Aram Manukyan İsa Qəmbərə dəstək verəcəyini vəd edib
Müsavat başqanı İsa Qəmbər oktyabrın 29-30-da Gürcüstanın paytaxtı Tbilisidə Erməni Ümummilli Hərəkatının idarə heyətinin sədri Aram Manukyanla görüşə gedib. Mətbuata "Cənubi Qafqazdakı siyasi vəziyyət və ondan çıxış yollarının müzakirəsi" kimi çıxarılan bu görüş, əslində, heç də mətbuatda qeyd olunduğu kimi deyil. Çünki bu müzakirəni təşkil edənlər siyasətdə təsadüfi şəxlərdir. İ.Qəmbərin Gürcüstan səfərinin əsas məqsədi belə müzakirələr adı altında başqa ölkələrə səfər etməklə, orada anti-Azərbaycan meyilli qüvvələrlə iş birliyi qurmaqdan ibarətdir.
Ona görə də, onun Gürcüstana səfəri çərçivəsində Aram Manukyanla görüşün arxasında bir çox məqamlar dayanır. Budəfəki görüşün əsas müzakirə mövzusu Müsavat partiyasının qurultayı və başqan məsələsi ilə bağlıdır. Çünki dağıdıcı müxalifət təmsilçiləri qonşu ölkələrdən dəstək axtarışına çıxıblar. Halbuki Bakıda Müsavatın qurultayının keçirilməsi üçün lazımı şəraitin yaradılacağı ilə bağlı rəsmi şəxslər açıqlama verib. Lakin Müsavat partiyası bundan imtina edərək, qonşu Gürcüstan və Türkiyəyə üz tutub. Turkiyədən istədikləri cavabı ala bilməyən Müsavatı, qonşu Gürcüstan da məyus edib. Onlara Gürcüstanda qurultay üçün icazə verilməyəcəyi bildirilib. Bu səbəbdən, təşvişə düşən İ.Qəmbərin tez-tez Aram Manukyanla görüşü heç də təsadüfi deyil.
İsa Qəmbər Manukyandan kömək umur
İ.Qəmbərin Erməni Ümummilli Hərəkatının idarə heyətinin sədri Aram Manukyanla görüşünün məqsədi təkcə qurultayın keçirilməsi yox, eyni zamanda, Müsavatın başqan məsələsinin müzakirəsi olub. Aram Manukyan İ.Qəmbərə bu məsələdə köməklik edəcəyini də deyib. Hətta Manukyan təklif edib ki, Müsavatın qurultayını Ermənistanda da keçirə bilər. Bunun üçün Müsavata Ermənistanda müvafiq yer ayıra bilərlər. Amma hələ ki, İ.Qəmbər bununla razılaşmayıb. Milli qınaqdan ehtiyat edən İ.Qəmbər Manukyanla söhbətində bildirib ki, rəsmi Ermənistan Müsavat partiyasına kömək etmək fikrindədirsə, o zaman qurultayın Gürcüstanda keçirilməsi üçün manelələrin aradan qaldırılmasında bizə yardımçı olsun. Manukyan İ.Qəmbərlə söhbətində Müsavatın qurultayının keçirilməsi və xüsusilə də, onun başqan kimi partiyadakı fəaliyyətinə köməklik göstərəcəyini də bildirib. Ona görə ki, Müsavat partiyasının mövqeyi ilə Ermənistanın Azərbaycana olan mövqeyi uyğundur. Azərbaycanda dağıdıcı müxalifətin qanunsuz aksiyalar təşkil edib, keçirməsində anti-Azərbaycan meyilli qüvvələrin, xüsusilə də, Ermənistanın rolu böyükdür. Həmin qüvvələr öz çirkin məqsədlərini məhz Müsavat, AXCP kimi partiyaların vasitəsilə həyata keçirmək istəyir.
Aram Manukyanla İ.Qəmbərə aksiya keçirmək üçün qrant da vəd edib
Azərbaycanda milli maraqlara qənim kəsilən Ermənistan müxtəlif yollarla dağıdıcı müxalifətə maliyyə yardımı edir. Maraqlıdır, Ermənistanda əhali aclıq və səfalət içində yaşadığı bir vaxtda Azərbaycanda bır sıra qüvvələrə maliyyə yardımı ayırması heç də anlaşılan bir məsələ deyil. Manukyanla görüşündə İ.Qəmbər dağıdıcı müxalifətin sonuncu qanunsuz aksiyasını da müzakirə edib. Məlum olub ki, Manukyan da dağıdıcı müxalifətin uğursuz cəhdindən təəssüflənib. Bu məqsədlə onlara maliyyə yardımı edəcəyini də vəd edib. Əslində, bu təklif Erməni Ümummilli Hərəkatının yox, Ermənistan dövlətinin təklifi olub. İ.Qəmbər üçün bunun heç bir fərqi yoxdur. Əsas odur ki, pul olsun. Ona görə də, İ.Qəmbərin belə gəzişmələri onun qrant axtarışında olduğunu deməyə əsas verir.
Babək Hacıyev