurbanlının bu postdan getməsi və yenidən üzüqara şəkildə qayıtması nəinki AXCP-nin, hətta bütövlükdə dağıdıcı müxalifətin gənclər siyasətinin yox səviyyəsində olduğunu açıq şəkildə göstərdi. Çünki hər kəsə yaxşı məlumdur ki, bəzi gənclərin ləkələnməsi ilə bağlı həyata keçirilən çirkin planlar AXCP-nin "mətbəxində" hazırlanır.
Bunun başında duran şəxs isə AXCP sədri Ə.Kərimlidir. Son vaxtlar isə "gənclərə ev kampaniyası" adı altında sosial şəbəkələrdə təbliğ olunan çirkin oyunu AXCP sədri Ə.Kərimlinin növbəti fırıldağı kimi də qəbul etmək olar. Həmin çirkin oyuna görə gəncləri "ipoteka" fırıldağı adı altında aldadaraq öz ətrafına toplamaq cəhdi yenə də bir nəticə vermədi. Maraqlı məqam ondan ibarətdir ki, AXCP gənclər təşkilatının təşkilatçılığı ilə "gənclərə ev" kampaniyası adı altında hazırlanan videorolik sosial şəbəkələrdə, xüsusilə, "facebook"da yerləşdirilsədə, gənclər buna maraq gösrətmədi. AXCP Gənclər Komitəsinin sədri Ə.Qurbanlının "facebook" şəbəkəsində həmin videorolikinin paylaşdırılmasına dair yalvarışları belə nəticə vermədi. Onlara olunan bir-iki dəstək də onu göstərdi ki, yenə saxta profillər işə düşüb. Daha sonra Ə.Qurbanlının "facebook"dakı dostlarına" elektron məktubları da cavabsız qaldı. Sosial şəbəkədə yayılan həmin videorolik əvvəlki hazırlanan çirkin oyunların davamı kimi qiymətləndirildi. Bir daha məlum oldu ki, Azərbaycanın yetişməkdə olan sağlam gəncliyi bu cür çirkin oyunların qurbanı olmaqdan hər zaman ehtiyat edib. Ona görə də AXCP sədri Ə.Kərimlinin budəfəki çirkin məqsədlərini həyata keçirmək cəhdi də iflasa uğradı. Azərbaycanda formalaşan fundamental gənclik birmənalı şəkildə öz mövqeyini bu məsələdə də ortaya qoyaraq, dağıdıcı müxalifəti belə addımlar atmaqdan çəkiməsi barədə məsləhətlər verdi. Sağlam gənclər onlara cavab olaraq, Azərbaycan dövlətinin apardığı uğurlu iqtisadi siyasəti bəyəndiyini və bu siyasət nəticəsində də ölkədə İpoteka kreditlərinin verilməsində müəyyən problemlərin tez bir zamanda aradan qaldırılacağına ümidvar olduqlarını bəyan etdilər.
Babək Hacıyev