PDF Oxu

Müxalifət

  • 29

Erməni xalqı Sarkisyanın sərsəm bəyanatlarından bezib

Elman Nəsirli: "Sarkisyan anlamalıdır ki, insanlıq əleyhinə cinayət cəzasız qalmayacaq"

Erməni xalqı Sarkisyanın sərsəm bəyanatlarından bezib

Məlum olduğu kimi, oktyabrın 22-də Ermənistan dövlət başçısının Azərbaycanın işğal altında olan ərazilərində hərbi təlimlər keçirməsi ictimaiyyət tərəfindən hiddətlə qarşılanıb. Siyasi elmlər doktoru, politoloq Elman Nəsirli qəzetimizə verdiyi açıqlamasında bu və digər məsələlərə münasibət bildirərək, vurğulayıb ki, Serj Sarkisyan etdiyi bu əməllərinə görə cəzasız qalmayacaq: "Son 10 ildə Serj Sarkisyan erməniləri dilənçi vəziyyətinə salıb. Böhran və səfalət içərisində yaşayan Ermənistanda vəziyyət günü-gündən daha da ağırlaşmaqdadır, nəticədə isə, əhali işsizlik və səfalətdən əziyyət çəkir. Çünki Ermənistan hökuməti ölkədəki ağır durumla bağlı hər oyundan çıxır. Dilənçiliyə vərdiş edən işğalçı ölkənin prezidenti Serj Sarkisyana artıq Avropa Birliyi də maddi yardım etməkdən imtina edib. Belə bir vəziyyətin yaranması isə, məhz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin hələ də tənzimlənməməsidir. Təbii ki, ermənilər Dağlıq Qarabağ probleminin çözülməsində konstruktivlik nümayiş etdirsəydilər, o zaman işğalçı dövlət problem içində boğulmazdı. İşğalçı ölkənin rəhbərləri anlamırlar ki, problemin mövcudluğu nə qədər davam edəcəksə, o zamanadək Ermənistan boğula-boğula sürünəcək. Ermənistanın böyük itki verəcəyini bilə-bilə Azərbaycan tərəf yenə də regionda sülhün bərqərar olmasına, müharibəyə yol verilməməsinə çalışır. Lakin Ermənistan prezidenti Azərbaycanın işğal altında olan ərazilərində keçirğlən hərbi təlimlərdə iştirak edir. O, Azərbaycanın işğal olunmuş ərazilərinə ayaq basmaqla beynəlxalq qanunları tapdalayır. Serj Sarkisyan anlamalıdır ki, insanlıq əleyhinə cinayət cəzasız qalmayacaq və cinayət əməllərinə görə beynəlxalq məhkəmə qarşısında dayanacaq. Çünki Sarkisyanın Ermənistanın işğal etdiyi ərazilərə səfəri bütün beynəlxalq hüquqların pozulmasıdır. Eyni zamanda, Ermənistan dövlət rəhbəri bu addımı ilə həm Azərbaycan xalqına, həm də öz vətəndaşlarına qarşı cinayət törədib. Azərbaycan dövlətinin məqsədi ədaləti bərpa etməkdir və buna yetərincə gücü də var".

E.Nəsirli Ermənistanın bütün sahələrində acınacaqlı vəziyyətin hökm sürdüyünü, ölkədə kütləvi işsizlik problemlərinin yarandığını söylədi: "Ölkəyə xaricdən ən cüzi yardım belə olmasa, qətiyyən Ermənistan özü-özünü təmin edəcək gücə malik deyil. Bu gün erməni mətbuatı da həyəcan təbili çalmaqdadır. Rüşvətxor, cinyətkar və korrupsioner bir qrup tərəfindən idarə olunan rejim heç vaxt ölkəyə müsbət nəticə gətirə bilməz. Erməni məmurları ilə adi insanlar arasında çox böyük uçurum yaranıb. Ermənistanın bütün dövlət məmurları, yüksək təbəqəyə malik insanları sıravi əhaliyə qarşı çox böyük haqsızlıq edir, onların problemlərini və şikayətərini dinləmədən qovurlar. Ona görə də, əhali nicat yolunu Ermənistanı tərk etməkdə görür".

Dağlıq Qarabağın statusunun dəyişməsinin vacibliyini vurğulayan E.Nəsirli bildirib ki, statusun dəyişməsi Ermənistanı ciddi şəkildə narahat edir: "Ermənistanın yaramazlığı həm də ondadır ki, onlar hiyləgərcəsinə öz əməllərini Azərbaycan dövlətinin adına "sırımağa" çalışırlar. Bu, azmış kimi, hər bir ifadələrində riyakarcasına Dağlıq Qarabağ probleminin həll olunmasında Azərbaycanı təqsirli çıxarmağa cəhd göstərirlər. Sanki torpaqları zəbt olunan Azərbaycan deyil, Ermənistandır, 1 milyondan artıq əhalisi öz el-obasından didərgin düşən biz deyilik, işğalçı dövlətdir".

E.Nəsirli dediklərinə onu da əlavə etdi ki, məhz statusun dəyişməsi məsələsinə münasibətdə istər BMT, istərsə də başqa təşkilatlar çalışırlar ki, Azərbaycanla bağlı məsələləri gecikdirsinlər və ya ona maneçilik törətsinlər, bu, birmənalıdır. BMT-nin Azərbaycanla bağlı çıxardığı 4 qətnaməsinə toxunan politoloq bildirdi ki, Azərbaycan gözləyirdi ki, məhz çıxarılmış məlum qətnamələrdən sonra BMT hansısa addımı atacaq, amma atmadı. Və bu günə qədər iki dövlətlə bağlı ikiüzlü siyasətini yürütməkdə davam edir.

Aytən Səmədova

Digər xəbərlər