PDF Oxu

Müxalifət

  • 22

Leyla Yunus keçmiş tərəfdarları tərəfindən sərt ittihamlara məruz qaldı

Kolleqaları onu "həyasız" "isterikaçı" və "Gebbels" adlandırdılar

Leyla Yunus keçmiş tərəfdarları tərəfindən sərt ittihamlara məruz qaldı

"Sülh və Demokratiya İnstitutu"nun direktoru, "hüquq müdafiəçisi" Leyla Yunusun daim hansısa maraqlar xatirinə atdığı özünüreklam addımları haqqında cəmiyyətdə kifayət qədər məlumatlar mövcuddur. Cəmiyyətə xüsusilə məlumdur ki, bu qadının əsas "vəzifəsi" hüquq müdafiəçiliyi adı altında hətta şeytanla əlaqəyə gedərək maddi imkanlarını artırmaqdan ibarət olub. Belə bir vəziyyətdə L.Yunusun ciddi şəxsiyyət kimi formalaşması, əlbəttə ki, insanlarda ona qarşı qeyri-ciddi assosiasiyalar oyadıb və oyatrmaqdadır.

Leyla Yunus: "Mən qışqırığa keçirəm..."

Novella Cəfəroğlu: "Onun yaydığı məlumat "stenoqrammadan" çox onun 1992-93-cü illərdə Müdafiə Nazirliyində işlədiyi müddətdə "uğurla" məşğul olduğu senzuranın bəhrəsinə daha çox oxşayır"

Yeri gəlmişkən, son günlər digər hüquq müdafiəçiləri - Novella Cəfəroğlu, Səidə Qocamanlı və digərlərinin L.Yunusu haqlı olaraq ittiham etmələri arxasında da vurğulanan bu kimi məqamlar dayanıb. Onu da xatırladaq ki, müstəqil fəaliyyət göstərən hüquq müdafiəçilərini əlində heç bir əsası olmadan hakimiyyətə işləməkdə suçlayan L.Yunus əvəzində kəskin cavabla qarşılaşmağa məcbur olub. "Hüquq müdafiəçisi"ni "həyasız" və "isterikaçı" adlandıran Novella Cəfəroğlu onu da bildirib ki, Avropa Şurası Baş Katibinin müavini Qabriella Battaini-Draqoni və Avropa Şurasın siyasi məsələlər üzrə direktoratın başçısı Aleksandr Gessellə keçirilən görüşdə "Sülh və Demokratiya İnstutu"nun direktoru özünü ən alçaq yola qoyaraq, artistizm nümayiş etdirib: "Lakin görüşün iştirakçılarından biri, birinci söz alan "Sülh və Demoktariya İnstitutu"nun rəhbəri Leyla Yunus digər iştirakçıların şözünü kəsərək onların çıxışlarına kobudcasına müdaxilə edirdi. Beləliklə də, bizim qonaqlarla apardığımız korrek söhbət onun isterik qışqırtıları ilə müşahidə olunurdu. L.Yunusun özünüreklam məqsədilə verdiyi informasiyadan da aydın görünür ki, o özünü cilovlamağı lazım bilmirdi. "Mən özümü saxlaya bilmədim...", "Mən qışqırığa keçirəm...", "Mən sadəcə qışqırıram...Mən müdaxilə edirəm..." və s. Təbii ki, yaranmış belə bir mühitdə sivil qaydada diskussiya aparmazlar".

N.Cəfəroğlunun sözlərinə görə, görüşdən sonra L.Yunus görüş haqqında "stenoqram" adı altında yanlış, alayarımçıq informasiyanı kütləvi informasiya vasitələrinə (xüsusilə, "Azadlıq" qəzetinə (?) - R.R.) yayaraq cəmiyyətdə çaxnaşma yaratmağa çalışıb: "Lakin onun yaydığı məlumat "stenoqramdan" çox onun 1992-93-cü illərdə Müdafiə Nazirliyində işlədiyi müddətdə "uğurla" məşğul olduğu senzuranın bəhrəsinə daha çox oxşayır: "L.Yunusun yaydığı cəfəngiyyatdan belə görünür ki, görüşdə bircə danışan o olub, qalan iştirakçılarsa L.Yunusun ünvanına qısa, mənasız replikalarla kifayətləniblər... Görüşün rəsmi stenoqramı olmadığından, L.Yunus cox sevdiyi Gebbels sayağı müxtəlif böhtan və iftiralara əl ata bilər. Biz isə, öz növbəmizdə, özünüreklam etmək hərisliyində olan keçmiş hərbi senzorla söz güləşdirməyə vaxt sərf etmək fikrindən uzağıq və baş verənləri onun vicdanına buraxırıq".

Azərbaycan İnsan Hüquqları Mərkəzinin direktoru Eldar Zeynalov və "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev də L.Yunusun isterik davranışlarını kəskin şəkildə qınayıblar. Onlar belə hesab edirlər ki, L.Yunusun bu kimi davranışları özünüreklam məqsədi daşıyır və həmin özünüreklam vasitəsilə donorlar əldə etmək istəyən "hüquq müdafiəçisi" ən rəzil bə alçaq yollara gedir. Bildirilib ki, əgər bir adam ki, dövlətin milli maraqlarını düşmənə belə satmağa hazırdırsa, ondan daha alçaq şeyləri gözləmək mümkündür və bu yolverilməzdir: "Maddi imkanlarını genişləndirmək xətrinə əsassız səs-küy salıb donorların diqqətini cəlb etmək yolverilməzdir"

Qeyd edək ki, məsələ ilə bağlı hüquq müdafiəçilərinin növbəti toplantısında L.Yunusun qaranlıqda qalmış digər bu kimi əməlləri haqqında ictimaiyyətə sesnsasion məlumatlar veriləcək. Digər tərəfdən, başqa maraqlı cəhətlərdən biri də ondan ibarətdir ki, L.Yunusa "haqq qazandıran" yeganə mətbu orqan nədənsə, yenə də AXCP-nin nəzarətində olan "Azadlıq" qəzeti olub.

RÖVŞƏN RƏSULOV

Digər xəbərlər