"Ümid" və "ACP" kimi partiyalar Avropa Parlamentinə edilən etiraza dəstək verməməklə müəmmalı suallara yol açırlar
Bir neçə gün öncə, Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə YAP-ın qərargahında Avropa Parlamentinin Ramil Səfərovla bağlı qəbul etdiyi qətnaməyə etiraz olaraq toplantı keçirildi. Toplantıya Azərbaycanda 18 siyasi partiyanı təmsil edən şəxslər qatılsa da, maraqlı məqam ondan ibarətdir ki, bir neçə siyasi partiya həmin toplantıya qatılmaqdan imtina edib. Hətta bunun ardınca toplantıya qatılan radikal müxalifət partiyalarını kəskin tənqid atəşinə tutub.
Sözügedən toplantıda Avropa Parlamentinə etiraz olaraq müraciət də qəbul olunub. Qeyd olunduğu kimi qəbul olunan müraciətə toplantıda iştirak edən 18 siyasi partiya imzalasa da, amma bəzi siyasi partiyalar da var ki, onlar tədbirə qatılmayıb. "Ümid" və "ACP" kimi partiyalar bu toplantıda iştirak etməyib və həmin müraciəti imzalamayıb. Əgər bir müddət öncə "Ümid" partiyası Ramil Səfərovun ekstradisiya və əfv olunmasının tərəfdarı idisə, indiki məqamda belə bir toplantıya qatılmaması suallar doğrurur. YAP-ın mütərəqqi bir addımına dəstək verməyən "Ümid", "ACP" və başqa siyasi partiyalar bir daha öz qısqanc mövqeyini ortaya qoydu. AXCP və Müsavat partiyalarının da qatıldığı toplantından sonra, tədbirə qatılmayan partiyalar digər partiyaların bir növ qınağına çevrildi. Xüsusilə, Milli Məclisdə təmsil olunan siyasi partiyalardan sayılan "Ümid" bir də öz antimilli mövqeyini nümayiş etdirdi. Baxmayaraq ki, Milli Məclidə Ramil Səfərovun Azərbaycana ekstradsiyası ilə bağlı məsələ müzakirə olarkən, "Ümid" partiyasının mövqeyi birmənalı olub və buna dəstək də verib. Daha sonra "ACP"-nin toplantıya qatılmaması da Rəsul Quliyevin Sülhəddin Əkbərə verdiyi tapşırıqla bağlı olub. R.Quliyev S.Əkbərlə telefon danışığında qeyd edib ki, "ACP" bu toplantıya qatılmasın, lakin toplantı keçirildikdən sonra nə zamansa "ACP"-nin ünvanına AXCP və Müsavat partiyalarından ittiham səslənərsə, o zaman radikal müxalifət partiyalarının bu addımdan sui-istifadə olunsun. Bununla yanaşı həmin toplantıya qısqanclıqla yanaşanlardan biridə Eldar Namazov olub. E.Namazov mətbuata açıqlama verərək, bildirib ki, müxalifət partiyaları hər biri ayrı-ayrılıqda etiraz edə bilərdi. Amma bu müraciətin YAP-la birgə edilməsindən qıcıqlanan E.Namazov açıq şəkildə dağıdıcı müxalifət düşərgəsində təmsil olunan partiyalara savaş açıb.Maraqlı bir məqam odur ki, R.Səfərovun azadlığa buraxılmasından sonra dağıdıcı müxalifət düşərgəsindən verilən açıqlamalar antimilli qüvvələrin mövqeyindən fərqlənmədi. Hətta düşərgədən fikirlər səsləndirildi ki, bizə belə bir qəhrəman lazım deyil. Lakin YAP ölkədə siyasi partiyaları bir araya toplayıb, bütövlükdə anti-Azərbaycan meyilli qüvvələrə birlik nümayiş etdirməsinə də dağıdıcı müxalifət düşərgəsindən fərli yanaşmalar hiss olundu.
BABƏK HACIYEV