PDF Oxu

Müxalifət

  • 27

İsa Qəmbər "vahid namizəd" iddiasından geri çəkilə bilər

Bu addım onun gizli planının tərkib hissəsidir

İsa Qəmbər "vahid namizəd" iddiasından geri çəkilə bilər

"İctimai Palata"da bir-birini dəyişən hadisələr fonundan da görmək mümkündür ki, hazırda qurumun dağılması istiqamətində kifayət qədər amillər mövcuddur. Söz yox ki, siyasi qurumu monopoliyalarında saxlayan AXCP və Müsavat rəhbərləri "ya mən, ya da heç kim" prinsipi ilə barışmaz mübarizələrini aparmaqla, vəziyyəti daha da kritik həddə sürükləyirlər. Müəyyən zamana qədər "İctimai Palata"nın "cəbhə" sədri tərəfindən dağıdılacağı proqnozları verilirdisə, eyni zamanda, Ə.Kərimlinin İ.Qəmbərə quyu qazması iddia olunurdusa, hazırda proseslər tamamilə fərqli müstəvidə inkişaf edir.

Artıq Müsavat başqanının AXCP sədrinə əks-hücum taktikası gündəmdədir. Yəni məsələ bundadır ki, İ.Qəmbər "palata"dan 2013-cü ilin prezident seçkisində maksimum yararlanmaq, bununla da AXCP sədrinin siyasi karyerasına yekun vurmaq amacındadır. Bu baxımdan, Müsavat rəhbəri həmin ideyasını gerçəkləşdirməkdən ötrü məhz 2013-cü ilin ictimai-siyasi marafonunda özü üçün yarana biləcək əlverişli fürsətdən maksimum şəkildə səmərə əldə etmək fikrindədir. Daha dəqiq desək, İ.Qəmbər Ə.Kərimlinin namizədliyini irəli sürməklə onun prezident seçkisindəki biabırçı məğlubiyyətinə nail olmağa, həmin vasitə ilə siyasi xal qazanmağı qarşısına məqsəd kimi qoyub. Müsavat başqanının planına əsasən, o, "vahid namizəd" məsələsində geri çəkilməklə, meydanı Ə.Kərimliyə buraxmağı, seçkilərdən sonra isə "cəbhə" sədrinə öldürücü zərbə endirməyi düşünür. Onu da xatırladaq ki, ötən dövrlərdəki seçkilərdin birində də Müsavat başqanının həmin planı müəyyən nəticələrini vermişdi.

1998-ci ilin planı 2013-də baş tuta bilərmi?

Ancaq indiki halda ötən illərin sınanmış metodunu yenidən reallaşdırmağın nə dərəcədə düzgün olub-olmamasını proqnozlaşdırmaq mümkün deyil. Məhz bu baxımdan, qayıdaq 1998-ci ilin prezident seçkilərinə və Müsavat başqanının düşərgə daxilindəki rəqiblərinə qarşı oynadığı oyunu bir daha nəzərdən keçirək. 1998-ci ilin prezident seçkisində İ.Qəmbər həmin dövrlərdə ona ən real rəqib olan AMİP-in o zamankı sədri Etibar Məmmədovu seçkilərdə iştirak üçün önə verdi. Nəticədə, E.Məmmədovun Müsavat başqanına inanması onun siyasi karyerasının sonu oldu. Hazırda AMİP-in lideri postuna yiyələnən E.Məmmədov indi daxili siyasətə demək olar ki, müdaxilə etmək gücündə və həvəsində deyil. Bu baxımdan, Müsavat partiyasının başqanı 1998-ci il ssenarisini AXCP-də təkrarlanmasına səy göstərir. Amma bu plan baş tutacaqmı?

Əli Kərimli İsa Qəmbərin planından xəbərdardır?

Artıq o da bəllidir ki, AMİP-in keçmiş sədrinin siyasi həyatını eynilə yaşamamaqdan ötrü, Ə.Kərimli önləyici addımlar atamaq məcburiyyətində qalıb. Belə ki, onun Müsavat partiyası daxilindəki emissarları İ.Qəmbərin planı haqqında informasiyaları ötürməyə müvəffəq olublar. Və Ə.Kərimli yaxşı bilir ki, əgər o, 2013-cü ilin prezident seçkisində prezidentliyə namizədliyini irəli sürsə, E.Məmmədovun aqibətini yaşayacaq. Eyni zamanda, bunu bilən Ə.Kərimli həm də anlayır. Belə ki, prezident seçkiləri marafonunda namizədliyi irəli sürüləcəyi gözlənilən Ə.Kərimlini daha rəzil və rüsvayçı məğlubiyyət gözləyir. Eyni ilə İ.Qəmbər də "palatadakı" mehriban düşmənini önə çəkib, onun karyerasının üstündən çalın-çarpaz və silinməz xətlər çəkməyi nəzərdə tutub.

MÜBARİZ QULİYEV

Digər xəbərlər