PDF Oxu

Müxalifət

  • 42

Sərdar Cəlaloğludan "İctimai Palata"ya növbəti ittiham

ADP sədri Müsavat və AXCP sədrlərini əxlaqa dəvət edti

Sərdar Cəlaloğludan "İctimai Palata"ya növbəti ittiham

Məlum olduğu kimi, "İctimai Palata"nı inhisarlarında saxlayan AXCP və Müsavat partiyalarının sədrləri əllərinə düşən "fürsətdən" istifadə etmək cəhdləri ilə siyasi dividendlərini artırmaq fikrinə düşüblər. Amma onların davranışları nəinki cəmiyyətdə, eyni zamanda, müxalifət düşərgəsinin digər qütblərində də ciddi təsir bağışlamır. Belə ki, bu dəfə ADP sədri Sərdar Cəlaloğlu "İctimai Palata"nı sərt şəkildə ittiham edərək, qondarma qurumu əllərində saxlamağa çalışan AXCP və Müsavat rəhbərlərinə tarixi keçmişə nəzər salmağı tövsiyyə edib.

Sərdar Cəlaloğlu: "O zaman AXC-Müsavat hakimiyyəti yeni parlament ideyasını dəstəkləmədi və seçki keçirmədi..."

Belə ki, onun fikrincə, "İctimai Palata"nın növbədənkənar parlament seçkilərinin keçirilməsi haqqında irəli sürdükləri tələb yersiz və mənasızdır. Çünki AXC-Müsavat iqtidarı dönəmində yeni parlament ideyasının dəstəkləməyən qüvvələrin hazırda belə bir tələblə çıxış etməsi absurd xarakter daşıyır. Ona görə də, tarixi keçmişə boylanmaq lazımdır: "Vaxtıilə 1992-ci ildə Azərbaycan Ali Soveti vardı və orada 360 deputat təmsil olunurdu. Müəyyən hadisələr o yerə gəlib çatdı ki, 50 nəfərlik məclis yarandı, digər deputatlar isə kənarda qaldı. O zaman AXC-Müsavat hakimiyyəti yeni parlament ideyasını dəstəkləmədi və seçki keçirmədi".

"...Siz özünüz etmədiyiniz bir hərəkəri başqası nə üçün etməlidir?"

ADP sədrinin sözlərinə görə, AXCP və Müsavat rəhbərləri həmin parlamentdə olanda hakimiyyəti, siyasi sistem dəyişəndə parlamenti buraxdılar və əvəzində yeni parlament seçkiləri keçirmədilər. Məhz bu baxımdan xatırlatmaq yerinə düşərdi ki, həmin qüvvələrin əksər çoxluğu məhz Xalq Cəbhəsi üzvlərindən ibarət idi və onlar "əsas" kimi yeni seçkilərə ehtiyacın duyulmadığını iddia edirdilər: "İndi parlamenti 125 nəfər təmsil edir. Sual olunur ki, siz özünüz etmədiyiniz bir hərəkəri başqası nə üçün etməlidir? Əxlaqın məşhur bir prinsipi var. Özünə etdiyini başqasından tələb et, özünə rəva görmədiyini isə başqasına rəva görmə".

"Düşünürəm ki, bunların hamısı spekulyasiyadır və bu yola biz uzağa gedə bilmərik"

ADP sədrinin sözlərinə görə, 1992-ci ildə indiki qüvvələr parlamenti buraxıb, yeni parlament seçkiləri keçirməyiblərsə, bu gün onların növbədənkənar parlament seçkiləri keçirilməsi tələbi normal deyil: "Mən bu cür ikili standartlar, qeyri-ciddi məsələlərə sakit yanaşa bilmirəm. Düşünürəm ki, bunların hamısı spekulyasiyadır və bu yola biz uzağa gedə bilmərik".

Məhz bu baxımdan, müxalifətin, daha dəqiq desək, AXCP və Müsavatın siyasi spekulyasiya etdiyini iddia kimi ortaya qoyan ADP sədri onları əxalaqsız adlandırmaqla, əslində, həqiqəti əks etdirib. Ona görə də, müxalifətin belə addımları cəmiyyət tərəfindən, ümumiyyətlə, dəstəklənməyəcək.

R.Hüseynova

Digər xəbərlər