PDF Oxu

Müxalifət

  • 20

Dağıdıcı müxalifətin növbəti uğursuzluğu

Budəfəki qanunsuz aksiyada qadınlar önə çıxarıldı

Dağıdıcı müxalifətin növbəti uğursuzluğu

Oktyabrın 20-də dağıdıcı müxalifət yenidən qanunsuz aksiya keçirməyə cəhd göstərdi. Əvvəlki qanunsuz aksiyalarda olduğu kimi, bu dəfə də ətrafına tərəfdar toplaya bilməyən dağıdıcı müxalifət yenidən məyus oldu. Qanunsuz aksiyaya gələn şəxslərin məcburi, hansısa şərtlər altında gətirildiyi açıq görünürdü. Səsləndirilən şüarların heç bir əsası yox idi. Guya Milli Məclisin keçmiş deputatı Gülər Əhmədova ilə bağlı yayılan məlum video-görüntüləri əsas tutaraq, parlamentin buraxılması ilə bağlı səsləndirilən şüarlar, aksiyaya gələn bir çox insanlar üçün ümumiyyətlə yad bir kəlmə idi. Aksiya gələnlər özləri də hərəkətləri ilə göstərdilər ki, onlar sadəcə siyahıya düşmək üçün bu aksiyaya qatılıblar. Çünki onların siyahısı dağıdıcı müxalifət üçün əsasdır. Aksiyadan sonra dağıdıcı müxalifət mətbuatına diqqət yetirsək, görərik ki, yazılanlar və çəkilən şəkillər reallığı əks etdirmir. Çünki şəhərin mərkəzində - Fəvvarələr Meydanında aksiya zamanı 20-30 nəfərin iştirak etdiyi halda, bu qara qüvvələrin qəzetlərində, internet portallarında yazdıqları rəqəmlər çox şişirdilib.

Dağıdıcı müxalifət körpə uşaqlı qadınlardan istifadə etdi

Aksiyada diqqəti çəkən əsas məqamlardan biri körpə uşaqlı qadınların aksiyaya cəlb edilməsi idi. Qadınları polislər qorumağa çalışsa da, polislərin ünvanına təhqir dolu ifadələr işlədilirdi. Dağıdıcı müxalifət təmsilçiləri belə bir rüsvayçı hərəkətlərdən istifadə etməklə, rəzil simalarını bir daha nümayiş etdirdilər. Qəsdən belə addımlar atan dağıdıcı müxalifət həmin qadınları polislərlə qarşıdurmaya cəlb etmək istəsələr də, asayiş keşikçiləri onların təhlükəsizliyini təmin etməyə çalışırdı. Qadınların aksiyada iştirakı, onların polislərə müqavimət göstərmələri bir daha sübut etdi ki, bu dağıdıcı müxalifət düşərgəsində əvvəlcədən planlaşdırılmışdı. Eyni zamanda, aksiyada Azərbaycan qadınına yaraşmayan əl, barmaq işarələri də göstərilirdi. Bütün bunlar "İctimai Palata" təmsilçilərinin iç üzünü ortaya qoydu. Çünki həmin tərbiyəsiz barmaq işarələri AXCP qadınların aksiyalarda belə xoşagəlməz hərəkət etmələri, onların Azərbaycan qadınına bəslədikləri hörmətdən irəli gəlir. Azyaşlı uşaqların indidən qanunsuz aksiyalara cəlb edilmələri, onların çirkli ruhda tərbiyə olunmasına yönəldilməsi bir daha göstərdi ki, bu insanlar hansı keyfiyyətlərə malikdir.

Müsavat partiyasının Ali Məclisinin iclasında qanunsuz aksiya zamanı dağıdıcılıq təlimatları verilib

Məlum olduğu kimi, Müsavat partiyası 20 oktyabr aksiyasından öncə partiyanın qərargahında Ali Məclisin iclasını keçirib. İclasın keçirilməsində əsas məqsəd həmin günə təyin olunmuş qanunsuz aksiya zamanı polislərlə qarşıdurma yaratmaq, dağıdıcılıq və pozuculuq etməklə bağlı təlimatlar verilib. Maraqlı məqam odur ki, Müsavat partiyası Ali Məclisin yığıncağını elə məhz oktyabrın 20-nə keçirməklə əsas məqsəd aksiya ilə bağlı olub. Çünki 4 aydır ki, Müsavat partiyası Ali Məclisinin iclası keçirilmir. Amma nizamnaməyə görə Ali Məclisin iclası hər üç aydan bir keçirilməlidir. Ali Məclisinin vaxtının uzadılmasına əsas səbəb 20 oktyabr aksiyası olub. Çünki Ali Məclisin iclası zamanı narazı tərəflər olub, bu məqsədlə Müsavat başqanı iclasda deyib ki, Ali Məclisin gecikməsinə səbəb aksiya ilə bağlıdır.

AXCP-Müsavatın "kişi" tərəfdarları sosial şəbəkələrdə qadınların aksiyaya çıxmasından qürur hissi keçirirlər"

20 oktyabrda qadınların, qızların məlum hərəkətləri dağıdıcı müxalifət düşərgəsində alqışla qarşılanıb. Utanmadan bunları mətbuata daşıyan bu rəzil simalar hətta sosial şəbəkələrdə də bununla bağlı müzakirələr aparıblar. Facebook "Xilas" qrupunda AXCP sədrinin müavini Fuad Qəhrəmanlı xüsusi şərhlər yazaraq, qadınların belə aksiyalara qoşulmalarını qəhrəmanlıq adlandırır. Maraqlıdır ki, qadınların belə vəziyyətə düşməsindən xüsusi həzz alan AXCP sədri Əli Kərimli və Müsavat başqanı İsa Qəmbər saxlananlar arasında olmayıblar. Belə çıxır ki, onlar gəncləri dağıdıcılıq və pozuculuq əməllərinə cəlb etməklə anti-Azərbaycan meyilli qüvvələrdən pul qoparmaq məqsədi güdürmüşlər.

Babək Hacıyev

Digər xəbərlər