PDF Oxu

Müxalifət

  • 37

Müsavat partiyasında istefa gündəmi

Partiya yetkililəri narazı qüvvələrin istefalarını heç cür izah edə bilmirlər

Müsavat partiyasında istefa gündəmi

Dağıdıcı müxalifət partiyalarının hamısında olduğu kimi, Müsavat partiyasında da baş qaldırmış ciddi qurumdaxili böhran siyasi təşkilatın sıralarının boşalması ilə nəticələnməkdədir. Belə ki, partiyanın Yasamal rayon təşkilatının ardınca, artıq Nərimanov, Xətai və Nəsimi təşkilatlarından da istefa məsələləri gündənmə gəlməkdədir. Mötəbər mənbədən əldə etdiyimiz informasiyaya görə, partiya sıralarından uzaqlaşmaların əsas səbəbi kimi qurultayın keçirirlməməsi, rəhbərlik tərəfindən yürüdülən avtoritar idarəçilik və "İctimai Palata"da hökm sürən xaos göstərilməkdədir.

Müsavatın Yasamal rayon təşkilatından başlamış fiaskosu

Xatırladaq ki, artıq kütləvilik alan istefaların növbəti dalğası məhz partiyanın Yasamal rayon təşkilatından start götürüb. Oktyabr ayının son günündən başlayan istefalar bu gün davamlı xarakter almaqla yanaşı, həm də ciddi qarşıdurmalarla nəticələnməkdədir. Digər məlumata görə, Yasamal rayon təşkilatından istefaya gedən funksionerlər partiyanın mərkəzi qərargahına gedərək, başqan İsa Qəmbərlə görüşmək istədiklrini bildirmiş, ondan bir neçə tələblərdə bulunacaqlarını demişlər. Ancaq partiya qərargahında onların sözlərini dinləmək istəməyən başqan qoçuları həmin şəxsləri güclə çölə atıblar. Məhz bundan sonra məsələ digər rayon təşkilatlarına qədər gedib-çıxıb və bununla da vəziyyət İ.Qəmbərin əleyhinə işləməyə başlayıb.

Maraqlıdır ki, daim düzgünlük və demokratiyadan dəm vuran Müsavat yetkililəri istefaları heç cür izah edə bilməməklə yanaşı, baş verən hadisələri ört-basdır etməyə cəhd göstəriblər. Belə ki, Yasamal təşkilatından istefa verən rayon təşkilatının sədri Sevinc Hüseynova və onun müavinləri - Cəmil Qanbay, Sərəncam İbrahimli, Laləzar Məmmədli, Nəsrulla Məmmədli və Üzeyir İbrahimli daha əvvələ yalnız tutduqları vəzifələrdən istefa verdiklərini desələr də, baş verən məlum qarşıdurmadan sonra, bütövlükdə, partiya sıralarından xaric olunduqlarını bəyan ediblər.

Narazı salan məqamların dolayısı etirafı

Baş verən olaylarla bağlı Müsvaat partiyasından rəsmi olaraq, heç bir açıqlama verilməsə də İ.Qəmbərin müavini Tofiq Yaqublu dolayısı ilə həmin hadisələri təsdiq edib. Ancaq necə deyərlər, nala-mıxa döyəcləməklə. Başqan müavini Müsavatın rayon təşkilatlarındakı istefaları başqa cür əlaqələndirməyə səy göstərib. T.Yaqublu növbəti dəfə yaşananlara "demokratiya" donu geyindirməklə bildirib ki, guya bu şəxslər partiyadan deyil, tutduqları vəzifələrdən istefa ediblər: "Onlar narazılıqları ilə bağlı mənə hər hansı bir söz deməyiblər. Ola bilsin ki, onları narazı salan məqamlar olub. Amma demokratik təşkilatlarda vəzifədən istefa etmək, razılaşmamaq və mübarizə aparmaq normal haldır. Sözsüz ki, biz bu məsələni araşdıracağıq".

Məhz "ola bilsin ki, onları narazı salan məqamlar olub" ifadəsindən də anlamaq çətin deyil ki, Müsavatda vəziyyət onsuz da mürəkkəb hal almaqla yanaşı, partiyadaxili narazı qüvvələrin də sayı durmadan artıq. Nəticədə, istefalar kütləvi xarakterə tərəf yönəlir. Müsvaat yetkililərinin məsələni araşdırmalarına gəlincə isə, artıq indidən belə qənaətə gəlmək mümkündür ki, onlar hər vəchlə partiya sıralarını tərk etmiş şəxsləri partiya sıralarına qaytarmağa çalışacaqlar. Ancaq bu kimi güc və avtoritar idarəçilik prinsipinin bilavasitə partiya başqanı üçün heç də səmərə verməyəcəyini də bəri başdan proqnozlaşdırmaq mümkündür.

AFƏT TAHİRQIZI

Digər xəbərlər