PDF Oxu

Müxalifət

  • 60

KXCP-nin parşalanması reallaşdı

"Demokratik Birlik" fraksiyasının sifarişçisi isə Əli Kərimlidir

KXCP-nin parşalanması reallaşdı

KXCP-də baş qaldırmış qiyam öz nəticəsini partiyadaxili naraılar fraksiyanın yaradılması ilə tapdı. Belə ki, AXCP sədri Əli Kərimlinin sifarişi əsasında "klassiklər" arasında yaradılmış qruplaşma artıq fraksiya şəklində Mirmahmud Mirəlioğlunun sədrlikdən getməsi məsələsini gündəmə gətirib. Rəhbərliyin çoxluğunu əks etdirən "Demokratik Birlik" fraksiyasının təsis edilməsi də məhz bu kontekstəndir. Xatırladaq ki, sədr müavini Qaya Əliyevin və onun dəstəkləyən bir neçə partiya funksionerlərinin AXCP ilə birləşmək ideyasını ortaya atmaları həm iki partiya arasında, həm də "klassiklər"də ciddi fikir ayrıqlılarının yaranmasına səbəb olub. Sonradan M.Mirəlioğlu partiyadaxili böhranın yaradılmasında bilavasitə Ə.Kərimlinin əli olduğunu bildirsə də, qarşı tərəf onun həmin iddiasının boş təxəyyül məhsulu olduğunu deyiblər.

KXCP sədrinin digər müavini Fikrət Cəfərov isə bildirib ki, artıq M.Mirəlioğlunun sədrlikdən getməsi istiqamətində müəyyən işlər aparılmaqdadır.

Onun sözlərinə görə, "Demokratik Birlik" fraksiyasını KXCP sədrinin strateji məsələlər üzrə müavini Aydın Mədətoğlu, seçki məsələləri üzrə müavin Ədalət Yusubov, əlaqələr üzrə müavin Fikrət Cəfərov, beynəlxalq məsələlər üzrə müavin Qaya Əliyev, gənclər üzrə müavin Rüfət Sahiboğlu, KXCP İH-nın üzvü Rafiq Abdulla təsis ediblər. Fikrət Cəfərov bildirib ki, "Demokratik Birlik" fraksiyasına rəhbərlikdə təmsil olunan bir sıra başqa şəxslərin, eləcə də, sıravi KXCP üzvlərinin qoşulacağı da gözlənilir: "Fraksiyanın yaranması zərurəti ilə bağlı bəndəniz və digər təsisçilər tərəfindən sabah geniş açıqlama veriləcək".

"Demokratik Birlik" fraksiyası toplantısında Mirəlioğlunun getməsini tələb etdilər

KXCP-nin 6 funksionerinin yaratdığı "Demokratik Birlik" fraksiyası artıq öz toplantısını da keçirib. Toplantıda qaldırılmış ilikn məsələ sədr M.Mirəlioğlunun partiyadan getməsi tələbinin imzalanması ilə başlayıb. Toplantıda digər bir sıra sənədlər, eləcə də, fraksiyanın məram və məqsədlərini özündə əks etdirən bəyanat qəbul edilib.

Eyni zamanda, əldə etdiyimiz son informasiyalara görə, həmin bəyanatın mətnini də məhz AXCP sədri Ə.Kərimli yazıb. Baş verənlər isə bir daha onu deməyə əsas verir ki, 2013-cü ilə hazırlıq görən cəbhə sədri artıq KXCP-ni bütövlükdə ələ almağa və mənimsəməyə cəhd göstərməkdədir. Bunun necə reallaşmasını isə M.Mirəlioğlunun atacağı addımların və çıxaracağı qənaətlərin nəticəsində görə bilərik.

RÖVŞƏN RƏSULOV

Digər xəbərlər