İcazəsiz aksiyaların keçirilməsinə cəhd xarici qüvvələrlə siyasi biznes sövdələşməsinin nəticəsidir
\r\n
\r\n
\r\n Son zamanlar dağıdıcı müxalifət düşərgəsində təmsli olunan partiyaların və qurumların kütləvi aksiyalar eyforiyasına qapılmaları yenidən gündəmə daxil olmaqdadır. İstər \"İctimai Palata\"nın, istərsə də ayrı-ayrılıqda AXCP və Müsavat partiyalarının növbəti dəfə aksiya keçirəcəkləri haqqında irəli sürdükləri iddialardan da bəlli olur ki, uzun müddət səs-küyləri gəlməyən bu kimi dairələrin birdən-birə susqunluğa \"son qoymaları\" arxasında kifayət qədər qaranlıq məsələlər dayanıb. Məhz həmin qaranlıq məsələlərdən də aydın olur ki, dağıdıcı düşərgə \"liderləri\" öz aksiyalarını kütləvi tədbirlər üçün nəzərdə tutulmayan yerlərdə keçirməyə səy göstərməklə, əslində, öz biznesləşmiş siyasətlərini ifşa etmiş olurlar.
\r\n
\r\n
\r\n
\r\n İfşaya daha bir sübut
\r\n
\r\n
\r\n
\r\n Təbii ki, icazəsiz aksiyalara hüquq-mühafizə orqanları tərəfindən yol verilməyəcəyi dağıdıcı müxalifət \"liderlərinə\" və onların əlaltılarına da yaxşı məlumdur. Onlar da yaxşı bilirlər ki, aksiyaların qarşısının alınması zamanı güc strukturları qanunamüvafiq olaraq, icazəsiz aksiya iştirakçılarını ərazidən uzaqlaşdıracaqlar. Və belə olan təqdirdə müxalifətyönlü mətbuat tərəfindən çəkilən videogörüntülər dərhal maraqlı beynəlxalq qurumlara göndəriləcək. Təbii ki, burada da onların niyyətləri məlumdur. Onların məqsədləri guya ölkədə sərbəst toplaşmaq azadlığının olmadığını iddia etmək və xarici hamilərdən daha çox pul qoparmağa nail olmaqdır. Nəticədə, \"liderlərin\" xarici hamiləri öz maraqlarının təminatı üçün Azərbaycana qarşı təzyiq kampaniyasına başlamağa səy göstərəcəklər. Yəni dağıdıcı müxalifətin onlara ötürdükləri videogörüntülərdən və fotolentlərdən faydalanacaqlar. Ancaq bütün bunlara rəğmən, Azərbaycan hakimiyyətini bu kimi primitiv \"təzyiqlərlə\" şantaj etməyin nəticəsizliyini həm dağıdıcı müxalifət \"liderləri\", həm də onları idarə edən xarici hamiləri də yaxşı bilirlər. Eləcə də, icazəsiz aksiyaların guya davamlı olacağını iddia edən \"liderlər\" uğadıqları acı məğlubiyyətlətdən nəticə çıxarmayaraq bu gün də antiazərbaycançı qüvvələrlə əməkdaşlığa getməklə öz iç üzlərini ifşa etmiş olurlar. Bununla, həm də bəlli olur ki, hər hansı icazəsiz aksiyaların təşkilində \"liderlərin\" özlərini qabağa verməmələri artıq düşərgə daxilində də ciddi narazılıqlara səbəb olmaqdadır. Təkcə 20 oktyabr hasizələrində baş verənlərə nəzər salsaq, saxlanılanlar arasında bir dənə də olsun partiya sədrinin, yaxud da müavin və aparıcı funksionerlərin olmadığını görərik. Əgər onların iddia etdikləri kimi, növbəti dəfə icazəsiz aksiya keçirilərsə, onda da tam əminliklə söyləmək mümkündür ki, heç bir \"lider\" polis tərəfindən saxlanmayacaq. Çünki \"liderlər\" öz qərargahlarında həmin vaxt çay-kofe içməklə məşğul olacaqlar.
\r\n
\r\n
\r\n
\r\n Liderlər, yoxsa müxalifətin şefləri?
\r\n
\r\n
\r\n
\r\n Qeyd edək ki, AXCP və Müsavat partiyalarının inhisarçı rejimi altında fəaliyyət göstərən \"İctimai Palata\"nın Koordinasiya Şurasında da yuxarıda qeyd edilən fikirlər öz təsdiqini tapıb. Məsələn, həm AXCP, həm də Müsavat partiyalarının sədrlərini ittiham edən Koordinasiya Şurasının üzvü Zəfər Quliyev haqda kəskin çıxış edib. Əldə etdiyimiz informasiyaya görə,onunla yanaşı digər \"palataçılar\" - Ədalət Yusubov, Köçəri Nağıbəyli və digərləri də Z.Quliyevin etirazını müdafiə edərək,\"liderləri\" qorxaqlıqda və tərəfdarlarına xəyanətdə suçlayıblar. Hətta Zəfər Quliyev bu məqsədlə \"Liderlər, yoxsa müxalifətin şefləri\" başlıqlı analitik yazı da yazaraq, həmin məqaləsini sosial şəbəkələrdə paylaşdırıb. Adıçəkilən məqalədə o, dağıdıcı müxalifət \"liderlərini\" icazəsiz aksiyalara gəlmədiklərinə görə sərt çəkildə tənqid edib və bildirib ki, əgər bu hal davam edərsə, etiraz əlaməti olaraq, həm \"İctimai Palata\"dan, həm də müxalifət düşərgəsindən birdəfəlik uzaqlaşacaq.
\r\n
\r\n Ancaq bu kimi haqlı ittihamlar \"liderlərin\" heç veclərinə də deyil.
\r\n
\r\n Əksinə, onların yürütdükləri \"gənclər siyasəti\" nəticələrini verməkdə davam edir. Dağıdıcı müxalifət şefləri xüsusilə gəncləri qabağa verməklə, onları faktiki olaraq düz olmayan yola istiqamətləndirirlər, bununla da həyatlarına, gələcəklərinə zəhər qatmış olurlar. Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov oktyabrın 20-də bəzi müxalifət partiyalarının gənc üzvlərinin Bakıda icazəsiz aksiya keçirməyə cəhd göstərməsinə münasibət bildirərkən bununla bağlı maraqlı fikirlər səsləndirib:\"Azərbaycanın sağlam gəncliyinə çağırış edirik ki, belələrinə təsir göstərsinlər və onların sıralarında belə məsuliyyətsiz, qanun keşikçilərinin çağırışlarına tabeçilik nümayiş etdirməyən belə gəncləri özləri tərbiyə etsinlər\".Ə.Həsənovun fikrincə, 200-ə qədər gəncin qanunlara meydan oxumağa cəhd göstərməsi və müvafiq olaraq onların qarşısının alınması bütün dünya ölkələrində baş verən hadisədir: \"Biz bunu, ilk növbədə, o gənclərin məsuliyyətsizliyi kimi və onları bu işə təhrik edən insanların məsuliyyətsizliyi kimi dəyərləndiririk. Nə belə hallarla Azərbaycan dövlətini sarsıtmaq olar, nə onun polisini öz fəaliyyətindən çəkindirmək olar, nə də mövcud sabitliyi pozmaq olar. Biz belə halları görmüşük və bundan sonra da belələri olacaqsa, qarşısı alınacaqdır\".
\r\n
\r\n
\r\n
\r\n İflasa doğru daha bir addım
\r\n
\r\n
\r\n
\r\n Siyasi müxalifətin bu qəbildən olan hadisələrdən istifadə etmək cəhdlərinə gəlincə isə, Prezident Administrasiyasının rəsmisi bildirib ki, onlar həmişə belə hallardan istifadə etməyə çalışıb, həmişə belə gəncləri bu işlərə təhrik edərək, onların arxasında öz siyasi fəaliyyətlərini reallaşdırmağa çalışıblar.
\r\n
\r\n Sonda isə bir daha vurğulamaq mümkündür ki, bu gün ölkədə yaranmış sabitliyi pozmağa çalışan istənilən qüvvə adcekvat cavabını alacaq. Yeri gəlmişkən, icazəsiz aksiyaların təşkili, orada iştirak etmək kimi hadisələrə qarşı daha sərt qanunların qəbul olunması vacibliyi də məhz bu kontekstdəndir. Əgər həmin qanun qəbul edilərsə, həm Azərbaycanda maraqlarını təmin etməyə səy göstərən xarici qüvvələrin, həm də onlara quyruq bulayan dağıdıcı müxalifət \"liderlərinin\" bu kimi siyasətləri tamamilə iflasa uğrayacaq. Ona görə də, indidən proqonzlaşdırmaq mümkündür ki, istənilən belə qanunsuz aksiyaya imkan verilməyəcək. Yəni bununla da demək olar ki, dağıdıcı müxalifət \"liderlərinin\" xarici qüvvələrlə apardıqları siyasi biznes sövdələşmələri iflasa uğrayıb.
\r\n
\r\n
\r\n
\r\n RÖVŞƏN NURƏDDİNOĞLU