PDF Oxu

Müxalifət

  • 77

Öz qurultayını keçirə bilməyən Müsavat Gürcüstan seçkilərinə müdaxilə edir

Öz qurultayını keçirə bilməyən Müsavat Gürcüstan seçkilərinə müdaxilə edir

Vaxtilə Saakaşvilinin "Qızılgül inqilabı"nı dəstəkləyən Arif Hacılı indi də gürcü müxalifətini dəstəkləyir

Məlum olduğu kimi, oktyabrın 1-də Gürcüstanda parlament seçkiləri keçirildi. Həmin seçkilərə müşahidəçi qismində bir çox ölkələrdən insanlar toplaşmış, onlar seçki prosesini yaxından izləməyə imkan tapmışlar. Amma maraqlı cəhətlərdən biri də odur ki, özlərini "Azərbaycan müxalifətinin aparıcı partiyası" hesab edən Müsavat təmsilçiləri bitərəf olmaq yerinə, Gürcüstan müxalifətinin mövqeyini ifadə etməyə başlayıblar. Digər sual isə ondan ibarətdir ki, artıq uzun illərdir ki, öz qurultayını müxtəlif bəhanələrlə keçirə bilməyən Müsavat yetkililəri Gürcüstanda baş tutan seçkilərlə bağlı hansı üzlə açıqlamalar, şərhlər verir?

Müsavatçi müşahidəçilərin bitərəf mövqelərindən əsər-əlamət görünməyib

Bu baxımdan, məsələyə aydınlıq gətirməkdən ötrü, bir neçə məqama diqqət yetirmək kifayət edir. Müsavat partiyasının mərkəzi icra aparatının rəhbəri Arif Hacılı, başqan müavinləri Tofiq Yaqublu və Gülağa Aslanlı, eləcə də, digər müsavatçılar seçkiləri müşahidə məqsədilə Gürcüstana getsələr də, onların həmin ölkədəki bitərəf mövqelərindən əsər-əlamət görünməyib. Guya seçkilərdə pozuntuların qeydə alındıqlarını iddia edən Müsavat səlahiyyətliləri daha sonra bildiriblər ki, onlar nə iqtidarın, nə də müxalifətin tərəfindədirlər. Lakin onların "Yeni Müsavat" qəzetindəki fotoşəkillərindən də aydın olur ki, müsavatçılar bilavasitə birtərəfli mövqe sərgiləyərək, nədənsə gürcü müxalifətinin mitinqlərinə qatılıblar. Hətta Arif Hacılı deyib ki, Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələrini şübhə altına alacaqlar(?)

Gürcüstan seçkilərini şübhə altına alacaqlarını deyən Arif Hacılı və yandaşları gürcü seçicilərinin şübhələri altına düşüblər

Ancaq əldə etdiyimiz informasiyalara görə, gürcü seçicilərinin özləri müsavatçı müşahidəçilərə şübhə ilə yanaşıblar. Maraqlıdır ki, onların başqa ölkədə keçirilən seçkilərdə qərar vermək iddiaları nəyə əsaslanır? Axı A.Hacılının özü deyib ki, birtərəfli mövqe nümayiş etdirmirlər. Başqa tərəfdən, xatırladaq ki, vaxtilə Saakaşvili tərəfindən gerçəkləşdirilmiş "məxməri inqilab"ı, yaxud da "qızılgül inqilabı"nı həmin dövrlər müsavatçılar da "reallaşdırmağa" cəhd göstəriblər. Hətta küçələrə çıxaraq, əllərində qızılgül tutub, o zamankı gürcü müxalifətinin addımlarını plagiatlıqla təkrarlamağa çalışıblar. Amma onların bu addımları xalq arasında istehza və ironiyalarla qarşılanıb. Bu baxımdan, hazırkı Gürcüstan hakimiyyətinə belə qarayaxma kampaniyası aparmağa cəhd gösrətən Müsavat yetkililəri yaxşı olardı ki, "demokratiyanın yanında olmalarını" öz partiyalarının fəaliyyətində sərgiləsinlər. Daha min-bir cür əsassız bəhanələrlə qurultay keçirə bilməməklərində hakimiyyəti günahlandırmasınlar. Nəticədə isə, Müsavat partiyasının bu məsələdəki mövqeyindən də aydın olur ki, onlar demokratiyanın yanında deyil, məhz onlara xeyir verə biləcək mənfəətlərin yanındadırlar. Ona görə də onların müşahidəçilikləri real təsir bağışlamır.

RƏFİQƏ

Digər xəbərlər