Dağıdıcı müxalifət "liderləri" isə keçmiş rektordan maddi mənfəət əldə edirlər
Dağıdıcı müxalifət "liderləri"nin və onlara işləyən muzdlu müxalifət mətbuatının fəaliyyətinə nəzər salarkən, bir daha əminliklə söyləmək mümkündür ki, sözügedən qütb siyasi oyunbazlıqlar burulğanından çıxmaq iqtidarında deyil. Daha dəqiqi, müxalifətin hər hansı bir hadisəni şişirdərək, onu "böyük problemə" çevirmək cəhdi hər zaman özünün ifşası ilə nəticəsini tapır. Məhz bu amildən yanaşsaq, "Azadlıq", "Yeni Müsavat" kimi qəzetlərin manşetlərinə baxmaq kifayət edər ki, həmin mətbu orqanlar müstəqil deyil, müəyyən qüvvələrin sifarişlərilə işləyirlər. Sifarişlərlə işləmək isə, korrupsiyanın bir qoludur. Yəni Əli Kərmilinin, İsa Qəmbərin nəzarətində olan muzdlu qəzetlərin, informasiya agentliklərinin hər hansı qeyri-qanunu sövdələşmələrdən gəlir əldə etməsi onların kirli əməllərə bulaşmalarının növbəti göstəricisidir.
Elşad Abdullayevin adıçəkilən mətbu orqanlardakı çıxşları havayı deyil
Məhz bu baxımdan, "ABU"-nun keçmiş rektoru Elşad Abdullayevin "Azadlıq" və "Yeni Müsavat" qəzetləri ilə son zamanlar sıx əməkdaşlığa başlaması özündə bu kimi faktorları kifayət qədər əks etdirir. Eyni zamanda, xeyli müddətdir ki, danışmağa, cızma-qaralamağa mövzu tapmayan müxalifətçilər üçün məlum videogörüntülər sanki göydəndüşmə olub. Və söz yox ki, insan orqanları ilə alver edən, bir çox cinayətlərdə adı hallanan E.Abdullayevin adıçəkilən mətbu orqanlardakı çıxşları havayı deyil. Eyni zamanda, onun həmin qəzetlərə və AXCP, Müsavat partiyalarına rüşvət verməsi təəccüblə qarşılanmamalıdır. Eləcə də, siyasi mühitdə öz elektoratlarını və sosial bazalarını qeyb etmiş müxalifət "liderləri" belə məqamda E.Abdulalyevin açıqlamaları ilə gündəmdə qalmağa səy göstərirlər.
Başqa tərəfdən, bəllidir ki, xaricdəki, xüsusilə, Qərbdəki bəzi qüvvələr Azərbaycandakı siyasi dayaqları olan ənənəvi dağıdıcı müxalifətin zəifləməisini qəbul edə bilmirlər.
Xarici qüvvə faktoru və Qənimət Zahidin biznes marağı
Çünki onların daha öncələr də müxalifət partiya sədrlərinə ayırdıqları pullar havaya sovrularaq nəticəsiz qalıb. Yəni xarici qüvvələr Ə.Kərimliyə, İ.Qəmbərə nə qədər qrant ayırsalar da, iflasa uğramış ənənəvi müxalifəti yenidən canlandırmağa müvəffəq ola bilmirlər. Bu isə həmin qüvvələrin maraqlarını təmin etmədiyinə görə, bu dəfə E.Abdullayev məsələsini ortaya ataraq, məqsədlərinə nail olmaq istəyirlər. "Azadlıq", "Yeni Müsavat" isə bu işdə yenə də hər zamankı "sərtiştələrini" nümayiş etdirirlər. Adına "Ərəb baharı" dediyimiz proseslərin ölkəmizdə işə yaramadığını görən anti-Azərbaycan meylli qüvvələr müxalifəti yenidən "canlandırmaq" üçün E.Abdullayev kartını ortaya atdılar. E. Abdullayevin "videoçarxları" müxalifətin çeynəməsi üçün yaxşı saqqızdır desək, daha dəqiq ifadə etmiş olarıq. Bu mövzu həm də son vaxtlar tirajları xeyli aşağı düşən bütün müxalifət qəzetləri üçün şans oldu. Hətta əldə etdiyimiz informasiyaya görə, "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid E.Abdullayevə müraciət edərək bildirib ki, AXCP sədri ona "qarantiya" verir və keçmiş rektor əlindəki bütün kasetləri həmin mətbu orqanın redaksiyasına göndərsin. "Qarantiya" dedikdə isə, "Azadlıq" şefi burada öz biznes marağını güdüb.
Unutmasınlar ki, Elçibəyin zəhərlənməsi məsələsi yaddan çıxmayıb
Siyasi və maddi marqlarını E.Abdullayev timsalında təmin etmək istəyən dağıdıcı müxalifət mətbuatı və onların "liderləri" baş vermiş məlum video söz-söhbətlərindən sonra elə bilirdilər ki, mərhum prezident Əbülfəz elçibəyin zəhərlənməsi haqqında irəli sürülmüş kifayət qədər ciddi iddialar ictimaiyyətin yadından çıxacaq və onlar rahat nəfəs almağa başlayacaqlar. Amma onların bu ehtimalları da puç oldu. Belə ki, AXCP sədri Ə.Kərimlinin öz liderinin həyatına sui-qəsd etməsi bu gün daha çox danışılan və yazılan mövzudur. Çünki bu mövzu müxalifətin təkcə olmayan nüfuzunu deyil, həm də əxlaqını, iç üzünü, keyfiyyətsizliyini, səviyyəsizliyini, eləcə də xəyanətkar davranışlarını ifşa edib. Ə.Kərimlini "məklək" kimi təqdim edənlər unutmamalıdırlar ki, Elçibəyin zəhərlənməsi məsələsi yaddan çıxmayıb. Hətta bu məsələyə aydınlıq gələndən sonra ola bilsin ki, dağıdıcı müxalifət "liderlərinin", onların muzdlu mətbuatlarının E.Abdullayevlə hansı korrupsiya əməllərində əməkdaşlıq etmələri mövzusu gündəmə çıxa bilər.
RÖVŞƏN RƏSULOV