Asəf Quliyev: "Xəyanət edən lider səhnəni tərk edəcək"
Son zamanlar dağıdıcı müxalifətdə təmsil olunan funksionerlər tərəfindən öz "liderlərinə" qarşı irəli sürülən ittihamların sayı durmadan artmaqdadır. Buna misal kimi, KXCP-də, ADP-də AMİP-də, "Ümid"-də, ACP-də, Müsavatda baş verən narazıçılıqları göstərmək mümkündür. Artıq qığılcım AXCP sıralarına da sıçrayıb. Belə ki, "lideri" Əli Kərmliyə qarşı çıxış edən Asəf Quliyev xəbərdarlıq edərək bildirib ki, xəyanət edənlər bağışlanmayacaq. Nəzərə alsaq ki, A.Quliyev Elçibəyin qatı tərəfdarı olub və bu gün məcburən AXCP-də müavinlik postundadır, bu zaman söyləmək olar ki, o, həmin sözlərini vaxtilə "cəbhə" liderinə qarşı xəyanət etmiş Ə.Kərimliyə ünvanlayıb.
Birlik və bloklar səmərəsizdir
Digər tərəfdən, o da bəllidir ki, Ə.Kərimli hələ bu günə qədər AXCP üzvlərinə verdiyi vədlərininin birini də reallaşdırmayıb. Ə.Kərimlinin partiyada heç kimlə hesablaşmadan qərarlar qəbul etməsi də sədr müavinini hövsələdən çıxarıb. Onun fikirincə, belə hallar yolverilməzdir. A.Quliyev yaradılan siyasi birlik və blokların da səmərəsizliyinə işarə vurub: "Bir var partiyaların, siyasi liderlərin istəyi, bir də var cəmiyyətin və siyasi proseslərin tələbi. Bu günə qədər müxalifət partiyaları seçkilərlə bağlı çoxlu sayda bloklar yaradıblar və seçkidən sonra bu birliklər dağılıb."
Partiyalarda etiraz dalğaları artır
"İctimai Paıata"nın prezident seçkilərinə qədər dağılacağını istisna etməyən AXCP sədrinin müavini burada günahkarların həmin qurumu monopoliyalarında saxlayan xəyanətkar partiya rəhbərləri olduğunu deyib: "...Həm Müsavat, həm də AXCP bunu yaxşı dərk edir".
Göründüyü kimi, AXCP sədr müavininin müxalifətin, xüsusilə, öz sədri Əli Kərimlinin ünvanına kəskin ifadələr işlətməsi düşərgədaxili vəziyyətin heç də stabil olmadığına işarədir. Belə getsə, müxalifət partiyalarının hər birində "liderlər"ə qarşı kütləvi etirazlar dalğası yaşanacaq. Həmin etiraz dalğalarının partiyaların dağılması, ya da struktur dəyişikliklərinə məruz qalması da getdikcə reallığını tapır. Bu səbəbdən, artıq belə qənaətə gəlmək mümkündür ki, 2013-cü ilin prezident seçkilərində müxalifətin və müxalifət partiyalarının "liderləri"nin iştirakları mümkün olmayacaq.
R.Hüseynova