Artıq qəpik-quruş onların qanunsuz aksiyalarını ödəyə bilməyəcək
Milli Məclisin 2 noyabr tarixli iclasında "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna dəyişikliklər edildi. Edilən dəyişikliklərə əsasən qanunsuz aksiyalara görə cərimələrin məbləği artırıldı. Bu tendensiya bir çox inkişaf etmiş ölkələrin qanunvericiliyinə uyğunlaşdırılıb. Xüsusilə, yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkili və keçirilməsi qaydasının pozulmasına görə cərimələrin artırılması dağıdıcı müxalifət düşərgəsini silkələyib. Təşvişə düşən dağıdıcı müxalifət düşərgəsi bununla bağlı mövqeyini bildirərək, cərimələrin artırılmasına qarşı çıxıb. Onların belə ampluada olmasına səbəb işlərinin düyünə düşməsi ilə əlaqədardır. Çünki tez-tez müəyyən olunmayan yerdə qanunsuz aksiya keçirməyə can atan qüvvələrin məsuliyyəti artırılıb.
Əgər əvvəlki qanunda yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkili və keçirilməsi qaydasının pozulmasına görə xəbərdarlıq edilməsi və 7 manatdan 13 manatadək miqdarda cərimə tətbiq olunurdusa, artıq bu müddəa dəyişdirilib. "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna edilən edilən dəyişikliklə qanunvericiliklə qadağan olunmuş hallarda toplantılar təşkil etmə, keçirmə və ya belə toplantılarda iştirak etmə vətəndaşların hüquq və qanuni mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda 5000 manatdan 8000 manatadək cərimə nəzərdə tutulur (indiyədək cərimənin məbləği 300 manatadək olub).
Sonuncu piket və ya işlanmış müxalifət
Dəyişikliklərlə barışa bilməyən dağıdıcı müxalifət buna görə Milli Məclisin qarşısında piket keçirməyə cəhd etdi. Həmin günü havanın yağışlı olmasına baxmayaraq, əvvəlcə Milli Məclisin qarşısına gələn "İctimai Palata"nın koordinasiya şurasının üzvü Pənah Hüseyn jurnalistlərə açıqlama verdi ki, piketin məqsədi "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna edilən dəyişikliklərlə bağlıdır. Daha sonra bir neçə gənc piket keçirməyə cəhd etsə də, onların cəhdləri baş tutmadı. Milli Məclisin qarşısında piket keçiriləcəyi ilə bağlı əvvəlcədən mətbuata açıqlama verən dağıdıcı müxalifət təmsilçiləri bildirmişdilər ki, piketə 50 nəfərdən çox gəlməməsinə çalışacağıq. Amma piketdən də məlum oldu ki, gələn bir neçə nəfər əvvəlki aksiyalarda həbs olunan və ya cərimə olunan şəxslərdir. Eyni insaları qanunsuz aksiyalara cəlb etmə tendensiyası isə, onu göstərir ki, onlar hər qoşulduğu qanunsuz aksiyaya görə pul alır. Yağışlı havada piketdə islanan dağıdıcı müxalifət nümayəndələri "islanmış cücəyə" dönmüşdülər.
Cərimələrin artılırması dağıdıcı müxalifətin ehtiyaclarını da artırdı
"Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna dəyişikliklərin edilməsi artıq dağıdıcı müxalifət düşərgəsində müzakirələrə səbəb olub. Bununla bağlı onları himayə edən müxtəlif dövlətlətə beynəlxalq təşkilatara müraciətlər hazırlanıb. Hazırlanan müraciətlərə dağıdıcı müxalifətin maliyyə problemindən gileylər əsas yer alıb. Bildirilir ki, artıq Azərbaycanda aksiya keçirmək üçün müxtəlif maliyyə problemləri ilə üzləşəcəklər. Əgər anti-Azərbaycan və antimilli qüvvələr 1 qanunsuz aksiya, piketlə bağlı dağıdıcı müxalifət təmsilçilərinə 300-500 manat məbləğində maliyyə ayırırdılarsa, artıq o maliyyə onlara kifayət etmir. Belə müzakirələr "İctimai Palata"nın sessiyasında və Müsavat Divanının toplantısında davam edib.
Babək Hacıyev