PDF Oxu

Müxalifət

  • 61

Tural Abbaslı yeni ampulada

Tural Abbaslı yeni ampulada

Çirkin məqsədləri ilə bir neçə gəncin həbsinə bais olan dağıdıcı müxalifət yenidən gəncləri qanunsuz aksiyalara təhrik etməklə bağlı planlar hazırlayır. Dağıdıcı müxalifətin çirkin məqsədlərinin həyata keçməsi üçün onların əlində vasitəyə çevrilən bir neçə gənc vaxtilə həmin qüvvələrə aldanaraq dağıdıcılıq və pozuculuq etdiyi üçün həbs olunmuşdu. Amma çox keçmədi ki, ölkə Prezidenti İlham Əliyevin humanist addımı nəticəsində həmin gənclər azadlığa buraxıldı.

Baxmayaraq ki, onların əməlində cinayət tərkibi var idi. Bu gənclərə öz səhvlərini anlamaq, yalnış yoldan çəkinmək istiqamətində növbəti şans verildi. Amma Müsavat gənclər təşkilatının sədri Tural Abbaslı mətbuata açıqlama verərək yenidən qanunsuz aksiya keçirməklə bağlı məlumat verib. T.Abbaslının belə bir açıqlama çıxış etməsi Müsavat partiyasının üzvü, partiya başqanının müavini Tofiq Yaqublunun qızı Nigar Yaqublu həbs ilə bağlıdır. T.Abbaslı dağıdıcı müxalifətin çirkin ənənənəsinə uyğun olaraq N.Yaqublunun həbsini yenidən siyasiləşdirməyə cəhd edir.

Tural Abbaslı ibrət götürməyib

T.Abbaslının absurd açıqlamasına görə onlar istədikləri yerdə aksiya keçirmək fikrindədirlər. Belə olan halda, onların yenidən dağıdıcılıq və pozuculuq əməlləri etməsi heç də təəccüb doğurmur. T.Abbaslı N.Yaqublunun həbsindən sui-istifadə etməklə Müsavat başqanı İ.Qəmbərin yeni planlarının icrasına başlayır. 2013-cü il prezident seçkiləri yaxınlaşdıqca dağıdıcı müxalifət düşərgəsində təlaş daha da artıb. Buna görə də dağıdıcı düşərgədə özlərini "favorit" hesab edən AXCP-Müsavat partiyalarının gənclər təşkilatları arasında çirkin bir mübarizə gedir. Müsavat başqanı İ.Qəmbər və AXCP sədri Əli Kərimlilinin dağıdıcı müxalifət düşərgəsindəki mövqeyini müəyyən etmək AXCP gənclər komitəsinin sədri Əbülfəz Qurbanlı və Müsavat gənclər təşkilatının sədri Tural Abbaslı hərəkətə keçib. Dağıdıcı müxalifətin çirkin məqsədlərinə alət olan T.Abbaslı yenidən qanunsuz aksiyalarla bağlı açıqlama verməsi onu göstərir ki, o, hələ ibrət götürməyib.

Babək Haciyev

Digər xəbərlər