PDF Oxu

Müxalifət

  • 46

XƏYANƏT HAQQINDA ƏLİ KƏRİMOV "EPOPEYASI"

XƏYANƏT HAQQINDA ƏLİ KƏRİMOV "EPOPEYASI"

İblis nədir? Cümlə xəyanətlərə bais...Ya hər kəsə xain olan insan nədir? İblis...

HÜSEYN CAVİD

Dünyada elə tarixi şəxsiyyətlər mövcud olub ki, illər, qərinələr, hətta əsrlər keçsə belə, onların insanlar üçün gördükləri işlər bu gün də öz səmərəsini verir. Hətta həmin şəxsiyyətlər haqqında epopeyalar, böyük-böyük əsərlər yazılır. Ancaq elə kəslər də mövcuddur ki, onların adları gələndə lənət və nifrinlər "epopeyasından" başqa heç nə eşitmək olmur. Kimdir onlar, insan, yoxsa iblis? Bu sualın cavabını axtarmaq elə də çətinlik yaratmır. Təkcə AXCP sədri Əli Kərimlinin (Əli Kərimovun) "siyasi karyerasına" nəzər salsaq, onun insan, yoxsa iblis olması haqqında illər öncə verilmiş suala cavab tapa bilərik...

Mirmahmud Mirəlioğlunun "Yurd" xatirələri

Elçibəyə yaxınlığı ilə seçilən və Əli Kərimovun xəyanətlərinə kifayət qədər bəlli olan Mirmahmud Mirəlioğlu həmin dövrləri xatırlayarkən, "Yurd"un fəaliyyətində baş verən hadisələrə birmənalı olaraq "antielçibəyçilər hərəkatı" adını verib. O, xatırladıb ki, məhz "Yurd" qrupu AXC daxilində fəaliyyətə başlayarkən, sədr Elçibəy buna xeyir-dua verməmişdi: "Elçibəyin başlanğıc üçün xeyir-duası olmadığına görə, sonrakı dövrlərdə çox şeylər baş verdi. Bu məsələ Elçibəyin iştirakı ilə keçirilən qurultayda pik nöqtəsinə çatdı. Qurultaydan bir neçə gün sonra ciddi məsələlər çıxdı ortaya. Sonradan isə bəlli oldu ki, fondun pulları məhz Elçibəyə qarşı təbliğata xərclənib".

"Ciddi arxaları var idi"

M.Mirəlioğlu Ə.Kərimovun "Yurd" fəaliyyətində güclü arxası olmasını da istisna etməyib. Həmin güclü arxalar isə birbaşa xarici kəşfiyyat orqanları ilə əlaqəli idi:"...Birincisi, ciddi arxaları var idi. İkincisi, Elçibəyin başlanğıcda xeyir-duası yox idi. Üçüncüsü, xatırladım ki, Azərbaycanda Demokratiyanın İnkişafı Fondu var idi. Müddəti keçdiyindən bunları açıqlamaq olar. Bu, çox təhlükəli bir məsələdir. Həmin fondun Qərbdə və ABŞ-da olan nümayəndələri etiraf edirdilər ki, fondun pulları təyinatı üzrə xərclənməyib. Yəni, həmin pulların böyük əksəriyyəti Elçibəyin əleyhinə xərclənib. Sonrakı dövrlərdə konkret olaraq bu etiraf olundu. Bu barədə sənədlər var. Neçə yüz min dollar birbaşa Elçibəyin əleyhinə təbliğat aparılmasına xərclənib. Bu, ciddi məsələdir. Əgər bundan kimsə çox narahat olacaqsa, biz ortaya konkret fakt qoyub və məlumatlı adam çıxarda bilərik. O zaman xaricdəki nümayəndənin etiraflarını ortyaya qoyacağıq və bəlli olacaq ki, həmin pullar hara xərclənib? 1994-cü ilin yanvar ayında həmin "komsomolçu" dediyiniz şəxslər "Əbülfəz Elçibəy siyasi meyitdir" deyirdilərsə, kimə etimad edilməldir, hətta rus dilində "stavkanı filankəsə edin" bəyanatı verirdilərsə, "İsa Qəmbər də bitib" fikirləri də səslənirdisə, demək, sıradan bir məsələ deyildi. Bu adamların arxasında çox ciddi maliyyə dayanırdı".

"AXC-"Yurd" mübarizəsi gedib"

AXC-AXCP-nin parçalanması istiqamətində aparılan işlərə qarşı mübarizə apardığını deyən M.Mirəlioğlu bu mübarizənin, əslində, daha çox müharibə olmasını istisna etməyib: "Təşkilatın qorunub saxlanması üçün mübarizə aparmışıq. Amma bu, mübarizə deyil, həm də müharibə idi. Başqaları isə təşkilat daxilində öz qruplarını qoruyub saxlamaq üçün çalışıblar. Etiraf edim ki, daxildə AXC-"Yurd" mübarizəsi gedib. Bu, olub. Bir xüsusi məqama diqqət yetirməliyik. Biz təşkilatımıza, onun nizamnaməsinə və liderinə sədaqətimizi ortaya qoymuşuq. Onlar da təşkilatın nizamnaməsinə yox, öz qrup mənafelərinə xidməti və təşkilat liderinə xəyanəti ortaya qoyublar. Bu da faktdır. Bunun ikinci bir adı yoxdur. Hətta bu məsələdən istədikləri qədər yararlanıblar. Həmin dövrdə bizim fıkirlərimizi, baş verənləri insanlara çatdırmaq çətinliyimiz var idi. Çətinliyin birincisi ondan ibarət idi ki, "sən də müavinsən, o da müavindir, səni də Elçibəy təyin edib, onu da" fikirləri hökmran idi. Bu məsələlər də çətinlik yaradırdı. İnsanları inandırmaq olmurdu. Bir də onda ayılırdılar ki, insanlara "Yurd"a qəbul üçün ərizə yazdırılır. Hətta bayaq qeyd etdiyim qurultaydan sonra bu prosesi gücləndirdilər. Yanvarda qurultay oldu, fevralda üzvlərdən ərizələr alınmağa başladı. Yalnız bundan sonra "cəbhəçilər" anlayırdılar ki, təşkilatın daxilində qruplaşma var. Açıq şəkildə addım atmırdılar. Yalnız onu deyirdilər ki, təşkilatın daxilində bir neçə kollektiv üzv var. Misal üçün, Qadın Hüquqları Cəmiyyəti, "Yurd" İctimai Birliyi və digərləri var. Siyasi partiyaya çevriləndən sonra onların imkanları genişləndi və bu istiqamətdə kurs dəyişildi".

"Öz liderinə xəyanət edən imici qazanmış insanla iş birliyində olmaq mümkün deyil"

M.Mirəlioğlu həmin illəri xatırlayarkən, daha bir maraqlı arqumenti ortaya qoyub. Qeyd edib ki, AXC-Müsavat hakimiyyətinin süquta uğraması səbəblərindən biri də məhz "Yurd"-Müsavat qarşıdurması olub: "Bilirsiniz ki, Elçibəy hakimiyyəti dövründə parlament seçkilərinin keçirilməsi gündəmdə idi. Dəfələrlə qeyd olunub ki, Elçibəy hakimiyyətinin məğlubolma səbəblərindən biri parlament seçkilərinin keçirilməməsi oldu. Niyəsi var. Ona görə ki, "Yurd"-Müsavat qarşıdurması bütün prosesləri tormozlayırdı. 1993-cü ilin payızında seçkiləri keçirmək istəyirdik. Bunun baş tutmamasının başlıca səbəbi hakimiyyət daxilində "Yurd"-Müsavat qarşıdurması olub. Bunlar 1997-1998-ci illərdəki fəaliyyətlərində açıq xətlə Elçibəyi "bitmiş bir insan" kimi qeyd edirdilər. Prezident seçkilərində iştirak etməmənin kökü də gedib ora çıxırdı. Müxlifətin seçkidə vahid komandada iştirak etməməsi bir tərəfdən, ikinci tərəfdən isə təşkilat daxilində birliyin olmaması, qarşıdurmanın güclənməsi var idi. Məsələ tək maliyyədə, qrantda deyildi. Əsas niyyət iyrənc idi: anti-Elçibəy, Elçibəyə xəyanət idi. Prezident İlham Əliyevin məşhur bir ifadəsi var: "Mən liderinə xəyanət etmiş adamla iş birliyində ola bilmərəm". Bax, bu sonradan əlaqələrin tamamilə qırılmasına gətirib çıxardı ki, öz liderinə xəyanət edən imici qazanmış insanla iş birliyində olmaq mümkün deyil".

Lalə Şövkətin dediklərindən: "Adam düşmən olanda gərək kişi kimi düşmən olsun"

2003-cü ildə Əli Kərimlinin kurasiyasında olan "Azadlıq" qəzetində Lalə Şövkət haqda hədsiz təhqirli yazı dərc olundu. Lalə Şövkətin gecikməyən cavabı daha sərt oldu. "Azərbaycan siyasətində belə bir mənəviyyatsızlıq görməmişdim. Adam düşmən olanda gərək kişi kimi düşmən olsun. Əli Kərimlidən çox alçaq səviyyə gördüm". Bu sayaq sözlərdən istifadə edilmişdi.

Araz Əlizadənin dediklərindən: "AXCP tarixində Əli Kərimli qədər pozuçuluq fəaliyyəti, Əli Kərimli qədər Elçibəy əlehinə gedən, bu məsələni təşkilatlanmış, mobil şəkildə təşkil edib, sonunda xəyanət yolu tutan ikinci bir adam olmayıb. Bu, faktdır, tarixdir. Bu, mənim şəxsi mövqeyim deyil. Bu, Əli Kərimlinin fəaliyyətinin nəticəsi və adıdır".

Türkiyəli siyasi yazar Yavuz Bülent Bakilerin "E.Elçibey" kitabından: "Ali Kerimov və yandaşlarının işğali altında olan AHC binasındakı bütün evraklara ve resmi dokumanlara, mühür ve başlıklı kağıtlara Elçibeye karşı olanlar tarafından el koyulmuşdur"

"... Azerbaycan Halk Cephesinin kurucusu olan Elçibeyin gerçek dava ve fikir arkadaşları, sonradan AHC-ni içeriden işğal ederek, ele keçirmek isteyen Elçibeyin telebelerinden Ali Kerimov ve Elçibeyin ideal və ülküsüne inanmayan ve "Bu romantikten devlet adamı olmaz..." şeklinde sloğanı çıxaran Asim Mollazade ve Ceyhun Mollazade kardeşlerin oluşturduğu küçük bir qrup tarafından Azerbaycan Halk Cephesinden uzaklaşdırmağa çalışmaktadır. Ali Kerimovun bu konuda halktan ve AHC Partisinin il ve ilçe teşkilatlarından destegi yoktur. Ali Kerimov destegini Asim Mollazadənin araclığı ile almaktadır. Asim Mollazade Azerbacan Halk Cephesi içinde kendilerini "Yurd"çular diye adlandırarak ayıran grubun arasında kuryedir... Ali Kerimov və yandaşlarının işğali altında olan AHC binasındakı bütün evraklara ve resmi dokumanlara, mühür ve başlıklı kağıtlara Elçibeye karşı olanlar tarafından el koyulmuşdur. Elçibeyin en böyük eseri ve armağanı olarak kabul edilen Azerbaycan Halk Cephesinin işğalçı "yurtçular" tarafından ele keçirilmesini, halk böyük tepki ile karşılamaktadır..."

(Ardı var)

RÖVŞƏN NURƏDDİNOĞLU

Digər xəbərlər