İqbal Ağazadə antimilli mövqe nümayiş etdirdi
2013-cü il Azərbaycanda keçiriləcək prezident seçkilərinə bir ildən çox qaldığı bir vaxtda dağıdıcı müxlifət düşərgəsindəki vəziyyət daha da çətinləşir. Bu düşərgədə təmsil olunan şəxslər açıq şəkildə çirkin kampaniyalarla bir-birləri ilə dartışır. Yeni bir qarşıdurmanın yaranmasına səbəb "Ümid" partiyasının sədri İqbal Ağazadənin mətbuata verdiyi müsahibəsi olub. Belə görünür ki, İ.Ağazadənin mətbuata 2013-cü il prezident seçkiləri ilə bağlı mövqeyini açıqlaması və müxalifət düşərgəsindəki şəxslərdən üstün olması ilə bağlı səsləndirdiyi fikilər yeni bir dartışmaya start verib.
Şərtə bələnən dəvət
Qondarma qurum sayılan "İctimai Palata" düşərgədə təmsil olunan dağıdıcı partiyaları ətrafına toplamaqla bağlı cəhdlər göstərsə də, lakin uzun zamandır ki, bu cəhdlər iflasa uğrayır. Dağıdıcı düşərgədə "siçan və pişik" rolunu oynayan AXCP-Müsavat "Ümid" partiyasını "İP"-ə gətirə bilmir. Mətbuata son müsahibəsində bu məsələyə toxunan İ.Ağazadə "İP"ə dəvət almasını təsdiqləyərəq qeyd edib ki, onlar bu dəvəti şərtə edib. Onun qarşısına şərt qoyulub ki, İ.Ağazadə "İP"-ə gələcəyi təqdirdə deputatlıq mantanından imtina etməldir. Lakin İ.Ağazadə bunu qəbul etməyib, onların təklifini rədd edib. Digərləri kimi, "kreslo" xəstəsi olan İ.Ağazadə AXCP-Müsavatın bu şərtini ona qısqanclıq kimi qəbul edib. İsa Qəmbərlə Əli Kərimlinin şərti dəvətə bələyib İ.Ağazadəyə calamaq məqsədi baş tutmayıb.
Mandat İqbal Ağazadə üçün milli maraqlardan da üstündür
Bir dağıdıcı düşərgədə təmsil olunub başqa məqsədlərə xidmət edən bu qüvvələr üçün əsas meyar şəxsi maraqlar olub. "İP"-ə gələcəyi tədqirdə deputatlıq mandantından imtina şərtini boş və mənasız adlandıran İ.Ağazadə özünü "demokratik" bir şəxs kimi qələmə verir. Hansı ki, sentyabrın 14-də Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə YAP-ın qərargahında Avropa Parlamentinin Ramil Səfərovla bağlı qəbul etdiyi qətnaməyə etiraz olaraq keçirlən toplantıya İ.Ağazadənin qatılmaması onun hansı keyfiyyətlərə malik olduğunu deməyə əsas verir. Baxmayaraq ki, həmin toplantıda 18 siyasi partiya iştirak edir. İ.Ağazadənin belə antimilli mövqedən çıxış etməsi, onun hasısa xarici dairələrin yanında "dividend" qazanması xülyasilə ölçülə bilər. Sözsüz ki, 2013-cü ildə öz çirkin maraqlarını həyata keçirmək istəyən xarici qüvvələr peyda olacaq ki, onlar da dağıdıcı müxalifət təmsilçilərinə dəstək verməyə çalışacaq və ictimai rəyin çaşdırılmasına yönündə addımlar atacaqlar. Bu səbəbdən onları qabaqlayan İ.Ağazadənin indidən sərəsəm fikirlər səsləndirməsi məhz anti-Azərbaycan meyilli qüvvələrin maraqları ilə uzlaşır. Bu şəxsin belə bir amlpulada olması onun dövlətçiliyə, millətə və xalqa bağlılığına şübhə yaradır, antimilli qüvvələrə yarınmaqla, mandatından sui-istifadə edir.
İqbal Ağazadə "vahid namizəd" olmaq iddiasında
İ.Ağazadənin son fikirləri "İP"-də müzakirələrə səbəb olub. Digər bir yandan eyni blokda təmsil oldunduğu ADP sədri Sərdar Cəlaloğlu da "Ümid" partiyasının sədri İ.Ağazadənin fikirlərinə dəstək verərək, "İctimai Palata"nın buraxılmasını təklif edib. Düşərgədəki gərgin vəziyyəti təxribata çəkən İ.Ağazadə 2013-cü ildə keçiriləcək seçki ilə bağlı absurd fikirlər də səsləndirib. Dağıdıcı müxalifət düşərgəsində İ.Qəmbərlə Ə.Kərimlinin "vahid namizəd" məsələsində dartışdığı bir məqamda, İ.Ağazadənin düşərgənin "vahid namizəd"i olmaq iddiası ilə bağlı fikirlər səsləndirməsi, bir növ közün üstünə benzin tökməyə bənzəyir. Hətta İ.Ağazadə İ.Qəmbərin son açıqlamasına da münasibət bildirib. Qeyd edib ki, 2008-ci il seçkilərində də hamı belə demişdi. Hətta 2008-ci il avqustun 2-nə qədər hər kəs namizədliyini verəcəyini düşünürdü. Həm də "3 gündən sonra namizədliyimi elan edəcəyəm" deyən siyasətçilər də var idi. Ancaq olmadı.
Avropa Parlamentinin Ramil Səfərovla bağlı qəbul etdiyi qətnaməyə edilən etiraza qoşulmayan İ.Ağazadə Türkiyə-Ermənistan sərhədlərinin açılmasına etiraz etmir
Qeyd olunduğu kimi, YAP-ın qərargahında keçirilən 18 siyasi partiyanın qatıldığı toplantıya birı sıra dağıdıcı müxalifət partiyaları qatılmamışdı. "Ümid" partiyası da bu tədbirdə iştirak etməyən partiyalar sırasındadır. "Avropa Parlamentinin Ramil Səfərovla bağlı qəbul etdiyi qətnaməyə münasibət bidirməyə borclu deyilik" - bu sərsəm fikirlər "Ümid" partiyasının sədri İ.Ağazadəyə məxsusdur. Bir vaxtlar Azərbaycan dövlətini R.Səfərovu Azərbayacana ekstradisiya edə bilməməkdə qınayan İ.Ağazadə bu məsələni siyasiləşdirib, öz çirkin maraqlarına uyğun tərzdə qiymətləndirib. Açıq şəkildə Ermənilərin mövqeyini əks etdirən fikirlərlə çıxış edib. İ.Ağazadə bildirib ki, Türkiyə-Ermənistan sərhədinin açılmasını dünən də istəyib, bu gün də istəyir. Onun belə bir antimilli mövqe sərgiləməsi, göstərir ki, İ.Ağazadə Qərb dairələrinin, xüsusilə, anti-Azərbaycan meyilli qüvvələrin növbəti sifarişini yerinə yetirməyə çalışıb.
Babək Hacıyev