PDF Oxu

Müxalifət

  • 17

Dağıdıcı müxalifətin növbəti uğursuzluğu

"İctimai Palata"-nın piketinə gələn olmadı

Dağıdıcı müxalifətin növbəti uğursuzluğu

"İctimai Palata"-nın noyabrın 2-ə Milli Məclisin qarşısında keçirməyə cəhd etdiyi piket dağıdıcı müxalifətin növbəti uğursuzluğu kimi müşahidə olunub. Bir neçə gəncin etiraz etməsi ilə müşayiət olanan piket onların növbəti uğursuzluğunu açıq şəkildə ortaya qoydu. Saat 12:00-a planlaşdırılan piketlə bağlı müxtəlif qəzet və informasiya agentliklərini təmsil edən jurnalistlər əvvəlcədən Milli Məclisin qarşısına getsələrdə, piketi təşkil edənlər müəyyən olunmuş vaxtda gəlməyib. Havanın yağışlı olması piketə gələn jurnalsitlərə də mənfi təsir göstərib. Dağıdıcı müxalifət, buna baxmayaraq, bir neçə gənci piket keçirməyə vadar edib. Qanunsuz olaraq keçirilən piketin qarşısı polis tərəfindən alınıb. Maraqlı məqam ondan ibarətdir ki, dağıdıcı müxlifətə məxsus informasiya agentliklərində piketlə bağlı məlumatlar şişirdilib. Dağıdıcı müxalifətin Milli Məclisin qarşısında piket keçirməyə cəhd etməsinə səbəb "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna edilən dəyişiklərlə bağlı olub. Ona görə ki, sözügedən qanun edilən edilən dəyişikliklə qanunvericiliklə qadağan olunmuş hallarda toplantılar təşkil etmə, keçirmə və ya belə toplantılarda iştirak etmə vətəndaşların hüquq və qanuni mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda 5000 manatdan 8000 manatadək cərimə nəzərdə tutulur (indiyədək cərimənin məbləği 300 manatadək olub). "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna edilən bu dəyişikliklər, xüsusilə, cərimələrin artırılması dağıdıcı müxalifətin maraqlarına cavab vermir. Çunki dağıdıcı müxalifət tez-tez qanunsuz aksiyalar keçirməklə ixtisaslaşıb. Xatirlatmaq lazımdır ki, dünyanın bir çox inkişaf etmiş ölkələrində sərt qanunlar mövcuddur ki, qanunsuz aksiyalar təşkil edib, keçirənlər külli miqdarda cərimə olunurlar. Hətta bir çox demokratik ölkələrdə aksiyalar keçirmək üçün xüsusi yerlər müəyyən olunub. Azərbaycanda dağıdıcı müxalifət aksiya keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilir və bu müraciət əsasında müvafiq yerlər ayrılır. Amma "İctimai Palata" onlara ayrılan yerlərdən daim imtina edərək, şəhərin mərkəzi küçələrində aksiyalar keçirməyə can atır. Bu da vətəndaşların istirahər hüququnun pozulması və digər ictimai problemlərin yaradılması ilə nəticələnir. Ona görə də, ictimai rəydə dağıdıcı müxalifətin belə addımları birmənalı şəkildə pislənilir.

Babək Hacıyev

Digər xəbərlər