PDF Oxu

Müxalifət

  • 60

"İctimai Palata"da baş verən istefa oyunbazlıqlarını İsa Qəmbər planlaşdırıb

Qurumun dağılması xüsusilə Müsavat başqanının seçkiöncəsi maraqlarını təmin edir

"İctimai Palata"da baş verən istefa oyunbazlıqlarını İsa Qəmbər planlaşdırıb

"İctimai Palata" daxilində baş verən son hadisələr, eləcə də, qurumun koordinasiya şurasından Pənah Hüseyn başda olmaqla, bir neçə nəfərin istefa verməsi ətrafında gəzən söz-səhbətlərə növbəti aydınlıq gətirilib. Belə ki, məlum olub ki, həmin istefa oyunbazlıqlarının ssenarisi məh Müsavat partiyasının başqanı İsa Qəmbər tərəfindən hazırlanıb. "Palata" daxilindən əldə edtiyimiz informasiyaya görə, hazırkı situasiyada "İctimai Palata"nın dağılması xüsusilə Müsavat başqanının seçkiöncəsi maraqlarını təmin edir.

"İstefa" rolunu oynayanlara nəzər salsaq həmin şəxslərin İsa Qəmbərə xüsusi yaxınlıqlarını aşkar görmək mümkündür

Adının açıqlanmasını istəməyən "İP" təmsilçisinin sözlərinə görə, prezident seçkilərinə qədər "palata" seçkilərdə iştirak edəcək namizədini müəyyən etməlidir. Bu baxımdan, indiki halda AXCP sədri Əli Kərimli İ.Qəmbərdən daha "şanslı" görünür: "Belə ki, Azərbaycan Liberal Partiyası başda olmaqla "Demokratik Qüvvələrin Məşvərət Məclisi"ndə təmsil olunun bir neçə partiya Ə.Kərimlinin "İP"-in namzədi olacağı təqdirdə, onu dəstəkləyəcəkləri ehtimalındadırlar. Həmçinin, "ACP" lideri Rəsul Quliyevin seçkilərdə iştirak imkanı olmadığı üçün eks-spikerin elektoratı da AXCP sədrinə dəstək vermək məcburiyyətində qala bilər. Belə bir məqamda siyasi dəstəkdən kənar qalan İ.Qəmbər "İctimai Palata"nı hər vəchlə dağıtmağa səy göstərir. Son günlər koordinasiya şurasında baş verən istefaların ssenarisi də məhz Müsavat başqanı İ.Qəmbərdir".

Heç kimə sirr deyil ki, Pənah Hüseynin hər bir addımı Müsavat başqanı ilə məsləhət əsasında baş tutur

Mənbə onu da bildirib ki, "palata"da istefa verənlərə nəzər salsaq, həmin şəxslərin İ.Qəmbərə xüsusi yaxınlıqlarını aşkar görmək mümkündür: "Heç kimə sirr deyil ki, Pənah Hüseynin hər bir addımı Müsavat başqanı ilə məsləhət əsasında baş tutur. Yəni Pənah Hüseyn İsa Qəmbərin xeyir-duasi olmadan hansısa addım atmır. Həmçinin, Köçəri Nağıbəyli də İsa Qəmbərə yaxın simalardan biri kimi tanınır". Bütün bunlarla yanaşı, müsavatçıların sözügedən istefalara ciddi münasibət bildirməmələri, əvəzində isə AXCP-çilərin kəskin reaksiya bildirmələri də onu deməyə əsas verir ki, Ə.Kərimlinin "İP"-in vahid namizədi olmaq ehtimalının artması Müsavat başqanını "İctimai Palata"nı dağıtmaq taktikasına əl atmağa vadar edib. Ona görə də "palata"da bu kimi hadisəərin getdikcə daha armasında blavasitə İ.Qəmbərin əlinin olmasını inkar etmək olmaz. Lakin digər tərəfdən, "İctimai Palata"nın qarşıdan gələn seçkilərə qədər başqa səbəblərdən, daha da dəqiqi desək, baş qaldıran növbəti intriqalar səbəbindən parçalanması reallığını da unutmaq lazım deyil. Çünki seçkilərə hər gün yaxınlaşdıqca, düşərgə daxilində yeni ambisiyalar özünü daha qabarıq fonda sərgiləyəcək.

R.Hüseynova

Digər xəbərlər