PDF Oxu

Müxalifət

  • 43

KXCP idarə heyətinin toplantısında qalmaqal

KXCP idarə heyətinin toplantısında qalmaqal

"Demokratik Birlik" fraksiyası partiyanın parçalanması faktorunu reallaşdırıb

KXCP-də baş verən məlum olaylar getdikcə kəskin xarakter almaqdadır. Sədr Mirmahmud Mirəlioğlunun fəaliyyətinə etiraz edən narazılar qrupu tərəfindən "Demokratik Birlik" fraksiyasının yaradılması "klassiklərin" ötən gün idarə heyətinin toplanması ilə nəticəsini tapıb. Belə ki, idarə heyətinin toplanması nəticəsində qərara alınıb ki, Ali Məclisin növbədənkənar sessiyasının keçirilsin. Lakin bu qərara etiraz edən narazı fraksiyaçılar məsələnin əleyhinə çıxaraq, M.Mirəlioğlunun istefasının zəruri olduğunu bildiriblər. Onu da qeyd edək ki, bu müddət ərzində sədrin harada olması haqqında müxtəlif fikirlər səsləndirilsə də, hazırda konkret cavab verilməyib. Məhz bu baxımdan da M.Mirəlioğlu KXCP-nin toplantısında içtirak etməyib. Onu əvəzləyən isə digər müavini Xəzər Teyyublu olub.

Fraksiya üzvləri bayra atılıblar

Digər tərəfdən isə bir daha məlum olub ki, partiyanın ikiyə bölünməsinin qarşısının alınması istiqamətində istənilən radikal addımlara gediləcək. Bu barədə çıxış edən X.Teyyublu hətta "Demokratik Birlik" fraksiyasının üzvləri başqa Qaya Əliyev olmaqla sərt şəkildə qərargahdan qovulacaqlarını bəyan edib.

Maraqlıdır ki, idarə heyətinin toplantısına ən çox sərt təpki göstərənlər də məhz fraksiyaçılar olublar. Əldə etdiyimiz informasiyaya görə, idarə heyətinin toplantısı ərəfəsində Q.Əliyevin və onun dəstəkləyən digər funksionerlərin adamaları KXCP-nin qərargahı daxilində təxribatlar törətməyə cəhd ediblər. Lakin bir neçə "klassik"in müdaxiləsindən sonra, "Demokratik Birlik" üzvləri güclə bayıra atılıb.

Əli Kərimlinin ideyavericilik faktoru təsdiqini tapır

Qeyd edək ki, məsələnin bu qədər lokal xarakter alması arxasında bilavasitə AXCP sədri Əli Kərimlinin adı hallanmaqdadır. Çünki "Demokratik Birlik" fraksiyasının yaradılmasından öncə, həmin qrupda təmsil olunan "klassiklər" "cəbhə" sədrinin tapşırıqları əsasında hərəkət ediblər. Eləcə də, KXCP-nin AXCP ilə birləşmə təklifinin ideya müəllifi də Q.Əliyev deyil, əslində, Ə.Kərimlidir. Ancaq baş verənlərə rəğmən, Q.Əliyev bu iddiaları real saymayıb və M.Mirəlioğlunun KXCP sədrliyindən getməsi zəruriliyi haqqında bəyanat verib. Söz yox ki, bir neçə gün sonra keçiriləcək ali məclis sessiyasında həmin məsələlər də ciddi müzakitrə obyektinə çevriləcək. Ancaq bundan sonra məlum olacaq ki, fraksiyaçılar bu "güclərini" hansı partiya sədrindən alırlar. Daha dəqiq desək, məhz həmin sessiyada bəlli olacaq ki, "islahatçılar"ın lideri Ə.Kərimli sözügedən oyunun qurucusudur. Əgər bu hal öz təsdiqini rəsmən taparsa, 2013-cü il seçkiləri öncəsi müxalifət qütbündə daha bir yeni savaş meydanı açılacaq.

MÜBARİZ QULİYEV

Digər xəbərlər