PDF Oxu

Müxalifət

  • 50

KXCP-də baş verənlər Əli Kərimlinin əməyinin məhsuludur

Fraksiyaçıları təhdid dili ilə danışdıran da məhz AXCP sədridir

KXCP-də baş verənlər Əli Kərimlinin əməyinin məhsuludur

KXCP-də baş verən məlum hadisələr fonunda bir daha təsdiq olundu ki, partiyanın parçalanması istiqamətində əsas planın müəllifi məhz AXCP sədri Əli Kərimlidir. Lakin yaranmış situasiyanı təhlil edərkən, daha bir neçə məqam aşkara çıxıb ki, həmin məqamlardan biri də Ə.Kərimliyə yaxınlıqları ilə seçilən şəxslərin icraçı rolunda çıxış etmələridir. Daha dəqiq təhlil etsək, eks-"klassik" funksioner Mehriban Vəzirin sözügedən məsələdə "cəbhə" sədrinin emissarı olduğunun şahidinə çevrilərik. Yəni bir neçə gün öncə, siyasətçi xanımın mətbuat vasitəsilə KXCP sədri Mirmahmud Mirəlioğlunu kəskin təhdid etməsi, eləcə də, narazı "klassiklər"i müdafiə etməsi belə qənaətə gəlməyə imkan verir.

Xəzər Teyyublu: "Qaya Əliyevin özünü KXCP üzvü kimi təqdim etməsi qanun pozuntusu və ictimaiyyəti aldatmaqdır"

Bu ərəfədə KXCP-də parçalanmanın əsasını qoymuş "Demokratik Birlik" fraksiyası növbəti bəyanatla çıxış edib və keçirdikləri toplantılarında bir sıra qərarlar qəbul ediblər. Onlar bunu belə əsaslandırıblar ki, heç kim narazı qüvvələri KXCP üzvlüyündən kənarlaşdıra bilməz. Əslində, fraksiyada təmsil olunanların özləri partiyadan kimin istefaya göndəriləcəyi haqqıında qərar qəbul edə bilərlər. Belə ki, Əli Kərimlinin növbəti sifarişinə əsasən, "Demokratik Birlik"də təmsil olunan narazı qüvvələr M.Mirəlioğlunu dəstəkləyən sədr müavini Xəzər Teyyublunu təşkilatdan uzaqlaşdıracaqları haqda bəyanat veriblər. Qeyd edək ki, X.Teyyublu da bu günlərdə sübut etmişdi ki, KXCP-də cərəyan edn hadisələrin kökündə məhz AXCP sədri Ə.Kərimlinin barmağı var. Düzdür, hazırda fraksiya təmsilçiləri həmin iddianı təkzib etsələr də, həqiqətin X.Teyyublu tərəfdə dayandığını görərik. Məhz bu səbəbdən də, X.Teyyublu bildirib ki, fraksiya üzvlərindən biri və Ə.Kərimlinin planlarının icraçısı olan Qaya Əliyev artıq KXCP üzvü deyil: "Qaya Əliyevin pozuculuq hərəkətləri üzvü olduğu Yasamal rayon şöbəsində müzakirəyə çıxarılıb və onun üzvlükdən çıxarılması qərarı verilib. Yəni artıq onun özünü KXCP üzvü kimi təqdim etməsi qanun pozuntusu və ictimaiyyəti aldatmaqdır".

Qaya Əliyev: "Xəzər Teyyublunun partiyadan xaric edilməsi barədə qərar qəbul edilə bilər"

Lakin baş verənlərə rəğmən, Q.Əliyev özünü KXCP üzvü hesab etdiyini bəyan edir və lazım gələrsə, X.Teyublunu deyil, hətta M.Mirəlioğlunu da partiya rəhbərliyindən və üzvlüyündən uzaqlaşdırılacağı iddiası ilə çıxış edir. "Demokratik Birlik" fraksiyasının baş təmsilçisi deyib ki, M.Mirəioğlu və digər sədr müavinlərinin təkliflərini qəbul edib partiyaya gələndə Astara rayonunda qeydiyyatda olduğu üçün bu rayonun şöbəsinə üzv olub: "Üzvü olmadığım dayaq dəstəsində barəmdə məsələyə baxılması məzhəkədir. Belə çıxır ki, 4-5 nəfər KXCP üzvü özək yaradıb Xəzər Teyyublunun partiyadan xaric edilməsi barədə qərar qəbul edə bilər... Deyirlər ki, sədr müavinliyindən maydan uzaqlaşdırılmışam, amma halbuki təşkilat məsələləri üzrə müavin özü mənə mesaj yazıb iyulun 2-də keçirilməsi planlaşdırılan İdarə Heyətində müavin qismində iştirak etməyə dəvət edib".

İsa Qəmbər "klassiklər"i mənimsəməkdə olan Əli Kərimliyə hansı "sürprizi" vəd edə bilər?

Artıq məsələnin çərçivədən çıxaraq böyüməsi KXCP-nin parçalanaraq məhv olması ilə nəticələnmək üzrədir. Ancaq ortada AXCP sədri Əli Kərimlinin adının hallanması burada daha bir neşə qaranlıq məqamların olmasına dəlalət edir. Çünki 2013-cü il seçkilərinə bir ildən artıq zaman qalmasına baxmayaraq, "cəbhə" sədrinin tələm-tələsik şəkildə qarşı qütbdə olan siyasi təşkilatı parçalamaq cəhdləri arxasında məqsəd amili dayanıb. Belə ki, AXCP rəhbərinin hazırda düşərgə daxilində bir nömrəli rəqibi Müsavat başqanı İsa Qəmbərdir. Və Ə.Kərimli yaxşı bilirdi ki, əgər o, daha tez tərpənməsəydi, KXCP-ni parçalayaraq mənimsəmək missiyasını İ.Qəmbər reallaşdıracaqdı. Həmin fürsəti əldən vermək istəməyən AXCP sədri hələ ki, planlarını reallaşdırmaq üzrədir. Ancaq unutmaq lazım deyil ki, geridə qalmış bütün seçkilərin son anında Müsavat başqanı İ.Qəmbər "cəbhəçilərə" sürprizlər təqdim edib. Ona görə də Ə.Kərimli İ.Qəmbərdən daha bir gözlənilməz "sürpriz" ala bilər. Hətta həmin "sürpriz" AXCP-nin parçalanması və Müsavat tərəfindən mənimsənilməsi ilə də nəticələnə bilər.

RÖVŞƏN RƏSULOV

Digər xəbərlər