VƏ YA İSA QƏMBƏR 9-CU İLİ TAMAMLAYIB, 10-CU İLDƏ DƏ SUSACAQ
2003-cü ilin 15-16 oktyabr hadisələri zamanı radikal müxalifət liderlərinin məqsədli çağırışları, ölkədə və paytaxt Bakıda anarxiya vəziyyəti yaratmaq cəhdləri, eləcə də, insanları aldadaraq küçələrə çıxarıb öz siyasi ambisiyalarını reallaşdırmaq arzuları əslində həmin müxalifətin məğlubiyyətinin köklü əsası idi. Həmin günlərdə, yəni prezident seçkiləri günü və sabahısı, Müsavat partiyasının qərargahı özünüdə seçkilərin nəticələri açıqlanmamış bir neçə qaragüruhçunun toplaşması, əhaliyə qeyri-qanuni çağırışlar etməsi, təbii ki, həm də xarici sifarişnin tərkib hissəsi idi. Lakin bu barədə az sonra...
Erməni məzlumluğuna bənzərlik
Məhz həmin günlərdə Müsavat başqanı İsa Qəmbərin seçkilərin nəticələri açıqlanmamış özünü "prezident" elan etmək cəhdi radikalizmin aşırı dağıdıcılıq prinsiplərini ortaya qoydu. İ.Qəmbər və onun yandaşları tərəfindən hazırlanmış başıpozuq dəstələr Müsavat partiyasının qərargahı özünüdən start götürərək, paytaxt Bakının müxtəlif istiqamətlərində ictimai asayişi pozmuş, vətəndaşların şəhəardaxili hərəkətinə maneçilik törətmişdir. Maraqlıdır ki, bu gün həmin amillərin məhz "Yeni Müsavat" və "Azadlıq" qəzetlərində tamamilə başqa motivdə - yanlış, cılız siyasi baxışlar istiqamətində sərgilənməsi, sanki 1988-ci ildə baş verən Qarabağ hadisələri fonundakı "erməni məzlumluğuna" daha çox bənzəyir. Guya İ.Qəmbərin bu işlərdə heç bir günahı yoxdur və xalq küçələrə axışaraq Müsavat başqanının "qələbəsini" özünəməxsus tərzdə (dükanları və ticarət obyektlərini dağıdıb-talamaqla, ictimai nəqliyyatlara hücum edərək, sərnişinləri zorla düşürüb öz aralarına qatmaqla, asfalat və qaldırımları sökərək şəxsi nəqliyyat vasitələrinin şüşələrini qırmaqla, baş vermiş vəziyyətin qarşısını alan hüquq-mühaqfizə orqanı əməkdaşlarının və hərbi qulluqçuların üzərinə Müsavat qərargahında öncədən hazırlanmış dəmir parçaları, eləcə də, taxta dəyənəklərlə hücum etməklə və ən nəhayət, bir neçə hərbi yük avtomobilini ələ keçirərək, əsgərlərin üzərlərinə sürməklə - R.N.) "bayram" edib (?!) Və bu "bayramdan" anası ilə Dənizkənarı Milli Parka gəzməyə çıxan 5 yaşlı qız uşağı da öz "payını" aldı. Xatırlayırsınızsa, qaragüruhçu və başıpozuq anarxik dəstənin arasında qalan ana və bala məhz onların ayaqları altında ciddi bədən xəsarətləri almışdılar. Nəticədə, hər zaman olduğu kimi, "erməni məzlumluğu" bu dəfə də müxalifət mətbuatına yansıdı. "Yeni Müsavat"da, "Azadlıq"da həmin uşağın şəkilləri yer aldı və günah yenə də qarşı tərəfin üzərinə "yıxıldı". Amma sonra nə oldu? Sonra həmin qız uşağının anası müxalifət mətbuatının yalanını üzə çıxararaq, bildirdi ki, övladının xəsarət almasında bilavasitə günahkar Müsavat başqanı İ.Qəmbər və onun yandaşlarıdırlar.
Xarici sifarişin gerçək üzü
Həmin hadisələrə məhz bu prizmadan yanaşsaq yuxarıda eyham vurduğumuz xarici sifariş faktoru da özünü kifayət qədər sərgiləyib. Bəs hansılardır sözügedən faktora əsaslanan dəlillər? Bu suala cavab axtarmaq da lazım deyil. Belə ki, bu gün də Müsavat başqanının yan-yörəsində "siyasi funksionerliklik" edən şəxslər - Arif Hacılı, Rauf Arufoğlu, Pənah Hüseyn və başqaları verilən sualın canlı cavablarıdırlar. Onlar məğlubiyyətləti ilə barışmadıqdan sonra, xalq tərəfindən dəstəklənmədiklərini həzm etmədikdən sonra dağıdıcılıq əməllərini reallaşdırarkən, nədənsə Norveçin Bakıdakı o zamankı föqvqəladə və səlahiyyətli səfiri Steynar Gillə çox arxalanırdılar. Bu, həmin Steynar Gill idi ki, vəziyyətin baş verməsində bilavasitə iştirakçı olub. Səfirin radikal müxalifəti dəstəkləməsi, hələ prezident seçkilərindən öncə Müsavat partiyasının qərargahında müəmmalı görüşlərə qatılması xarici sifarişin məlum və acı nəticələri deyildimi? Nəyə görə 15-16 oktyabr hadisələri bitər-bitməz onların əksəriyyəti məhz Norveç səfirliyinin binasına sığındılar? Məsələ də bundadır ki, onlar həmin hərəkətləri ilə günahkarlıqlarını açıq şəkildə etiraf etdilər. Qorxdular ki, qanun qarşıdında cavab verə bilməyələr. Bu da oldu. Onlar qanun qarşısında boynubükük dayanaraq, cavab verə bilmədilər və haqlı cəzalarını aldılar. Eyni zamanda, o vaxtlar "Azadlıq" meydanında Leninin götürülmüş büstünün boş yerinə çıxaraq, məhz Lenin kimi əllərini qabağa uzadan İqbal Ağazadə, həmin günlər aşırı radikallığı ilə seçilən Sərdar Cəlaloğlu və digərləri də qeyd olunan günahın sahibləri və icraçıları idilər.
Susqunluq...
Həmin hadisələrdən sonra Müsavat başqanı İ.Qəmbərin uzun müddətli "məzuniyyətə" çıxması, yəni xalq arasına çıxa bilməməsi, susmağa üstünlük verməsi MƏĞLUB OLMAĞIN təsdiqi, sübutu, dəlili və etirafı idi. Hətta həmin zamanlar xalq arasında belə bir fikir formalaşmışdı ki, əgər Müsavat başqanında üz varsa. Bir daha siyasətə qayıtmamalıdır. Çünki bu məğlubiyyət onun seçkilərdən öncəki davranışları, çıxışları ilə qətiyyən üst-üstə düşmürdü. Ancaq bu insan uzun müddətdən sonra yenidən üz tapıb geri döndü və geri dönməyi ilə həqiqətən də hansı "ləyaqətə", "mənəviyyata" sahib olduğunu kifayət qədər büruzə verdi. Ancaq hər şeyi "bilən" Müsavat başqanı bu mövzu ortaya atılarkən sudu, susdu və yenə də susdu! Bu gün də susur İ.Qəmbər. Ancaq qəribəsi də odur ki, qarşıdan gələn seçkilər yaxınlaşdığca, onun dili-dilçəyi yenidən müxtəlif istiqamətlərdə uzanır. Fəqət, bu uzanmaların bir nəticəsi də, məhz on ildən sonra, yəni 2003-cü ildəki kimi, 2013-cü ilə qədərdir. Görünür, Müsavat başqanı həmin susuqunluq üçün möhkəm darıxıb. Daha dəqiqi, 2003-cü il hadisələrinin 9-cu ilində danışan İ.Qəmbər həmin hadisələrin 10-cu il dönümündə də susacağını ehtimal edir.
RÖVŞƏN NURƏDDİNOĞLU